Məhkəmə qərarları › İş №2(067)-1313/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1313/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1313/2023 17.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2 ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2011-ci il tarixli nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yaşayış yerinin onun yanında olmasını müəyyən etməkə himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar