Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1488/2020 21.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı uşaqları- xx xxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 400 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olub evlənməklə onların faktiki nikah münasibətlərindən xx xxxxx 2015-ci ildə Nicat adlı bir nəfər uşaqları olmuşdur. Cavabdeh faktiki nikah münasibətlərindən anadan olmuş Nicatın atası olması onun müvafiq qeydiyyat şöbəsində verdiyi ərizəsi əsasında müəyyən edilməklə bu barədə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və uşaq üçün doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə ailə münasibətləri pozulduğundan 2015-ci ildən ayrılmışlar. Uşaq hal-hazırda onun himayəsindədir. Faktiki ayrıldıqları vaxtdar cavabdeh ailəsinə baxmır, uşağın saxlanılması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlə aralarında alimentin ödənilməsinə dair saziş yoxdur. Göstərilənləri nəzərə alaraq iddiasının təmin edilməsini, Cavabdeh himayəsində olan azyaşlı uşağı- xx xxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də İddiaçı ilə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Onların faktiki nikah münasibətlərindən xx xxxxx 2015-ci ildə Nicat adlı bir nəfər uşaqları doğulmuşdur. Nicatın doğma atası olmasını müvfaiq qeydiyyat şöbəsində müəyyən etdirmişdir. Cavabdehlə ailə münasibətləri pozulduğundan 2015-ci ildən ayrılmışlar. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. Hazırda İddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq azyaşlı uşaqları Nicatın yetkinlik yaşına catana kimi saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutulmasını xahiş edir. Onun iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. Belə ki, onun daimi iş və qazanc yeri yoxdur. Hazırki vəziyyətdə uşağın saxlanılması üçün ayda 70 manat aliment ödəyə bilər. Ona görə də göstərilənlər nəzərə alınmaqla iddianın qismən, yəni 70 manat həcmində təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli, AZ-İ seriyalı, 374246 saylı atalığın müəyyən olunması haqqında şəhadətnamənin və xx xxxxx 2015-ci il tarixli, AZ-Vİ seriyalı, 305852 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx xxxxx 2015-ci ildə Nicat adlı bir nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Əzizov X4 rayonunun Çiləgir kəndində qeydiyyatdadır. İş materiallarında olan Saray qəsəbə X5 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 814 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 2015-ci il təvəllüdlü oğlu Nicatla yaşayır. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Onların faktiki nikah münasibətlərindən xx xxxxx 2015-ci ildə Nicat adlı bir nəfər uşaqları doğulmuşdur.Cavabdeh İddiaçı ilə faktiki nikah münasibətlərindən anadan olmuş Nicatın atası olması cavabdehin müvafiq qeydiyyat şöbəsində verdiyi ərizəsi əsasında müəyyən edilməklə bu barədə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və uşaq üçün doğum haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan 2015-ci ildən faktiki olaraq ayrılmışlar və ayrıldıqları vaxtdan iddiaçı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan azyaşlı uşağı Nicatın yetkinlik yaşına catana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. xx xxxxxx 2019-cu ildə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 130 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 500 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 3 Cavabdeh xx xxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1488/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1488/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver