Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-142/2024 08.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən olunması və alimentdən azad olunma tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlə 14 aprel 2006-cı il tarixli nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yaşayış yerinin onun yanında olmasını müəyyən etməklə himayəsinə verilməsi və onu Xaçmaz Rayon məhkəməsinin 2(067)-684 saylı, 18 mart 2015-ci il tarixli qətnaməsində övladlarına münasibətdə olan hər ay cəmi iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən 160 manat (bir yüz altmış) manat məbləğində alimenti ödəməkdən azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Ağamaliyeva (Zahirova) Şəlalə Əflan qızı ilə 14 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 2 övladı cavabdehin himayəsində qalmışdır. Azərbaycan Respublikası MPM -nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit məbləğdə aliment pulunu cavabdehə ödəməyi barədə qətnamə vardır. Övladları xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi onun himayəsindədirlər. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Susayqışlaq İnzibati Ərazi Dairəsi nümayəndəsinin 19 iyun 2023-cü il tarixli arayışına əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 hal-hazırda Xaçmaz rayonu, Susayqışlaq kəndində ona məxsus olan evdə onunla birgə onun himayəsində yaşayırlar və övladlarının gündəlik qayğıları ilə şəxsən məşğul olur. Hal-hazırda övladları onun yanındadırlar və anaları Ağamaliyeva (Zahirova) Şəlalə Əflan qızının yanında qalmaq istəmirlər. Bu hallar ekspertiza təyin edilsə üzə çıxacaqdır. Onun uşağları onun yanında yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-684 saylı, 18 mart 2015-ci il tarixli qətnaməsinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit məbləğdə aliment pulu onda alınaraq cavabdehə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, ekspert rəyi ilə tanışdır və qəbul edir. Hazırda uşaqlar onun yanında qalır. Oğlu Gəncədə universitetdə təhsil alır, 1-ci kurs tələbəsidir və 17 yaşı var. Qızının isə 14 yaşı var və məktəbdə oxuyur. Bu səbəbdən uşaqların onun yanında qalmasını və alimentin ləğv olunmasını istəyir. Xahişi odur ki, iddiası təmin edilsin. İş üzrə cavabdeh və üçüncü şəxs olan Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə oların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 anadan olmuşlar. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər , xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində-hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 manat miqdarında alimentin tutularaq iddiaçı Ağamaliyeva (Zahirova) Şəlalə Əflan qızına verilməsi qət edilmişdir. İş materiallarında olan İcra Hakimiyyəti Başçısı Susayqışlaq kəndi İƏD-də nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı hazırda Xaçmaz rayonu, Susayqışlaq kəndində yaşayır, X5 və X6 onun himayəsindədirlər. İş materiallarında olan Nikahın Pozulması haqqında olan Şəhadətnamədən müəyyən olunur ki, tərəflərin nikahı xx.xx.2015-ci ildə pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon Qəyyumluq və Himayəçilik komissiyasının rəyindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 ataları İddiaçı himayəsində saxlanılmalarını məqsədəuyğun hesab edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 11/471 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 hal-hazırda ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Ağamaliyeva (Zahirova) Şəlalə Əflan qızına bağlılıqları müəyyən olunmur. xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 birinin digərinə bağlılıqları üzə çıxmaqla, onların birinin digərindən ayrı yaşaması psixoloji vəziyyətlərinə neqativ təsir göstərə bilər. xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixində rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı iki övladları vardır.İddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla atadan aliment tutulmuşdur. Hazırda uşaqlar iddiaçının-atalarının himayəsindədirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Bu Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Bu Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onlarıın rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Bu Məcəllənin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq olmaz. Həmin maddəyə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının» 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır. BMT-nin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq haqqında Bəyannəməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır.O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait olduğu hallardan başqa anasından ayrılmamalıdır. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Beləliklə, məhkəmə, sadalanan qanunvericilik normalarına əsaslanaraq və həmin maddələrin tələblərini, məhkəmə təcrübəsini və məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyi işin faktiki hallarına tətbiq edərək, uşaqların fikirlərini, qəyyumluq və himayəçilik komissiyasının və ekspert rəylərini, diqqətəlayiq olan digər halları nəzərə alıb uşaqların inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə habelə uşaqların üstün mənafeyini əsas götürməklə hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə uşaqların yaşını, iddiaçının valideyn olaraq uşaqların tərbiyəsində üstün hüquqa malik olmasını, cavabdehin məhkəmə iclasına gəlməkdən boyun qaçıraraq iddiaya etinasız yanaşmasını, eləcə də tərəflərin həyat şəraitlərini nəzərə alaraq, onların normal inkişafının təmin olunması məqsədi ilə atanın yanında qalmasını uşaqların üstün mənafeyinə daha uyğun hesab edir. Məhkəmə, eyni zamanda, iddiaçının həyat şəraitində, davranışında, səhhətində övladlarının himayəsinə verilməsinə mane ola biləcək əks halın qeyri-mövcudluğunu nəzərə alır. Məhkəmə hesab edir ki, uşaqlar atanın himayəsində yaşadığından, onların bütün xərcləri mütəmadi olaraq artmaqda davam etməklə iddiaçı tərəfindən ödənilir. Belə olan halda ondan uşaqların saxlanması üçün sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq deyil. İşin yuxarıda sadalanan faktiki hallarından da görünür ki, iddia tələbi əsaslıdır.İddianın təmin olunmaması üçün məhkəmə tədqiqatı zamanı heç bir hal aşkar olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 İddiaçı yanında (himayəsində) saxlanılmalıdır, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş 160 manat miqdarında alimenti ödəməkdən azad olunmalıdır. Uşaqların iddiaçının yanında nə vaxtdan qalmasını məhkəmə tədqiqatı zamanı müəyyən etmək mümkün olmadığından, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən aliment ödəməkdən azad edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 yaşayış yeri İddiaçı yanında olmaqla, onun yanında( himayəsində) saxlanılsınlar. 21 iyun 2023-cü il tarixdən başlayaraq İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-684/2015 saylı qətnaməsinə əsasən müəyyən olunmuş 160 manat miqdarında alimenti ödəməkdən azad edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulu Cavabdeh alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-142/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-142/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver