Məhkəmə qərarları › İş №2(067)-149/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-149/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-149/2022 13.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə islas katibi X7, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə islasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 250 manat sığorta ödənişi məbləğinin və 20 manat dövlət rüsumunun, cəmi 270 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «ATASİĞORTA” ASC iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X5 arasında 09.08.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və VAZ 21154 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 28.05.2019-cu il tarixində idarə etdiyi “VAZ 21154” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Zafıra” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 250,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. "xxxx" ASC-yə təqdim olunmuş “VAZ 21154” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 tərəfindən nəqəliyyat vasitəsinin istifadə edilməsi haqqında X3 verilmiş etibarnamənin surətindən görünür ki, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Odur ki, X5 həmin etibarnamə ilə avtomobili Sizə idarə etməyə verə bilməzdi və belə olan halda siz yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə ”VAZ 21154” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişsiniz. Xaçmaz RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi 04.09.2019-cu il tarixli, 5/4 979 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21154" markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanına 19.02.2020-ci il tarixli, AS- 20/368 saylı geriyə tələb məktubu (subroqasiya) göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək İddiaçı ASC-nə ödənilməmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 28.05.2019-cu il tarixdə idarə etdiyi “VAZ-21154” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri N.Nərimanov küçəsində piyada X9 vurub qəza törətmişdir. Sonradan ona məlum oldu ki, idarə etdiyi avtomaşının X8 idarə etdiyi “Opel Zafira” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyməsi ilə bağlı "xxxx" ASC tərəfindən Ramiz İlyasova 250 manat məbləğində sığorta ödənişi olunub. İdarə etdiyi “VAZ-21154” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşın dostu X2 atasının adınadır və o, özü maşını etibarnamə ilə idarə edir. Hadisə baş verən vaxtı Toğrul özü onun yanında avtomaşında olmuşdur. Bu hallar müstəntiqin cinayət işi başlanmasının rədd edilməsi haqqında 14.06.2019-cu il tarixli qərarında təsdiqini tapıb. Həmin qərardan başqa onun barəsində məsuliyyətə cəlb etmə qərarı qəbul edilməyib. Ona görə hesab edir ki, onun təqsiri yoxdur. Onun sürücülük vəsiqəsi var. “VAZ-21154” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün etibarnaməsi olmayıb, amma hadisə baş verən vaxt avtomaşını idarə etmək hüququ olan dostu X5 avtomaşında yanında olub. Qeyd olunanlara əsasən iddianı rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndəsinin məhkəmə icıasında iştirakı təmin edilməmiş, iddiaçı "xxxx" ASC nümayəndəsinin iştirakı olmadan işə baxılmasına dair ərizə göndərmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin müstəntiqi X10 28.05.2019-cu il tarixli, Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolundan müəyyən olunur ki, Cavabdeh 28.05.2019-cu il tarixdə idarə etdiyi “VAZ-21154” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri N.Nərimanov küçəsində piyada X9 vurub qəza törətmişdir. İş materiallarında olan 14.06.2019-cu il tarixli cinayət işinin rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, Cavabdeh 28.05.2019-cu il tarixdə idarə etdiyi “VAZ-21154” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri N.Nərimanov küçəsində piyada X9 vurub qəza törətmişdir. VAZ 21154 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. X6 həmin nəqliyyat vasitəsini istifadə etməsi haqqında X3 etibarnamə vermişdir. Hadisə zamanı X5 avtomaşında olmuşdur. X13 Cavabdeh şikayət və tələbi olmadığını bildirmişdir. Cavabdeh cinayət məsuliyyətindən azad edilsə də, barəsində inzibati məsuliyyətə cəlb olunması haqqında qərar verilməmişdir. İş materiallarında olan Xaçmaz RPŞ-nin müstəntiqi X10 04.09.2019-cu il tarixli, 5/4 979 saylı Arayışından müəyyən olunur ki, Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İş materiallarında olan 17.10.2019-cu il tarixli sığorta aktının surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “OPEL ZAFİRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomaşına 250 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 18.10.2019-cu il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən dəymiş ziyanın ödənilməsinə görə 250 manat məbləğində sığorta ödənişi köçürülmüşdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh oğlunun ünvanına 19.02.2020-ci il tarixli, AS-20/368 saylı geriyə tələb məktubu (subroqasiya) göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək İddiaçı ASC-nə ödənilməmişdir. İş materiallarında olan AE 617680 serialı sürücülük vəsiqəsinin, ƏN-İV nömrəli 482995 saylı etibarnamənin və AD № 186026 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ 21154 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. X6 həmin nəqliyyat vasitəsini istifadə etməsi haqqında X3 etibarnamə vermişdir. İş materiallarında olan 02.09.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı hazırki işə məhkəmə qaydasında baxılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-sü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-si maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunverisiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd edilir ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hallarda subroqasiya hüququ subroqasiya hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPMnin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə də, iş materiallarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından, o, cinayət məsuliyyətindən azad olunsa da, əməlində inzibati xəta tərkibinin olub-olmamasına qiymət verilməmiş və o, inzibati məsuliyyətə cəlb olunmadığından, müvafiq təqsiri müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini əsaslı hesab etmir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməməli, İddiaçı ASC tərəfindən ödənilən 30 manat rüsum iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar