Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1231/2024 26.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə mərhum qızı X5 birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X1 üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesinə ödənilmiş 60 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2020-ci il tarixli 39 saylı Sərancamına əsasən xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X6 üzərində qəyyum təyin edilmişdir. Cavabdeh Xanpolad Cambulat oğlu xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X3tasıdır. Uşağın anası X8, yəni qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hələ o, vəfat etməmişdən öncə xəstəliyi ilə əlaqədar uşağa baxa bilmirdi və bu səbəbdən də qanuni əsaslarla uşağın üzərində o, qəyyum təyin edilmişdir. Cavabdeh qəyyumluğunda olan xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X2 üçün könüllü olaraq aliment ödəmir. Dəfələrlə bu barədə aralarında söhbət olsa da, cavabdeh aliment ödəməkdən yayınır. Mediasiya xx.xx.2024-cü il tarixdə tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişidir ki, cavabdeh xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X6 atasıdır. Uşağın anası yəni, qızı X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qızı vəfat etməmişdən qabaq xəstəliyi ilə əlaqədar uşağa baxa bilmədiyindən 5 yaşından bəri o, baxır. Bu səbəbdən də qanunla uşağın üzərində qəyyum təyin edilmişdir. Cavabdeh qəyyumluğunda olan qızının saxlanması üçün könüllü olaraq aliment ödəmir və uşaqlardan birinin onun yanında olmasına baxmayaraq dövlət tərəfindən verilən müavinəti 2 uşaq üçün cəmi 240 manat pulu da o, alır. Dəfələrlə bu barədə aralarında söhbət olsa da cavabdeh alimenti ödəməkdən yayınır. Cavabdehin iş yeri yoxdur. Dəmir alıb satmaqla məşğuldur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 912582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçı Həmrayeva X7 Bibiseydə Abdulla qızı ilə Cavabdeh birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X9 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2020-ci il tarixli 39 saylı Sərancamının Çıxarışından müəyyən olunur ki, ana X8 uşağı nənənin yanında qoyaraq evdən çıxıb getmiş və bir daha uşaqla maraqlanmamışdır. Atalıq isə müəyyən edilməmişdir. Uşaq hal-hazırda nənəsi İddiaçı ilə yaşayır. Qeyd edilənləri nəzərə alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 373544 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 13 avqust 2023-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 454391 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən nüəyyən olunur ki, Cavabdeh Campulat oğlu 23 dekabr 2011-ci ildə X4 doğulmuş X10 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı və Cavabdeh rəsmi gəlirləri barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, X8 ilə Cavabdeh birgə uşaqları (AZ-İ seriyalı 454391 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə) - hazırda nənəsi İddiaçıoğlunun qızının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit məbləğdə aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 180 manat təyin olunduğundan, iddianın qiyməti 200 manat x 12 aya= 2400 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və X8 ilə Cavabdeh birgə uşaqları - hazırda nənəsi İddiaçıoğlunun qızının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit məbləğdə aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı verilməli, Cavabdeh 44 manat məbləğində dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X8 ilə Cavabdeh birgə uşaqları - hazırda nənəsi İddiaçı himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit məbləğdə aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1231/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1231/2024
26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver