Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1219/2025 10.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddia ərizənin məhkəməyə daxil olduğu tarixdən hesablanmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli miqdarında olmaqla, cəmi 1.16 misli miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla, həmin tarixdə cavabdehin valideynlərinə məxsus Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdehlə aralarında rəsmi nikah qeyd edilməmişdir. Birgə yaşayışlarından iki övladları vardır: xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7. Cavabdehlə aralarında rəsmi nikah bağlanmadığı üçün cavabdeh Xaçmaz rayon Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək, hər iki uşaq barəsində atalığı etiraf etmiş və onun atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Məlum edir ki, ikinci uşağı anadan olduğu bir neçə gün sonra o, cavabdehin evindən çıxıb öz valideynlərinin evinə qayıtmış, o vaxtdan da ailə münasibətləri kəsilmiş, hər iki uşaq onun himayəsində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, Türkiyə Respublikası vətəndaşı olan Mevlüt Arikan adlı şəxslə rəsmi nikaha daxil olmuş, aralarında nikah bağlandıqdan sonra o, ərinin soyadı olan Arikan soyadını qəbul etmişdir. Ona görə də onun adına olan AA 6562630, FİN xxxxxxx şəxsiyyət vəsiqəsində soyadı Arikan yazılmışdır. Beləliklə, noyabr ayı 2015-ci ildən o, cavabdehdən faktiki olaraq ayrılmışdır. Uşaqların hər ikisi onun himayəsindədir, cavabdeh uşaqların saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Hal-hazırda onun maddi vəziyyəti ağırdır, təkbaşına uşaqları dolandıra bilmir, ona görə də cavabdehdən aliment tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehlə aralarında uşaqlara alimentin ödənilməsinə dair hər hansı saziş yoxdur. O, cavabdehdən uşaqların saxlanılması üçün aliment almaq məqsədilə mediasiya təşkilatına da müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X12 tərəfindən mediasiya sessiyası təyin edilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediator tərəfindən xx.xx.2025-ci il tarixli, MŞQ/MT-027/2025- 00046 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar onun tərəfindən mediasiya təşkilatının hesabına 50 manat mediasiya haqqı və 10 manat kargüzarlıq xərci ödənilmişdir (qəbz № 25716, xx.xx.2025-ci il tarixli). Cavabdehin rəsmi iş yeri olmasa da, o, fərdi qaydada müxtəlif işlərdə işləyib qazanc əldə edir. Ona görə də hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 232 manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişidir ki, cavabdehlə aralarında rəsmi nikah olmamışdır. Uşaqlar birgə ailəvi qaydada yaşadıqları vaxt doğulmuşdur. Cavabdeh uşaqlarla maraqlanmır, heç bir köməklik göstərmir. İkinci dəfə ailə qurmuş, lakin ikinci nikahdan da ayrılmışdır. O, Türkiyədə nikaha daxil olanda Azərbaycana məlumat verməmiş, sonradan məlumat vermişdir. Lakin sistemə daxil edilməmişdir. Uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tutulmasını istəyir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, əvvəl tikintidə fəhlə işləmişdir. Hazırda isə işləmir. Aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 274234 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh X2 doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 270062 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh X2 doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 714474 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X3 birgə nikahından 27 may 2014-cü il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 714473 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X3 birgə nikahından 02 noyabr 2015-ci il təvəllüdlü X7 doğulmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı mağazada “satıcı” vəzifəsində işləyir və aylıq 400 manat məbləğində əmək haqqı alır. Cavabdeh isə rəsmi gəliri yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 202-cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-dən 345 manat həddində müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 18 fevral 2025-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 18 fevral 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 27 may 2014-cü il təvəllüdlü X5 və 02 noyabr 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, iddianın qiyməti 200 manat x 12 ay = 2400 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və 18 fevral 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 27 may 2014-cü il təvəllüdlü X5 və 02 noyabr 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 fevral 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 27 may 2014-cü il təvəllüdlü X5 və 02 noyabr 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutulsun. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1219/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1219/2025
10.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver