Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1535/2024 30.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı Cəbrayılov X6 nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cəbrayılov X6 Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cəbrayılov X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-146/2021 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 120 manat sabit pul məbləğində aliment ödəməkdən onun azad edilməsi, həmçinin faktiki onun himayəsində olmaqla, o, təmin etdiyi X4 üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən hazıra kimi yaranmış 3720 manat və X3 üçün yaranmış 5520 manat aliment borcunun, hər iki uşaq üçün cəmi 9240 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(067)-146/2021 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2005-ci ildə anadan olmuş X2, xx.xx.2006-cı ildə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş Nümayəndə1 Rəşad oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altımış) manat sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Vüsalə Nazim qızı kiçik oğlunu, xx.xx.2010-cu il tarixdə anadan olmuş Nümayəndə1 Rəşad oğlunu öz himayəsinə götürmüş və özü ilə aparıb Xaçmaz şəhəri, Əlipaşayev küçəsi, 10 saylı evdə birlikdə yaşayırlar. Lakin digər iki uşaq -xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2006-cı ildə anadan olmuş X3 onun himayəsində qalmış və həmişə onunla birlikdə yaşamışlar. Onların maddi təminatını o, ödəmişdir və hazırda onunla birlikdə yaşayırlar. Murad və Xalidşah cavabdeh Vüsalə Nazim qızı ilə bir gün də olsa, bir yerdə yaşamamış və onların qayğısına qalmamışdır. Lakin o, saxladığı iki uşağa da Xalidşah üçün 3 il 9 ay və Murad üçün 2 il 7 ay ərzində hər uşağa. hər ay 120 manat olmaqla, Xalidşah üçün 5400 manat, Murad üçün 3720 manat aliment hesablanmış və ümumi borc kimi cəmi 9120 (doqquz yüz iyirmi) manat məbləğində pul yığılmışdır. Hazırda oğlu X2 19 yaşı və X1 17 yaşı tamam olmuşdur. Onlar faktiki onun himayəsindədirlər və o, təmin edir. Uşaqları da bu halı təsdiq edə bilərlər. Həmçinin yerli hakimiyyət orqanları, qonşuları, qohumları və onları tanıyanlar bu halı yaxşı bilirlər və təsdiq edə bilərlər. Odur ki, xx.xx.2006-cı il təvəllüdlü Xalidşah Rəşad oğluna aliment ödənilməsindən azad olunmalıdır və yığılmış cəmi 9120 manat borc silinməlidir. Hazırda uşaqları Murad və Xalidşah ilə qeyd olunan ünvanda yaşayır. Daimi iş yeri yoxdur. Fərdi qaydada təsadüfi işlərdə fəhlə kimi işləməklə qazandığı cüzi gəlirlə bir təhər dolanırlar. Maddi vəziyyəti ağırdır. Odur ki, əsassız və qanunsuz yığılmış aliment borcunu ödəmək iqtidarında deyil. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-146/2021 nömrəli qətnaməsi ilə hər uşağa hər ay 120 manat aliment müəyyən edilmədən hazıra kimi uşaqlar faktiki onun himayəsində olmaqla, onun təmin etdiyi xx.xx.2005-ci il təvəllüdlü X4 üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq hazıra kimi əsassız hesablanmış 3720 manat və xx.xx.2006-cı il təvəllüdlü oğlu X4 üçün xx.xx.2020-ci il tarixdən hazıra kimi hesablanmış 5520 manat aliment borcu, yəni hər iki uşağa hesablanmış cəmi 9240 manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında nikah pozulub. Məhkəmə qərarı ilə uşaqlar anaya verilib və aliment təyin olunub. Lakin uşaqlardan ikisi oğlunun, biri isə cavabdehin yanında qalır. Belə olduğu halda alimentin dayandırılmasını və aliment borcunun silinməsini istəyir. Bununla bağlı apellyasiya şikayəti verməmişdir. Borcu mübahisələndirməmişdir. Uşaqlar onun yanında qaldığı üçün aliment ödənilməyib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək göstərmişdir ki, hər uşağa 120 manat aliment təyin olunub. Əslində onlar aliment məbləğini artıra da bilər. Yəni daha yüksək məbləğdə aliment istəyə bilər. Amma qarşı tərəfi düşünərək bunu etmir. Bu zamana kimi də uşaqlara onlar baxıblar. Uşaqların atası uşaqları atıb gedib. İndi isə qarşı tərəf uşaqlara atalarının baxdığını deyir. İddiaçı heç bir yardım göstərməyib. Ona görə də idddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-146/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 28 iyul 2001-ci il tarixdə bağlanmış rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları - xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü Nümayəndə1 Rəşad oğlu nikah pozulduqdan sonra iddiaçı Cavabdeh himayəsinə verilmiş, iddia ərizəsinin verildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2005-ci ildə anadan olmuş X2, xx.xx.2006-cı ildə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş Nümayəndə1 Rəşad oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq uçün 120(yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, № 6821/03 saylı Arayışından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-146 saylı, 15 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı üç uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment almalıdır. Borclu İddiaçı bu günə qədər tələbkar Cavabdeh xeyrinə heç bir ödəniş etməmiş və hal-hazırda İddiaçı 14160 manat məbləğində aliment borcu vardır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, iddiaçının 14160 manat aliment borcunun olması, bu səbəbdən iddianın rədd olunması xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından üç uşaqları doğulmuşdur. Tərəflər Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə boşanmış, birgə nikahdan olan övladları cavabdehin himayəsində saxlanılmışdır. Eyni zamanda xx.xx.2005-ci ildə anadan olmuş X2, xx.xx.2006-cı ildə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş Nümayəndə1 Rəşad oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə apellyasiya qaydasında mübahisələndirilməmiş, qətnamə qanuni qüvvəsini almış, icra olunması üçün müvafiq icra orqanına göndərilmişdir. Hazırda iddiaçının 14160 manat məbləğində aliment borcu vardır. İddiaçı qeyd olunan aliment borcunun silinməsini xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. - 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. -107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsaslarını sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə daimi yaşayış yeri müəyyənləşdirilmiş yetkinlik yaşına çatmayanların digər valideyninin evində, nənə və babalarının yanında müvəqqəti yaşaması aliment öhdəliklərindən tam azad olunmaq üçün əsas deyildir. İddiaçı həmin vaxt yanında yaşamış övladlarına sərf etdiyi vəsaitinin aliment borcundan silinməsi tələbində haqlı ola bilərdi. Hazırki halda iddiaçının uşaqların yetkinlik yaşına çatandan sonra qeyd olunan iddianı qaldırmasının heç bir hüquqi əsası yoxdur. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cəbrayılov X6 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1535/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1535/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver