Məhkəmə qərarları › İş №2(067)-1146/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1146/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1146/2025 22.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı, cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızının iştirakları ilə, İddiaçı cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızına qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan övladları – 14 fevral 2012-ci il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan iki övladı - 14 fevral 2012-ci il təvəllüdlü X6 və 27 fevral 2015ci il təvəllüdlü X8 anadan olmuşdur. Övladı 14 fevral 2012-ci il təvəllüdlü X6 onun yanındadır. O, cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır. Cavabdeh onunla və övladlar ilə xeyli vaxtdır ki, maraqlanmır. Cavabdehin imkanı yaxşı olsa da övladına baxmamış, ümumiyyətlə ayrı yaşayandan bəri heç gəlib maraqlanmamışdır. Onun üçün uşağa tək baxmaq çətin olur. Övladının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, ona bir ana kimi çətin olur. Cavabdeh ödəniş etmək istəmir. Uşaq tez-tez həkim müayinəsində olur. Hər ay uşağa baxmaq üçün tək tənha çətinlik çəkirəm. Uşaq az yaşlı olduğu üçün heç yerdə işləyə bilmir. Əlavə gəlir yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, uşaq döyüldüyü üçün onun yanına çıxıb getmişdir. Oğlu Yusiflə bağlı aliment tələbi barədə məhkəmə qətnaməsi olmamışdır. Uşaq dekabr ayından onun yanındadır. Alimentin tutulmasının dayandırılması ilə bağlı İcra şöbəsinə müraciət etmişdir. 2000 manat aliment borcu var. Cavabdeh 750 manat əmək haqqı alır, lakin sistemdə 400 manat göstərilir. Məhkəmə iclasında iştirak edən cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızı iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, məhkəmənin qətnaməsi ilə hər uşağa görə 160 manat aliment təyin olunmuşdur. İddiaçı heç bir məbləğ aliment ödəməmişdir. Sistemdə 400 manat əmək haqqı aldığı qeyd olunur, lakin o, 300 manat əmək haqqı alır. Onun əmək haqqı azdır. Uşaqlara o, baxmışdır, uşaqlar onun yanında olanda iddiaçı uşaqlar üçün aliment ödəmirdi. O, uşaqlarını görmək istəyir, iddiaçı uşaqları ona göstərmir. Apellyasiya şikayəti vermək üçün pulu yoxdur. Bİr uşağa görə 50 manat aliment ödəyə bilər. İddiaçı aliment borcunu ödəsə, o, da aliment ödəyər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 827359 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızının birgə nikahından 14 fevral 2012-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(067)-3244/2023 saylı qətnaməsindən müəyyən edilir ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 19 oktyabr 2023-cü ildən başlayaraq cavabdeh İddiaçı hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğdə sabit aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-1095/2024 saylı qətnaməsindən müəyyən edilir ki, X2 ilə İddiaçı arasında xx.xx.2009-cu tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək atası İddiaçı himayəsində (yanında), xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anası Cavabdeh himayəsində (yanında) saxlanılmaı qət edilmişdir. İş materiallarına əlavə olunmuş “Pioner” marketin fərdi sahibkarı X4 14 mart 2025-ci il tarixli arayışından müəyyən olunur ki, cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızı 04 mart 2025-ci il tarixdən Sumqayıt şəhər 45-ci məhəllədə yerləşən “Pioner” mağazasında çeşidləyici peşəsində çalışır. Onun aldığı məvacib ştat cədvəlinin 0.5 vahid dərəcəsinə uyğun olaraq 200 manat məbləğində hesablanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı rəsmi gəliri yoxdur. Cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızı isə “çeşidləyici, qida məhsulları” vəzifəsində işləyir və aylıq 400 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 202-cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-dən 345 manat həddində müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 13 fevral 2025-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 13 fevral 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 14 fevral 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızından İddiaçı qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, iddianın qiyməti 200 manat x 12 ay = 2400 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli və 13 fevral 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 14 fevral 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızından İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 fevral 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 14 fevral 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızından İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutulsun. Cavabdeh Abduşeva (Babayeva) Elnarə Ağamirzə qızından 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar