Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1431/2024 05.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümyəndəsi X10 iştirak ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlə xx.xx.2007-ci il tarixli nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X11 yaşayış yerinin onun yanında olması, xx.xx.2024-cü il tarixdən yaranmış aliment borcunun silinməsi barədə və onu övladlarına münasibətdə aliment ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra 2 övladı cavabdehin himayəsində qalmışdır. X4 16 yaşı var və könüllü olaraq 3 aydır ki, onun yanına köçüb və daimi olaraq onun yanında yaşayır, anasının yanına yaşamaq üçün getmək fikiri yoxdur. X5 isə məktəbə getməyə görə anasının yanında yaşayır, həftənin 6-cı və bazar günləri onun yanında qalır. X8 anasının yanına getmək istəmədiyindən xx.xx.2024-cü il tarixdən halhazıra kimi daimi olaraq onun himayəsindədir. Bununla bağlı Xaçmaz Şəhər İcra nümayəndəliyində oğlunun 03 aydır ki, yanında yaşaması barədə xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi nümayəndəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2008-ci il təvəllüdlü X15 hal-hazırda ünvan 1 ünvanda valideyni İddiaçı himayəsində yaşayır və İddiaçı övladlarının gündəlik qayğıları ilə şəxsən məşğul olur. Hal-hazırda övladı yanındadırlar və anası Cavabdeh yanında qalmaq istəmir. Uşağın onun yanında yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. Uşaqların anası Xaçmaz rayon Köhnə-Xacmaz kənd orta məktəbində müəllim işləyir və 1000 manatdan yuxarı əmək haqqı alır. Hər birinin himayəsində bir usaq yaşadığından və Cavabdeh maddi imkanı yaxsı olduğundan o aliment ödəməkdən azad edilməlidir. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş X11 yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi, xx.xx.2024-cü il tarixdən yaranmış aliment borcunun silinməsi və oğlu Nihat üçün cavabdehdən 200 manat alimentin tutulub ona verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu onun, qızı isə cavabdehin yanında yaşayır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən aliment tələbinin olmadığını və ilkin iddianı müdafiə etdiyini göstərmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 doğulmuşdur. Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulduqdan sonra 2 uşaq cavabdehin himayəsində qalmışdır. Oğlunun 16 yaşı var və könüllü olaraq onun yanına köçüb və daimi olaraq onun yanında yaşayır, anasının yanına yaşamaq üçün getmək fikri yoxdur. Qızı isə məktəbə getmək üçün anasının yanında yaşayır, həftənin 6-cı və bazar günləri onun yanında qalır. Hazırda oğlu onun yanında yaşayır və cavabdehin yanında yaşamaq istəmir. Ona görə də xx.xx.2008-ci il təvəllüdlü X11 yaşayış yerinin onun yanında olması, xx.xx.2024-cü il tarixdən yaranmış aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməyi barədə qərar qəbul edilməsini xahiş edir. O, Moskva şəhərində olduğu vaxtda da oğlu onun evində yaşayıb. Yanvar ayında da oğlunun yaşayış yerinin müəyyən edilməsi üçün məhkəməyə ərizə vermişdir. Cavabdehdən aliment tələb etmir, aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməyini xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, oğlu üçün informatika fənnindən müəllim tutmuşdur. Lakin iddaçı müəllimin pulunu ödəməyib. Bu yaxınlarda ona məlum olmuşdur ki, iddiaçı oğlunun nootbukunu satmışdır. İddiaçı özü də oğluna etiraf edib ki, nootbukunu satıb. Uşağın atasının yanında qalmasını uşağın mənafeyinə uyğun hesab etmir. O, oğlunun əxlaqsız və əyyaş birinin yanında qalmasını istəmir. Oğlunun onunla qalmasını istəyir İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X10 iştirakı ilə dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü X15 göstərmişdir ki, o 9-cu sinifdə oxuyanda bu vəziyyət yaranıb, hazırda 11-ci sinifdə oxuyur. Valideynlərinin hər ikisinin də hərəkətləri artıq onu bezdirib. Təhsilini bitirəndən sonra onlardan ayrılıb təhsilini davam edəcək. Valideynlərinin hər ikisi ilə də ünsiyyəti var. Hazırda atasının yanında qalır. Kimin yanında qalmaq istədiyinə gəldikdə isə bildirir ki o, atasının yanında qalmaq istəyir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1552/2023 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsində bağlanmış №264 saylı nikah qeydi pozulmuşdur. Tərəflərin birgə nikahından anadan olan yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X15 boşanmadan sonra iddiaçı Cavabdeh himayəsində saxlanılmışdır. Tərəflərin birgə nikahından anadan olan yetkinlik yaşına çatmamış uşaqları -xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit məbləğdə aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. -X9 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X9 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 977 nömrəli arayışından müəyyən olunur ki, X15 xx.xx.2024-cü il tarixdən halhazıra kimi atası İddiaçı yanında yaşayır. -xx.xx.2024-cü il tarixdə Faiq Ağabalayevin, Ramin Osmanovun, Əlif Əlifovun iştirakı ilıə tərtib olunmuş aktdan müəyyən olunur ki, X15 xx.xx.2024-cü il tarixdən halhazıra kimi atası İddiaçı yanında yaşayır. Onun təlim-tərbiyəsi ilə məktəb xərclərini atası çəkir. -Xaçmaz Regional Ədliyyə İdarəsinin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı əmlak vəziyyətinin yoxlanılması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən müxtəlif dövlət orqanlarına sorğular verilmiş, lakin borcluya məxsus tələbin üzərinə yönəldilə biləcəyi heç bir əmlak və ya pul vəsaitləri aşkar edilməmişdir. Daha sonra borclu tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz şəhəri üzrə İƏV-nin arayışından görünür ki. xx.xx.2008-ci il təvəllüdlü X15 xx.xx.2023-cü il tarixdən atası ilə birgə yaşayır. Borclu İddiaçı Cavabdeh xeyrinə ödənilməmiş 150 manat məbləğində aliment borcu qalmışdır. -Xaçmaz Regional Ədliyyə İdarəsinin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı əmlak vəziyyətinin yoxlanılması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən müxtəlif dövlət orqanlarına sorğular verilmiş, lakin borcluya məxsus tələbin üzərinə yönəldilə biləcəyi heç bir əmlak və ya pul vəsaitləri aşkar edilməmişdir. Borclu tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz şəhəri üzrə İƏV-nin arayışından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X15 05,03.2023-cü il tarixdən atası ilə birgə yaşayır. Borclu İddiaçı Cavabdeh xeyrinə ödənilməmiş 1000 manat məbləğində aliment borcu qalmışdır. -Xaçmaz Regional Ədliyyə İdarəsinin Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı əmlak vəziyyətinin yoxlanılması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən müxtəlif dövlət orqanlarına sorğular verilmiş, lakin borcluya məxsus tələbin üzərinə yönəldilə biləcəyi heç bir əmlak və ya pul vəsaitləri aşkar edilməmişdir. Borclu İddiaçı Məzafiir oğlu xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona qalıq qalmış 2850 manat aliment borcunun ödənilməsi təklif edilmişdir. Borclu qalıq aliment borcunu ödəmədiyinə görə barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(067)-111/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilmiş və məhkəmə prosesi zamanı borclu Cavabdeh xeyrinə 800 manat aliment ödənişi etmişdir. Həmçinin icra məmuru tərəfindən İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Xaçmaz rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki, İddiaçı Cavabdeh xeyrinə cəmi 1550 manat aliment ödənişi etmiş (sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 300 manat və xx.xx.2024-cti il tarixdə isə 800 manat) və onun 2050 manat aliment borcu qalmışdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına borclu İddiaçı barəsində Xaçmaz rayon Məhkəməsinin 2(067)-1552/2023 saylı, xx.xx.2023-cü il tarixli yeni icra sənədi daxil olduğu üçün Xaçmaz rayon Məhkəməsinin 2(067)-l552/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək borclu İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 20 aprel 2023-cü il tarixdən hesablamaqla hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsinə dair icra sənədinə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən “İcra haqqında Azərbaycan Respublikası” Qanununun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. -Xaçmaz rayon icra və probasiya şöbəsinin sorğuya əsasən alınmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı xx.xx.2024-ci il tarixdə icra şöbəsinə dəvət edilmiş və ona qalıq qalmış 2850 manat aliment borcunun ödənilməsi təklif edilmişdir. Borclu qalıq qalmış alimenti ödəniş etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmiş, Xaçmaz rayon məhkəməsinin 3(067)- 111/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı ilə İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə prosesi zamanı borclu tələbkarın xeyrinə 800 manat aliment pulu ödəniş etmişdir. Borclu İddiaçı xx.xx.2023-cü il tarixdən bu günədək tələbkarın xeyrinə ümumilikdə 1750 manat aliment pulu ödəniş etmiş və onun hal- hazıradək cəmi ödənilməmiş 3850 manat aliment borcu vardır. -İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş X11 yaşayış yerinin onun yanında olması, xx.xx.2024-cü il tarixdən yaranmış aliment borcunun silinməsi və onun saxlanılması üçün cavabdehdən hər ay 200 manat aliment tutularaq ona verilməsini xahiş etmişdir. -İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən aliment tələbinin olmadığını və ilkin iddianı müdafiə etdiyini göstərmişdir. -Xaçmaz rayon Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X11 atası - İddiaçı himayəsində qalmasını məqsədəuyğun hesab edir. -Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2024-cü il tarixli 11/351 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X11 hal-hazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2011-ci il təvəllüdlü X12 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikah pozulduqdan sonra hər iki uşaq ananın (hazırki iş üzrə cavabdehin) himayəsində qalmışdır. Tərəflərin birgə nikahından doğulan övladı X15 xx.xx.2024-cü il tarixdən iddiaçının yanına köçüb və daimi olaraq onun yanında yaşayır, İddiaçı övladının gündəlik qayğıları ilə şəxsən məşğul olur. Hal-hazırda X15 iddiaçı olan atası İddiaçı yanındadır və orada qalmaq istəyir, anası Cavabdeh yanında qalmaq istəmir. İddiaçının uşağın onun yanında yaşaması və normal inkişaf etməsi üçün hər cür maddi və mənzil şəraiti vardır. Hazırda iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X11 yaşayış yerinin onun yanında olması, xx.xx.2024-cü il tarixdən yaranmış aliment borcunun silinməsini və onu övladlarına münasibətdə aliment ödəməkdən azad edilməyi xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki halda aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Sözügedən qərarda həmçinin göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe baxımından tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X15 ailədə onun marağına toxunan məsələnin həlli, yəni valideynlərdən hansının yanında qalması müəyyən edilərkən öz fikirini bildirmək hüququ təmin edilməklə dinlənilmişdir. Dinləmə zamanı öz fikirini sərbəst və aydın formada ifadə edərək X15 atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Qeyd olunanları və işin digər faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, tərəflərin birgə nikahından doğulan X11 yaşayış yerinin atası İddiaçı yanında olması müəyyən edilməli, iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X2 üçün alimnet ödəmək öhədiliyindən azad edilməli və həmin uşağın xx.xx.2024-cü il tarixdən faktiki olaraq iddiaçının himayəsində olduğu sübuta yetirildiyindən, həmin tarixdən X3 üçün iddiaçı tərəfindən ödənilməsi nəzərdə tutulan aliment məbləği iddiaçının aliment bocundan silinməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin birgə nikahından olan digər uşaq xx.xx.2011-ci il təvəllüdlü X1 üçün təyin olunmuş alimentin ödəniləməsi öhədliyindən iddiaçının azad edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatı üçün çəkilmiş xərc tərəflər arasında mütənasib olaraq bölünməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulan xx.xx.2008-ci il X15 oğlunun (hazırda) yaşayış yerinin atası İddiaçı yanında olması müəyyən edilməli, İddiaçı X2 üçün təyin olunmuş alimneti ödəmək öhdəliyindən azad edilməli və xx.xx.2024-cü il tarixdən X3 üçün iddiaçı tərəfindən ödənilməsi nəzərdə tutulan aliment məbləği onun aliment bocundan silinməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X11 yaşayış yerinin atası İddiaçı yanında olması müəyyən edilsin. İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1552/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş aliment ödəmək öhdəliyindən xx.xx.2008-ci il təvəllüdlü X13 münasibətdə azad edilsin və xx.xx.2024-cü il tarixdən etibarən X3 üçün hesablanmış aliment məbləği İddiaçı aliment borcundan silinsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul İddiaçı və Cavabdeh alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1431/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1431/2024
05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver