Məhkəmə qərarları › İş №2(067)-1225/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1225/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1225/2025 24.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(067)-157/2024 saylı qətnaməsi ilə X5 ilə birgə nikahından doğulmuş - xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq ondan hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatana qədər saxlanılması üçün 40 manat məbləğində tutulan alimentin miqdarının azaldılması, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat mənbləğində alimentin tutularaq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(067)- 157/2024 saylı qətnaməsi ilə cavabdeh X5 ilə aralarında xx.xx.2014-cü il tarixdə bağlanılmış nikah qeydinin pozulması, birgə nikahından doğulmuş - xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq ondan hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində aliment, xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatana qədər saxlanılması üçün 40 manat məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Onun valideynləri (atası və anası) yaşlı olduqlarına görə heç yerdə işləmir. Hətta bacısı həyat yoldaşından ayrılıb, 6 ildir ki, bir azyaşlı uşağı ilə onlarla birlikdə yaşayır. Onun həyat yoldaşından məhkəmə qaydasında bacısınım övladının yetkinlik yaşma çatana qədər saxlanılması üçün aliment pulu ayrılsa da, cavabdeh Rusiya Federasiyasının vətəndaşı olduğundan 6 ildir ki, aliment pulunu ödəmir. Bu tərkibdə ailəninin saxlanılması üçün ailədə yeganə qazanc gətirən şəxs odur. Ailənin isə başqa heç bir yerdən gəlir mənbəyi yoxdur. O, işlədiyi yerdən aylıq 400 manat maaş alsa da, həmin pul ilə həm ailəni dolandırmağa, həm də məhkəmə tərəfindən təyin olunmuş yüksək məbləğdə aliment pulunu ödəməyə çalışır. Bu onun üçün olduqca çətindir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, aliment məbləğinin azaldılmasını istəyir. Maddi vəziyyəti pisdir. Üç uşağı var. Ödənişləri edə bilmir. Məbləq azaldılaraq ümumilikdə 300-350 manat olmalıdır. Xahiş edir iddiası təmin edilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddianı müdafiə edir və aliment məbləğinin azaldılmasını istəyir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişlər ki, iddianı qəbul etmir. Üç uşağa baxmaq çətindir. Təyin edilmiş məbləğ belə azdır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-157/2024 saylı qətnaməsi ilə İddiaçı ilə X5 arasında olan nikah qeydi pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəlludiı X12 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər iddiaçı (anaları)- X1 yanında (himayəsində) qalması, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 17 iyul 2023-cü tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində aliment xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatana qədər saxlanması üçün 40 manat məbləğində aliment (əlavə xərc) tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və (və ya) 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar