Məhkəmə qərarları › İş №2(067)-1452/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1452/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1452/2022 07.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcu ödəməkdən azad edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində 07 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1093/21 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin cavabdeh ilə birgə barışıb yaşadıqları dövr üçün hesablanmış aliment məbləğinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1093/21 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan Səmanın və Zəhranın anasının himayəsində saxlamaqla onların saxlanması üçün 175 manat sabit məbləğdə alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Boşandıqdan sonra o cavabdehlə barışaraq 2017-ci ilin dekabr ayının əvvəlindən 2019-cu ilin sonuna kimi birgə yaşamışlar. Birgə ailəvi yaşadıqları dövrdə heç bir alimentdən söz gedə bilməz. Belə ki, uşaqların və həyat yoldaşının bütün ehtiyaclarını özü təmin etmişdir. İş üzrə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1093/21 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin cavabdeh ilə birgə barışıb yaşadıqları dövr- 2017-ci ilin dekabr ayının əvvəlindən 2019-cu ilin sonuna kimi olan dövr üçün hesablanmış aliment 2 uşaq üçün hər uşağa 100 manat olmaqla, cəmi 200 manat (24 ay x 200 manat =4800 manat) alimentdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, aliment borcu Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1093/21 saylı qətnaməsi əsasında yaranmayıb. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1093/21 saylı qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-6637/2016 saylı məhkəmə qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Səmanın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2015-ci il təvəllüdlü Səmanın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, iki uşağa görə cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Bununla bağlı olaraq məhkəmə qeyd dir ki, Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki halda isə aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Ailə Məcəlləsinin 107.1-ci maddəsində isə alimentin saziş əsasında tutulduğu hallara dair müddəalar öz əksini tamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı aliment üzrə borcu ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar