Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1300/2024 06.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı Cavabdeh qarşı ödənilməmiş aliment məbləğinin indeksasiya edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayon məhkəməsinin 2013-cü il qətnaməsi ilə müəyyən edilmiş ödənilməmiş alimentin məbləğinin indeksasiya edilərək X1 əsas borc kimi 21000 manat və 11 ilə görə indeksasiya edilmiş, təqribən 11800 manat olmaqla, ümumilikdə təqriben 32000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırda ərizəçinin tələbinin əsasını Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsinə dair münasibətlər təşkil edir ki, qeyd olunan mübahisəyə dair ərizəyə tərəflərin tələbkar və borclu kimi adları qeyd olunmaqla, mülki işə təqdimat qaydasında və 8 indeksi ilə baxılmalıdır. Sözügedən ərizə isə hazırda ərizəçi tərəfindən məhkəməyə 2 indeksi ilə təqdim olunmuşdur ki, qeyd olunan ərizəyə 2 indeksi ilə baxmaq yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Bu Qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə, ödənilməli pul məbləğlərinin indeksasiyası icra icraatı zamanı məhkəməyə müvafiq şəxs tərəfindən iddia ərizəsi vasitəsilə deyil, şikayət ərizəsi vasitəsilə bildirilir. Bu zaman tərəflər iddiaçı və ya cavabdeh kimi qeyd edilmir, mülki iş 8 indeksi ilə başlanır və yekunda məhkəmə mübahisə üzrə qərardad qəbul edir, şikayət ərizəsinin verilməsi üçün isə hər hansı dövlət rüsumunun ödənilməsi tələb edilmir. İddiaçı hazırki iddia ərizəsindən isə görünür ki, o, cavabdeh kimi Cavabdeh qeyd etmiş, iddia ərizəsi təqdim edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Başqa sözlə, iddia ərizəsinin forması və məzmunu qanunvericiliyin tələblərinə, yəni MPM-nin 149-cu maddəsinə uyğun deyildir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən İddiaçı Cavabdeh qarşı ödənilməmiş aliment məbləğinin indeksasiya edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş aliment məbləğinin indeksasiya edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1300/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1300/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver