Məhkəmə qərarları › İş №2(067)-1217/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1217/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1217/2020 25.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq xx xxxx 2019-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay aldığı 250 manat məvacibinin ¼ hissəsi məbləğində, yəni hər ay 75 manat məbləğində aliment müəyyən edilməsinə dair və Cavabdeh üçün müəyyən edilmiş 40 manat məbləğində alimentin ödənilməsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsi ilə xx xxxx 2019-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan 120 manat alimentin və uşaq üç yaşına kimiCavabdeh hər ay 40 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. O, Xudat şəhər ərazisində Etibar Petrol yanacaqdoldurma məntəqəsində operator işləyir və hər ay 250 manat əmək haqqı alır. O, sahibkarlıqla məşğul olmur, onun nə evi nə də həyətyanı və kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi yoxdur. Onun başqa gəlir yeri yoxdur, ona görə də məhkəmənin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 üçün cavabdehə ödəməli olduğu cəmi 160 manat alimenti ödəyə bilmir. Uşağının saxlanılması üçün qət edilmiş alimenti gecikmələrlə ödəyir. Məhkəmə qətnaməsi qəbul edilərkən işlədiyini, hazırda isə işləmədiyini qeyd etmişdir. Cavabdeh maddi vəziyyəti yaxşıdır, o, uşaq bağçasının müdiri vəzifəsində işləyior və ayda 300 manatdan artıq məvacib alır. Odur ki, aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyətinin nəzərə alınmasına dair qanunun tələblərini rəhbər tutaraq, ədalətli miqdarda aliment müəyyən olunmalıdır. Beləliklə də yetkinlik yaşına çatmayan oğlunun saxlanması üçün ondan tutulan alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki,iddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. iİddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 göstərmişdir ki, cavabdeh onun qızıdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsinə əsasən iddiaçı xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 üçün cavabdehə hər ay cəmi 160 manat məbləğində aliment ödəməlidir. Lakin o, alimenti gecikmələrlə ödəyir. Onun hazırkı iddiasını qəti şəkildə qəbul etmir. Ona görə ki, qızı iddiaçı ilə nikahda olduqları dövrdə onlar 1500 manat kredit alıblar və hazırda həmin krediti onun qızı Gülçəmən ödəyir. Qızının da uşağını saxlamağa maddi imkanı çatmır. Uşağı körpə olduğuna görə qızı Gülçəmən heç yerdə işləmir, evdar qadındır. Ona uşağını saxlamaqda bir ata kimi kömək göstərir, amma iddiaçı alimenti ödəməkdən yayınmaq üçün bəhanələr axtarır. İddiaçının alimenti ödəməyə yetərincə maddi imkanı var, o, məhkəmə qətnaməsi qəbul edilərkən işləmirdi, amma hazırda işləyir və əmək haqqı da alır. İddiaçının imkanı olmasaydı, ondan bir manat da olsa aliment tələb etməzdilər. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsi ilə xx xxxx 2019-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı 120 manat aliment və uşağın üç yaşına kimi Cavabdeh hər ay 40 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Etibar Petrol yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vısait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması, yəni aliment borclarını ödəməkdən azad etmə cavabdehin hüquqlarının pozulmasına, onun həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olaraq aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçı aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. Lakin, iddiaçı qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi «X3rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin Cavabdeh üçün müəyyən edilmiş 40 manat məbləğində alimentinödənilməsinə xitam verilməsinə dair hissəsi barədə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İddiaçı Cavabdeh ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində nikah pozulduqdan sonra aliment ödəmək üçün zəruri vəsaitə malik olması Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2966/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi həm alimentin azaldılmasına, həm də ümumi uşağın doğulduğu gündən 3 il ərzində 40 manat məbləğində alimentin ödənilməsinə xitam verilməsinə dair hissədə təmin oluna bilməz. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar