Məhkəmə qərarları › İş №2(067)-1523/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1523/2021

12.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1523/2021 12.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 2006-cı ildən başlayaraq əlilliyə görə 15 % əlavənin və əmək haqqından güzəştlə vergi tutulmalarının ödənilməsinə dair məcburetmə haqqında iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 2006-cı ildən başlayaraq əlilliyə görə 15 % əlavənin və əmək haqqından güzəştlə vergi tutulmalarının ödənilməsinə dair məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmənin 27 may 2021-ci il tarixli, 2(067)-1523/2021 qərardadı ilə onun cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 2006-cı ildən başlayaraq əlilliyə görə 15 % əlavənin və əmək haqqından güzəştlə vergi tutulmalarının ödənilməsinə dair məcburetmə haqqında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyini, iddia ərizəsinə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olduğunu hesab etdiyini bildirmişdir. Onun Xaçmaz rayon Peşə Məktəbinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiasına 04 may 2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsində baxılmışdır. Həmin iddia tələbi hazırkı iddia tələbi ilə eynidir, sadəcə olaraq o, cavabdeh kimi Cavabdeh deyil, Xaçmaz Rayon Peşə Məktəbini göstərmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Peşə Məktəbininin nümayəndəsi də iştirak edərək, iddianı qəbul etmişdir. İddia ərizəsində əlavə cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərilməsinin səbəbini bilmir. O, Xaçmaz Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə razı deyil və vəkilinə də həmin qətnamədən apelyasiya şikayətiLakin vəkil verməli olduğunu bildirmişdir. Lakin vəkil bunun əvəzinə məhkəmənin 27 may 2021-ci il tarixli, 2(067)-1523/2021 qərardadından şikayət vermişdir. Ehtimal edir ki, Xaçmaz Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(067)-997/2021 saylı qətnaməsi artıq qanuni qüvvəsini almışdır, lakin buna baxmayaraq, qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmək istəyir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçının Xaçmaz rayon Peşə Məktəbinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiasına 04 may 2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsində baxılmışdır, həmin iddia tələbi hazırkı iddia tələbi ilə eynidir və məhkəmə iclası Cavabdeh nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa ; hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 2006-cı ildən başlayaraq əlilliyə görə 15 % əlavənin və əmək haqqından güzəştlə vergi tutulmalarının ödənilməsinə dair məcburetmə haqqında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar