Məhkəmə qərarları › İş №2(067)-1247/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1247/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1247/2022 08.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, iddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızının və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, iddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızının Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinə dair sazişin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbinə dair mülki işə Xacmaz şəhərində 08 sentyabr 2022-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin Maraqlı şəxs tərəfindən 16 dekabr 2021-ci il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi Sazişlə" ləğv edilməsinə dair sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın 1-AN ******* saylı 05 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 birgə mülkiyyət üzrə onlara məxsus torpaq sahəsinin 0.10 ha hissəsini Cavabdeh1 ilə birgə əldə etmişlər. Nikahları Xaçmaz rayon Qımıl-qışlaq kənd İcra nümayəndəliyində 16 mart 2016-cı il tarixdə 02 nömrə ilə qeydə alınmışdır. 2022-ci ilin fevral ayının əvvələrində ona məlum olmuşdur ki, cavabdeh birgə mülkiyyətlərində olan yeri başqa şəxslərə satmaq istəyir. Bu zaman birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü ilə bağlı iddia qaldırmaq üçün vəkil ilə artıq müqavilə bağlamışdır. Vəkil tərəfindən DƏDKX-nin 5 saylı ərazi idarəsinə sorğu verib. DƏDRX-nin 5 savlı ərazi idarəsinin **********76 nömrəli xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavabı aldıqdan sonra ona məlum olmuşdur ki, birgə nikah dövründə birgə qazanc hesabına əldə etdikləri ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinə dair Cavabdeh2 və ailə üzvləri ilə Cavabdeh1 arasında Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 40- 998 reyestr nömrəli bağlanmış alqı-satqı müqaviləsi Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişə əsasən ləğv edilmişdir. Xaçmaz ravon 1 saylı Notariat Ofisinə vəkil sorğusu verilərək notariat işi alındıqdan sonra ona tam şəkildə aydın oldu ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Xaçmaz rayonu 1 saylı notariat otisində rəsmiləşdirdikləri xx.xx.2017-ci il tarixli ünvan 1i ünvanında verləşən 0.10 ha torpaq sahəsinə dair bağladıqları 4Ə-998 reyestrli alqı-satqı müqaviləsini ləğv etmişlər. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu ilk növbədə "Daşınmaz Əmlakın alqı-satq müqaviləsinin ləğvi barədə" müqavilə bağlamamış, daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə saziş bağlamışdır. Saziş müqavilə deyil, sadəcə ərizədir. Daşınmaz əmlakın alıq-satqısına dair müqavilənin dəyişdirilməsi və ləğvi yalnız müqavilə yolu ilə həyata keçirilə bilər. Bundan əlavə ünvan 1ində verləşən 0.10 ha torpaq sahəsi onunla Cavabdeh1 birgə nikahları dövründə qazandıqları birgə vəsait hesabına əldə edildiyindən onun həmin torpaq sahəsindən birgə sahiblik və istifadə hüququ yaranmışdır. 16 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə sazişi notarius ləğv edərkən onun Cavabdeh1 həyat yoldaşı kimi razılığını almamışdır. Həmin torpaq sahəsində birgə nikah dövründə ikisinin qazancı hesabına tam şəraitli ev tikilmişdir. Müqavilənin ləğvi Cavabdeh1 təşəbbüsü ilə həyata keçirlməsi şübhə doğurmamılıdır. Belə ki, torpağın keçmiş mülkiyyətçisi onun dayısı, dayısının yoldaşı və onların övladlarıdır. Cavabdeh1 bilmişdir ki o, nikahın pozulması, əmlak bölgüsü və aliment ilə bağlı ilə mediasiya prosesinə başlamışdır. Cavabdeh1 bunları bilə-bilə məhz o bu yola əl ataraq dayısını və ailə üzvlərini gətirərək 4 ildən artıq bağlanmış müqaviləni ləğv etdirmişdir ki, ona və övladlarına hər hansı bir əmlak payı çatmasın. Onun mülkiyyət hüququ pozulmuş, ona çatan pay cavabdeh tərəfindən planlı şəkildə, oyun qurularaq əlindən alınmaqdadır. Hal-hazırda torpaq sahəsində tikilmiş evdə özü yaşamaqdadır. Bu səbəbdən də daşınmaz əmlakın alq-satqısına dair 16 dekabr 2021-ci il tarixli saziş etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmışdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 və X3 arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Nikahdan sonra qadın Pirimova soyadını qəbul etmişdir. xx.xx.2016-cı il tarixdə tərəflərin nikahı pozulmuşdur. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 4Ə-998 reyestr nömrəli, 05 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X1 rayonu Mollaburhan kəndində yerləşən 0,1 ha torpaq sahəsini Cavabdeh1 satmışlar. İş materiallarında olan 3M-356 reyestr nömrəli, 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişdən müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirdikləri xx.xx.2017-ci il tarixli ünvan 1ində yerləşən 0,1 ha torpaq sahəsinə dair bağladıqları 4Ə-998 reyestr nömrəli alqı-satqı müqaviləsini ləğv etmişlər. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 və Qədimova (Pirimova) Aytən Nadirşah qızı xx.xx.2016-cı il il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X6 və xx.xx.2019-cu il tarixdə X7 anadan olmuş, onların aralarında olan nikah Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-500/2022 saylı qətnaməsi ilə pozulmuşdur. İşdən görünür ki, Cavabdeh1 və Qədimova (Pirimova) Aytən Nadirşah qızının birgə nikahları dövründə, yəni xx.xx.2017-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə-998 saylı reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 0,1 ha torpaq sahəsi Cavabdeh1 adına alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MM-nin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 58.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Məhkəmə hesab edir ki, Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 0,1 ha torpaq sahəsi Cavabdeh1 ilə Qədimova (Pirimova) Aytən Nadirşah qızının birgə nikahları dövründə əldə edildiyindən onların həmin torpaq sahəsi üzərində birgə sahiblik və istifadə hüququ yaranmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda ləğv edilərkən İddiaçı razılığı alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü madəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırki işdə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir. Şərh olunanlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 16 dekabr 2021-ci il tarixli (3M-356 reyestr nömrəli) saziş etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar