Məhkəmə qərarları › İş №2(067)-1510/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1510/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1510/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə qeyri-rəsmi nikahından olan 17 sentyabr 2023-cü ildə anadan olmuş X2 3 yaşına çatana kimi saxlanılması üçün əlavə xərclərinə görə 100 (yüz) manat məbləğində pulun və yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 (üç yüz manat məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barəsində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 iyul 2022-ci ildə el adəti ilə toy edərək rəsmi nikaha daxil olmadan ailə quraraq onun yaşadığı Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanına olan evinə gəlin köçmüşdür. Birgə yaşadığı müddətdə bir uşağı- 17 sentyabr 2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Uşağın atalığının müəyyən edilməsi haqqında Şəhadətnamə 3 saylı Bakı “ ASAN xidmət mərkəzi tərəfindən AZ-1N° 465198 sayla 14 oktyabr 2023-cü il tarixində verilmişdir. Cavabdehlə sonradan aralarlnda yaranan ailə daxili münaqişələrə görə o, yaşadığı evdən körpə uşağını xx.xx.2023-cü il təvəllüdlü X3 18 dekabr 2023-cü il tarixində götürüb qayıdıb gələrək hazırda valideynlərinin evində yaşayır. Cavabdeh keçən müddət ərzindən hal-hazıra kimi uşağın saxlanılması üçün ona heç bir köməklik göstərmir. Uşağını tək başına çətinliklə saxlayır, maddi vəziyyəti çox çətindir, heç yerdə işləmir, valideynlərinin də, maddi vəziyyətləri çətin olduğuna görə ona kömək edə bilmirlər. Maddi çətinliyi uşağının saxlanmasını və tələbatını təmin etməyə imkan vermir. Cavabdeh uşağın saxlanılması üçün ona heç bir köməklik göstərmir. Uşağını ehtiyac içərisində saxlayır. Cavabdehin iş yeri, vəzifəsi və yaxşı maaşı vardır. Buna baxmayaraq uşağının ehtiyaclarının ödənilməsində ona heç bir köməklik göstərmir. Cavabdehlə uşağının saxlanılması üçün alimentin müəyyən edilməsi barədə razılığa gələ bilmirlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024cü ildə bir uşaq üçün minimum yaşayış həddi 235 manat müəyyən edilmişdir. Hesab edir ki, hal-hazırki bazar qiymətlərini nəzərə alsaq, cavabdeh uşağının saxlanılması üçün hər ayda 300 (üç yüz) manat məbləğində alimenti və uşağın 3 yaşına çatana kimi əlavə xərclərinə görə 100 (yüz) manat ödəməsi zəruridir və ödəməlidir. Ona görə də alimentin məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Məhkəməyə müraciət etməyinin səbəbi aliment tələbi ilə bağlıdır. Cavabdehdən 300 manat aliment və 3 yaşına kimi əlavə xərc olaraq 100 manat pul tələb edir. Cavabdehin gəlirləri yaxşıdır. O, özü heç yerdə işləmir. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Keçən iclasda da qeyd etdiyi kimi yüksək məbləğdə alimentlə razılaşmır. Valideynləri ilə birgə yaşayır, onlara da baxır. Qardaşlarının xərclərini də qarşılayır. Eyni zamanda Bakı şəhərində yaşayır. Düşünür ki, həyat şəraitini də nəzərə almaq lazımdır. İknci dəfə ailə həyatı qurmamışdır, başqa övladı yoxdur. Bütün bunları nəzərə alaraq ümumilikdə 235 manat aliment ödəməyə razıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan /talığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin nikahından 17 sentyabr 2023-cü il təvəllüdlü X6 X4 adlı uşaqları anadan olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 26 iyul 2022-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan bir uşaqları vardır. Uşaq hazırda anaın himayəsindədir, hazırda iddiaçı cavabdehdən uşağın saxlanması üçün aliment tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-ci il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia qismən təmin edilməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatını, cavabdehin müntəzəm gəlirinin olmasını, eləcə də diqqətəlayiq maraqlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 230 manat sabit pul məbləğində aliment, 17 sentyabr 2023-cü il təvəllüdlü X2 3 yaşına çatana qədər hər ay 30 manat məbləğində aliment (əlavə xərc) cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. 17 sentyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü tarixdən başlayaraq Cavabdeh hər ay 230 manat sabit pul məbləğində aliment və 17 sentyabr 2023-cü il təvəllüdlü X2 3 yaşına çatana qədər saxlanması üçün 30 manat məbləğində aliment (əlavə xərc) tutulub İddiaçı verilsin. Cavabdeh ödənilmiş 50 manat dövlət rüsumu xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar