Məhkəmə qərarları › İş №2(067)-1361/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1361/2020

29.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1361/2020 29.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi x4, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı uşaqları- 25 mart 2016-cı ildə anadan olmuş x3 və 21 fevral 2019-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında, 21 fevral 2019-cu ildə anadan olmuş qızı x2 üç yaşı tamam olana kimi hər ay 100 manat miqdarında və ağır epilepsiya xəstəsi olan oğlu x3 müalicəsi üçün əlavə xərclər kimi hər ay 100 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh himayəsində olan azyaşlı uşaqları- 25 mart 2016-cı ildə anadan olmuş x3 və 21 fevral 2019-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 28 sentyabr 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənməklə nikahlarını 05 mart 2015-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 25 mart 2016-cı ildə Adəm və 21 fevral 2019-cu ildə Məryəm adlı iki nəfər uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan 2019-cu ilin iyul ayından cavabdehlə faktiki olaraq ayrılmışlar. Faktiki ayrıldıqları vaxtdan uşaqlar onun himayəsində olmaqla uşaqları özü saxlayır. Bu müddət ərzində cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh 2-ci qrup əlil kimi təqaüd alır və həm də Gəncə şəhərində qeyri-rəsmi yaşadığı arvadı ilə şərikli mağazada satıcı işləməklə qazanc əldə edir. Cavabdehin onun hazırda tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı vardır. 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. O, azyaşlı uşaqlarının qayğısına qalıb onları saxladığına görə heç bir yerdə işləyə bilmir, sosial yardım almır, başqa gəlir yeri yoxdur, odur ki, maddi vəziyyəti olduqca ağırdır. Digər tərəfdən oğlu Adəm Muxtarov ağır epilepsiya xəstəsidir, onun daimi və intensiz müalicələrə ehtiyacı vardır. Bunun üçün isə xeyli vəsait tələb olunur. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin edilməsini, Cavabdeh himayəsində olan azyaşlı uşaqları- 25 mart 2016-cı ildə anadan olmuş x3 və 21 fevral 2019-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iş üzrə İddiaçı onun oğlu Cavabdeh keçmiş arvadıdır. Onlar 28 sentyabr 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənməklə nikahlarını 05 mart 2015-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. İddiaçı ilə onun oğlu Cavabdeh birgə nikahlarından 25 mart 2016-cı ildə Adəm və 21 fevral 2019-cu ildə Məryəm adlı iki nəfər uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan Tahirə ilə oğlu Natiq faktiki olaraq ayrılmışlar. İddiaçı məhkəmədə oğlu Cavabdeh qarşı iddia qaldıraraq azyaşlı uşaqları- 25 mart 2016-cı ildə anadan olmuş x3 və 21 fevral 2019-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında, 21 fevral 2019-cu ildə anadan olmuş qızı x2 üç yaşı tamam olanakimihəray 100 manat miqdarında və ağır epilepsiya xəstəsi olan oğlu x3 müalicəsi üçün əlavə xərclər kimi hər ay 100 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hazırda isə iddiasının həcmini azaltmaqla azyaşlı uşaqları Adəm və Məryəmin yetkinlik yaşına çatanadək yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında alimentin tutularaq ona verilməsini xahiş edir. Oğlu Cavabdeh iddiaçının hazırda tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, oğlu Natiq 2-ci qrup əlildir, ürəyindən ağır əməliyyat olunmuş, növbəti ağır əməliyyata ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir, 130 manat sosial pensiya alır. İddiaçının onun oğlunun Gəncə şəhərində işləyərək qazanc əldə etməsi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Oğlu ağır xəstə olduğundan paltarını özü çıxarıb geyinə bilmir, ikinci dəfə ailə qurduğu arvadı onun qayğısına qalır. Oğlu övladlarının qayğısına qalmağın borcu olduğunu başa düşür, lakin hazırki səhhəti ilə bağlı iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyildir və başqa gəlir yeri də yoxdur. İddiaçının tələb etdiyi məbləğdə aliment qət ediləcəyi təqdirdə oğlu həmin alimenti ödəyə bilməyəcəkdir. Odur ki, iddianın qismən təmin edilməsini, oğlu- Cavabdeh sosial pensiyasının üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 mart 2015-ci il tarixli, AZ-İİ seriyalı, 026024 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 05 mart 2015-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 72 nömrə ilə rəsmiləşdirmişlər. İş materiallarında olan 17 may 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 774308 nömrəli və 07 mart 2019-cu il tarixli, AZ-Vİ seriyalı, 265360 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 25 mart 2016-cı ildə Adəm və 21 fevral 2019-cu ildə Məryəm adlı iki nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aşağı-Zeyid kənd x10 üzrə nümyaəndəsi tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 762 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Xaçmaz rayonunun Aşağı-Zeyid kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, iş üzrə cavabdeh x1 şəhəri, M.Müşfiq küçəsi ev 3, mənzil 2 ünvanında qeydiyyatdadır. İş materallarında olan Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi 15 nömrəli x12 Komissiyasının SER TSE-01 051713 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x8 Xaçmaz rayon şöbəsinin 16 iyun 2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, Cavabdeh həqiqətən Əmək və x5 Nazirliyi yanında Dövlət x8 Xaçmaz rayon şöbəsindən 2-ci qrup əlil kimi hər ayda 130 manat ömürlük pensiya alır. İş materiallarında olan epikrizlərin və müayinə sənədinin surətlərindən görünür ki, Cavabdeh ürək xəstəliyi (Miokard) ilə əlaqədar əməliyyat olunmuş və müalicələr almışdır. Aparılmış məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 28 sentyabr 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənməklə nikahlarını 05 mart 2015-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 25 mart 2016-cı ildə Adəm və 21 fevral 2019-cu ildə Məryəm adlı iki nəfər uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan 2019-cu ilin iyul ayından tərəflər faktiki olaraq ayrılmışlar. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı uşaqları- 25 mart 2016-cı ildə anadan olmuş x3 və 21 fevral 2019-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında, 21 fevral 2019-cu ildə anadan olmuş qızı x2 üç yaşı tamam olana kimi hər ay 100 manat miqdarında və ağır epilepsiya xəstəsi olan oğlu x3 müalicəsi üçün əlavə xərclər kimi hər ay 100 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hazırda işə məhkəmədə mahiyyəti üzrə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh himayəsində olan azyaşlı uşaqları Adəm və Məryəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. 29 noyabr 2019-cu ildə qəbul edilmiş, 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 mart 2016-cı ildə anadan olmuş x3 və 21 fevral 2019-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 04 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 125 manat olmaqla cəmi 250 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 500 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 1 ünvanı olan Cavabdeh 25 mart 2016-cı ildə anadan olmuş x3 və 21 fevral 2019-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 04 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar