Məhkəmə qərarları › İş №2(067)-1506/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1506/2020

07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1506/2020 07.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı, cavabdeh X5 və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı nəvənin saxlanması üçün alimentin tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən nəvəsi-yəni onun övladları xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün maddi vəziyyəti dəyişənə qədər hər ay 300 (üç yüz) manat onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Sərkərli kəndində yaşayan xx.xx.1950-ci il təvəllüdlü X10 onun oğlanları X12 və X13 nənəsidir. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X13 hazırda saxlanması üçün öz atası X8 maddi yardım almır, baxmayaraq ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-541 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən hər uşağa 75 manat, cəmi 150 (bir yüz əlli) manat aliment pulu almalıdır. Onun 11700 manat məbləğində aliment borcu var. Lakin həmin aliment pulunu uşağın atasından ala bilmir, ona görə ki, uşağın atası tüfeyli həyat yaşayır, tez-tez inzibati məsuliyyətlərə cəlb olunur. O, da az yaşlı uşaqlarını saxlamaqda çətinlik çəkir, heç yerdə işləmir. Ona görə də azyaşlı uşaqlarını saxlamağa imkanı yoxdur. Cavabdehin nəvəsinə kömək etmək üçün yetərincə maddi vəsaiti var və onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək istəmir. Cavabdeh kənd təsərrüfatı ilə məşquldur. Onun meyvə bağı da var. Uşaqları öz valideynindən maddi yardım ala bilmədiklərindən ailə qanunvericiliyinə əsaslanıb məhkəmə qaydasında öz baba və nənəsindən aliment ala bilmək hüququndan istifadə edə bilərlər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ərinin alimenti ödəməməsi ilə əlaqədar dəfələrlə Xaçmaz Rayon İcra Şöbəsinə şikayət etmişdir, hətta 4 il bundan əvvəl onu inzibati qaydada həbs də ediblər, lakin o, alimenti ödəmir. Hazırda onun 12000 manat aliment borcu yaranmışdır. Əri İcra şöbəsində izahat vermişdir ki, aliment borcunun əvəzinə ona pay torpaq sahəsini verəcəyi barədə izahat vermiş, lakin vədini yerinə yetirməmişdir. Həmin torpaq sahəsində birlikdə ev tikmişlər. O evin bir otağında uşaqlarla o,, o biri otağlnda əri qalmış və əri uşaqları döydüyü üçün o, uşaqları ilə birgə həmin evdən çıxmışdır. O, fəhlə kimi iş olanda bağlarda işləyir, cavabdeh pensiya alır, 70 sot həyətyanı torpaq sahəsi var, həmin sahənin 50 sotunda fındıq, 20 sotunda isə gilas bağı salınıb. Bundan başqa cavabdehin 91 sot pay torpaq sahəsi var. Cavabdehin qazancı barədə məhkəməyə təqdim edəcəyi rəsmi sübutu yoxdur. Qeyd olunanlarla əlaqədar iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 izahat verərək bildirmişdir ki, iddiaçı onun keçmiş gəlinidir. Onun uşaqların saxlanmasına aliment ödəməyə maddi imkanı yoxdur. Özü 230 manat pensiya alır. Həyətyanı torpaq sahəsi olsa da orada əkilmiş ağaclar baxımsızlıqdan quruyub. Ona görə maddi vəziyyətinin nəzərə alınmasını, iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 140612 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X9 birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X16 və AZ-İİİ seriyalı 140613 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü X16 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)- 481 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə X14 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X8 hər ay hər uşağa görə sabit məbləğdə 75 (yetmiş beş) manat alimentin alınaraqİddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 17.08 2020-ci il tarixli, 6628/03 saylı arayışından müəyyən olunur ki, hazırda X9 11700 manat məbləğində aliment borcu var və borclu X14 inzibati məsuliyyətə cəlb olunsa da aliment borcunu ödəməmişdir. Məhkəmə tərəflərin izahatlarından müəyyən etmişdir ki, cavabdehin oğlu ilə iddiaçının birgə nikahlarından anadan olmuş uşaqları hazırda iddiaçı ilə birlikdə yaşayır. İşin faktiki hallarından görünür ki, onlar arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması ilə bağlı razılaşma yoxdur. Məhz elə bu baxımdan da məhkəmə öncə diqqəti vaxtı ilə xoşbəxt ailənin təməlini qoyub, birgə izdivacdan bu gün mübahisə obyektinə və mənafelərinin toqquşma nöqtəsinə çevrilmiş uşaqları dünyaya bəxş edən ata və iddiaçıananın həmin uşağın tərbiyəsi və təminatı ilə bağlı maraqlarına cəlb etmək istəyir. Belə ki, hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs öhdəliyi, həm də müqəddəs arzusu və haqqıdır. Övlada məhəbbət, onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız olaraq hər bir azərbaycanlı valideyninə bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. AM-in 56.1 və 58-ci maddələri, X18 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X18 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X18 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X4 X18 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tarixli qanununa əsasən2020-ci il üçün yaşayış minimumu 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı-ananın da istinad etdiyi AM-in 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi baba və nənənin nəvələrini saxlamaq vəzifəsinin yaranması üçün iki şərt tələb olunur. Bunlardan birincisi nəvələrinin öz valideynlərindən aliment ala bilmədikləri müəyyən olunmalı, ikinci şərt isə aliment öhdəliyinin yaranması üçün baba və nənənin nəvələrini saxlamaq üçün zəruri imkanlara malik olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinin və AM-in 75.1-ci maddəsinin tələbinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ilk növbədə valideynlərin vəzifəsidir. Aliment alan uşaqların valideynləri sağ-salamat olduqda, əmək qabiliyyətli olaraq uşaqlarının yaşayışını təmin etmək iqtidarındadırlarsa, baba və nənədən alimentin tələb edilməsi yolverilməzidir. Hazırda öyrənilən işdən bəlli olur ki, uşaqların valideynləri sağ-salamat olmaqla əmək qabiliyyətlidirlər və belə bir vəziyyətdə babaya münasibətdə kifayət qədər daha güclü imkanlara və əmək qabiliyyətinə malik olan, biavasitə qanunla üzərinə uşaqları saxalmaq vəzifəsi qoyulmuş bir şəxsin təqaüddə olan şəxslərdən öz övladının saxlamaq üçün aliment tələb etməsi qəbuledilən sayıla bilməz. Bununla yanaşı işin hallarından müəyyən olunur ki, ölkə üzrə yaşayış minimumu 2020-ci il üçün 190 manat müəyyən edildiyi halda, cavabdeh göstərilən məbləğdən bir qədər artıq məbləğdə pensiya alır, onların başqa gəlirlərinin olması və aliment ödəmək üçün kifayət qədər imkanlara malik olması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdehin mütəmadi müalicəyə və sağlamlıq vəziyyətlərinin müayinəsinə ehtiyacları var. Cavabdehin nəvəsinə aliment ödəmək üçün yetərli vəsaitə malik olmasını sübut etmə vəzifəsi bilavasitə iddiaçının üzərinə düşür. Azərbaycan RespublikasıMPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X7 qarşı nəvənin saxlanması üçün alimentin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar