Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1390/2020 20.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə cavabdehin oğlu X5 ilə toy edib ailə qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. O, cavabdeh tərəfə məxsus Xaçmaz rayonu, Arzu kəndində yerləşən evə gəlin köçərkən özünə məxsus bütün cehiz əmlakını həmin evə aparmışdır. Xaçmaz Rayon Məhkəməsində cavabdehlə aralarındakı nikah ləğv edilmiş, qızıl-zinət əşyaları ilə bağlı prosesdə dindirilən Cavabdeh göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları ona verilib, toydan 3 gün sonra isə guya həmin qızılları ona qaytarmışdır, çünki cavabdeh qızılları kirayə almışdır və ona yeni qızıllar alacağını vəd etmişdir. Bunlar doğru deyil, çünki cavabdeh qızılları ondan alarkən ona daha yaxşı qızıllar alacağını bildirərək, qızılların kirayəyə götürülməsini deməmişdir. Məhkəmədə isə ona Cavabdeh qarşı iddia qaldıra biləcəyi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehdə olan qızıl-zinət əşyaları çəkisi 8 qram, 583 əyar klonla birlikdə qızıl boyunbağı, çəkisi 4 qram olan 583 əyarlı qızıl qolbaq, çəkisi 6 qram olan 583 əyarlı bir cüt sırğa, çəkisi 4 qram olan 750 əyarlı İtaliya istehsalı olan qızıl üzük, hamısının qiyməti 2100 manat, həmçinin, çəkisi 10 qram olan 583 əyarlı qiyməti 500 manat olan bir ədəd qızıl nişan üzüyündən ibarətdir. Həmin əmlakların mövcud olmasını təsdiq edən şahid və sübutları, həmçinin, fotoşəkilləri təqdim edə bilər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki,tələb etdiyi qızılları cavabdeh ona toyda vermiş, lakin toydan 3 gün sonraalmışdır. Ərindən ayrılandan sonra dəfələrlə cavabdehdən qızılları qaytarmasını tələb etsə də, o, qızılları qaytarmır. Ona görə məhkəmədə iddia qaldırmışdır. Həmin qızıl-zinət əşyaları ona cavabdeh tətəfindən toyda hədiyyə olunan qızıllardır. Lakin toydan 3 gün sonra cavabdeh həmin qızılları onun toyda taxması üçün kirayəyə götürdüyünü və qızılları geri qaytarmalı olduğunu bildirmişdir. O da etiraz etmədən qızılları qaytarması üçün cavabdehə vermişdir. Cavabdeh qızılları ondan alıb sahibinə qaytararkən onun üçün onlardan da yaxşı qızıllar alacağını bildirmişdir. O, qızılları zorla, hədə qorxu ilə, hər hansı bir təsir altında ondan almamışdır, qızılları könüllü cavabdehə qaytarmışdır. Tələb etdiyi qızıl-zinət əşyalarının parametrlərinə, dəyərinə dair sübutu, həmçinin, iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərmişdir ki, iddiaçının tələb etdiyi qızılları ona oğlu ilə evlənərkən toyda vermişdir, lakin həmin qızılları o, toyda gəlinə taxılması üçün icarəyə götürmüşdür, ona görə ki, gəlini üçün qızıl-zinət əşyaları almağa maddi imkanı olmamışdır. Bunu iddiaçı özü də bilirdi. Toydan 2 gün sonra qızılları geri qaytarmışdır. İddiaçıya qızılları kirayəyə götürdüyünü toydan 2 gün sonra demişdir, o, qızılları etiraz etmədən sahibinə qaytarmaq üçün ona vermiş, o da qızılları sahibinə qaytarmışdır. İddiaçıdan qızıl zinət əşyalarını zorla, hədə qorxu ilə, hər hansı bir təsir altında almamışdır. İddiaçı özü qızılları könüllü olaraq sahibinə qaytarmaq üçün ona vermişdir. Ona görə hazırda iddiaçının ondan qızıl-zinət əşyaları tələb etməsini başa düşə bilmir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının parametrlərini, dəyərlərini dəqiq xatırlamır, amma bilir ki, iddiaçı iddia ərizəsində şişirdilmiş qiymətlər göstərmişdir. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-751/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, cehiz əmlaklar cavabdeh X2 alınaraq, İddiaçı qaytarılmış, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əmlakların cavabdehlərdə olmasını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən. mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə tərəflərin izahatından müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi qızılzinət əşyalarını cavabdeh maddi imkanı olmadığından iddiaçının toyda taxması üçün icarəyə götürmüş, toydan 2 gün sonra həmin əşyaların icarəyə götürüldüyünü və geri qaytarılmalı olduğunu iddiaçıya bildirmişdir. İddiaçı isə buna etiraz etməyərək, həmin qızılzinət əşyalarını qaytarılması üçün cavabdehə vermişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qızıl-zinət əşyalarının qaytarılmalı olduğunu bildirərkən cavabdehin qızılları zorla, hədə qorxu ilə, hər hansı bir təsir altında ondan almadığını göstərmişdir. Başqa sözlə iddiaçı özünə hədiyyə edilmiş əmlakı özünün könüllü razılığı ilə cavabdehə qaytarılması üçün verdiyini etiraf etmişdir və məhkəmə cavabdehin izahatına əsasən qeyd edilən halı müəyyən olunmuş hesab edir. Belə olduğu halda məhkəmə iddiaçının özünün könüllü razılığı ilə cavabdehə qaytarılması üçün verdiyi əmlakı geri tələb etməsini əsaslı hesab etmir. Beləliklə, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəliov.
Məhkəmə qərarları › İş №2(067)-1390/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1390/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver