Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-16/2024 25.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 MMC-nin və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və "xxxx" MMC-nə qarşı ödənilməmiş əmək haqqı və ödənilməmiş məzuniyyətlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona Cavabdeh1 MMC ilə müqaviləsinə xitam verilərkən istifadə olunmamış 6 ilin 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərə görə görə 1800 manat məzuniyyət pulunun, "xxxx" MMC ilə müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021- ci il tarixinə kimi 3 ilin 10800 manat məbləğində əmək haqqı və 3 ilin, 2018, 2019, 2020-ci illərin 900 manat məzuniyyət pulunun, cəmi 13500 manat olmaqla qanunauyğun şəkildə digər ödənişlərlə birlikdə ona ödənilməsi, Cavabdeh1 MMC-dən ona çatacaq sonuncu ayın 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib ödədiyinə görə bir günə görə 2,96 manat bir faizi 127 gecikdirilmiş gün = 375,92 manat ödəncin, Cavabdeh1 MMC və "xxxx" MMC-dən gecikdirilmiş əmək haqqı və məzuniyyətlərə görə 13500 manatın bir faizi 135 manat, xx.xx.2018-ci il tarixdən 03,12.2021-ci il tarixinə kimi verilməmiş əmək haqqı və verilməmiş məzuniyyətə görə 13500 manatın xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi 223 gecikdirilmiş gün olmaqla, 135*223=30105 manat ödəncin, 375,92+30105=30480,92 manat ödənc olmaqla, 13500 manat (əmək haqqı və məzuniyyətlərə görə)+30480,92 (gecikdirilmiş mələğin bir faizi)= 43980,92 manat (qırx üç min doqquz yüz səksən) ödəncin və 50 manat mediasiya haqqı olmaqla cəmi 44030,92 manat pulun cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-dən alınıb ona veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı tərəf iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim edərək iddia tələbinin təmin olunması, ona Cavabdeh1 MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən, ödənilməmiş əmək haqqının, istifadə olunmamış 6 ilin, 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019, 2019-2020, 2020-2021ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021- ci il tarixindən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq Cavabdeh1 MMC-dən tutulub ona ödənilməsi, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 il ərzində ona ödənilməmiş əmək haqqının və xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub ona ödənilməsinə, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin, 2018-2019, 2019-2020, 2020-2021-ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub ona ödənilməsinə, Cavabdeh1 MMC-dən ona çatacaq 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 3 (üç) faizi olmaqla 296*3 faiz=8.88*127=1127.76 manat məbləğində ödəncin Cavabdeh1 MMCdən tutulub ona veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X6 təsisçi və direktor olduğu Cavabdeh1 MMC-yə xx.xx.2015-ci il tarixində əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixində əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin 74 saylı əmri və "xxxx" MMC-nin 06 saylı əmri ilə onunla bağlanmış hər iki əmək müqaviləsinə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. O, Cavabdeh1 MMC-dən işdən azad olunarkən 2021-ci ilin mart və aprel aylarının ona çatacaq əmək haqqını və 06 ilin məzuniyyət pulunu almamışdır. Eyni zamanda işdən çıxarkən ona məlum olmuşdur ki, o, Xaçmaz şəhəri, Bakı prospekti 20A ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də isə üç il 3 il hüquqşünas vəzifəsində işləmişdir. "SAA Trans” MMC-ni Xaçmaz Rayon Məhkəməsində dəfələrlə iddiaçı və cavabdeh qismində təmsil edib hüquqlarını müdafiə etmişdir. Lakin üç il ərzində o, "xxxx" MMC-dən heç bir məbləğ əmək haqqı və məzuniyyət pulu almamışdır. "Uğurlu Yol” MMC-dən ona çatacaq son ayının əmək haqqı yalnız xx.xx.2021-ci il tarixində ona ödənilmiş, Cavabdeh1 MMC-də işlədiyi 6 il 3 ay 3 günür məzuniyyət pulu bu günə qədər ona ödənilməmişdir. Bundan başqa, "xxxx" MMC-də işlədiyi 3 il müddətində, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi olan müddət ərzində işlədiyinə görə ona əmək haqqısı və 3 ilin məzuniyyət pulu ödənilməmişdir. Dəfələrlə Cavabdeh1 MMC və "xxxx" MMC-nin ofisinə gedərək ona çatacaq əmək haqqını və məzuniyyət pullarının, ödənclərinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ona verilməsini tələbi etsə də bu günə kimi cavabdeh onun haqqı olan əmək haqqını və məzuniyyət illərinə görə kompensasiyanı, ödəncini ona müxtəlif bəhanələrlə ödəməkdən imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müafiə edərək göstərmişdir ki, İddiaçı iş üzrə cavabdedhlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı ödənilməmiş əmək haqqı və ödənilməmiş məzuniyyətlərin ödənci tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərardadı ilə məhkəmə icraatına qəbul edilən mülki iş cavabdehin qəsdən, bilərəkdən və heç bir mötəbər sübut təqdim etmədən uzatdığından, eyni zamanda qeyd etdiyi faktlara məhkəmənin də laqeyd yanaşması və vaxtında qiymətləndirib qanuni tədbirlər görmədiyindən 2 il 8 aydır ki, mülki iş davam etməkdədir. Onlar belə düşünürdülər ki, bu və bu vaxtacan baş verən bəzi faktlar cavabdehlə məhkəmənin iş birliyində olmasına və məhkəmənin cavadehin xeyrinə qərar qəbul edəcəyinə dair ciddi şübhələrə əsaslar verir. İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2021ci il tarixiə kimi Cavabdeh1 MMC-də əmək müqaviləsi əsasında hüquqşünas vəzifəsində işləmişdir. O, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixini kimi "xxxx" MMC MMC-də əmək müqaviləsi əsasında hüquqşünas vəzifəsində işləmişdir. Hər iki cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci bəndinə əsasən 2021-ci ildə 6 saylı əmrlə xitam verilmişdir. İşdən azad olarkən Cavabdeh1 MMC və "xxxx" MMC-dən iddiaçıya çatacaq son haqq hesab düzgün hesablanaraq ödənilməmişdir. Hər iki şirkətdə işlədiyi müddətdə məzuniyyətləri və ödənilməmiş əmək haqqı bu günə qədər ödənilməməkdədir. İlk olaraq cavabdehlərə dəfələrlə müraciət edərək iddiaçıya ödəmədikləri, lakin ödəməli olduqları əmək haqqı və məzuniyyətlərinə görə kompensasiyanın ödənilməsi ilə əlaqədar müraciət etsə də, iddiaçıya bu günə qədər heç bir ödəmə edilməmişdir. Sonra İddiaçı cavabdehin bu qanunsuz hərəkətlərindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi -yanında X10 Xidmətinin Quba Regional Ərazi Şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının şikayəti əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh1 MMC və "xxxx" MMC-lər iddiaçıya çatacaq əmək haqqını və son haqq-hesabını ödəmədiklərinə görə AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulduğundan Cavabdeh1 MMC və "xxxx" MMC-lərin baş direktoru X12 barəsində İnzibati Xətalar Məcəlləcinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və iddiaçıya çatacaq son haqq-hesabın ödənilməsi məqsədi ilə cavabdehə göstəriş xarakterli məktub göndərilmişdir. Məktubun surətini iddia ərizəsinə əlavə etmişlər. Daha sonra İddiaçı Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Mediasiya haqqında Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, iddiaçı cavabdehlərlə mübahisəni məhkəməyə qədər həll etmək məqsədilə mediasiya sessiyasında iştiraka dəvət etmiş, lakin cavabdeh mediasiya sessiyalarında iştirak etməkdən imtina etmişdir. Yalnız bundan sonra cavabdehlərin iddiaçıya borclu olduqları ödənclərin ödənilməsini məhkəmə qaydasında tələb etmək məqsədi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərardadı ilə mülki iş icraata qəbul olunmuşdur. Bundan sonra cavabdeh İddiaçı qanuni tələbini icra etməmək üçün bütün qanunsuz vasitələrə əl atdığından mülki iş üzrə mübahisə 2 il 8 aydır ki, uzanır. Belə ki, "xxxx" MMC-nin təsisçisi X6 Məhkəməyə göndərmiş olduğu xx.xx.2022-ci il tarixli 111 saylı etiraz məktubunda İddiaçı işlədiyi dövrlər üçün əmək haqqı, məzuniyyət və son haqq-hesabı tam 04.2019-cü ilə kimi nağd şəkildə, sonrakı dövr üçün isə karta ödənildiyini bildirərək İddiaçı borclu qaldıqları pul məbləğini ödəməkdən imtina etdiklərini təsdiqləmişlər. "xxxx" MMC-nin təsisçisi X6 xx.xx.2022-ci il tarixli 1 saylı etiraz məktubunda İddiaçı işlədiyi dövrlər üçün əmək haqqı, məzuniyyət və son haqq-hesabı nağd olaraq tam ödədiklərini bildirərək İddiaçı borclu qaldıqları pul məbləğini ödəməkdən imtina etdiklərini təsdiqləmişlər. Cavabdehlərə vəsatətlə zəruri sənədlərin məhkəməyə təqdim edilməsi məhkəmə qaydasında bildirilsə də müxtəlif bəhanələrlə sənədlərin İddiaçı tərəfindən, daha sonra müəssisənin mühasibi tərəfindən oğurlandığı bəhanəsi ilə məhkəməyə təqdim etməkdən yayınmışlar. Daha sonra Xaçmaz RPŞ-nə cavabdehlərin bir sıra sənədlərin yoxa çıxması və saxtalaşdırılması nəticəsində müəssisələrə külli miqdarda ziyan dəyməsi ilə əlaqədar cinayət işinin başlanması tələb edilsə də, Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra məhkəmənin qərardadı ilə mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və mülki işi AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Lakin cavabdehlər zəruri sənədləri 8-9 ay ərzində ekspertizaya təqdim edə bilmədiklərinə görə ekspert rəy vermədən mülki işi məhkəməyə qaytarmışdır. Bundan sonra cavabdehlər dəfələrlə cavabdehlərdə olmadığını bildirdikləri zəruri sənədləri məhkəməni süni şəkldə uzatmaqla vaxt əldə edərək saxta sənədləri, 5 ədəd jurnalları saxta yolla düzəldib məhkəməyə təqdim etmişdir. Həmin jurnallar eyni zamanda əldə edilmiş, bir neçə gün ərzində eyni qələmlə və eyni xəttlə, eyni şəxs tərəfindən tərtib edilib yazılmışdır. İllərlə işlənən, yəni vərəqlənən jurnallarda heç bir köhnəlmə, çirklənmə halı müşahidə olunmamışdır. Jurnalların sonuncu səhifəsi qanunda müəyyən edildiyi qaydada imzalanıb, tikilib möhürlənməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-40/2023 saylı qərardadı ilə həmin mülki iş üzrə təkrar, 2-ci dəfə, məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Lakin cavabdeh tərəfindən Ekspertiza Mərkəzində ekspertizaların aparılması üçün zəruri sənədlər Ekspertiza Məkrəzinin ekspertinə təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmiş və mülki iş məhkəməyə geri qaytarılmışdır. İkinci dəfə təyin edilən ekspertiza haqqında qərardad səhv, birinci ekspertizanın şərtləri daxilində tərtib olunduğundan, onların tələbləri nəzərə alınmamışdır və bu səbəbdən mübahisə əsassız olaraq daha 3 ay uzadılmış olmuşdur. Bundan başqa, ikinci dəfə təyin olunmuş təkrar məhkəmə mühasibatlıq ekspertizası rəy verdikdən sonra məhkəməni uzatmaq üçün düşünə biləcəyi bütün variantlarını sınaqdan çıxaran cavabdehlər yeni varianta əl ataraq vəkil X1 işdən kənarlaşdıraraq yeni vəkillə, Nümayəndə ilə müqavilə bağlayaraq bütün prosesi yenidən başlatmağa nail oldular. Yeni vəkil mülki işin materialları ilə tanış olmaq üçün vaxt istəmiş, bunun düşünülmüş iş olduğunu bildirsələr də, məhkəmə cavabdehlərin tələbini qəbul etmişdir. Daha sonra yeni vəkil ikinci mühasibatlıq ekspertizasının cavabı ilə guya razılaşmayaraq yeni sənədlər olduğunu bildirərək, təkrar, 3-cü dəfə, xx.xx.2023-cü il tarixli qərardadla mühasibatlıq ekspertizasının təyin olunmasına nail olmuşlar. Beləliklə, daha 10 ay vaxt qazana bilmişlər. Cavabdehlər qeyd etdiyi səbəblərdən bütün fəaliyyətlərini yalnız vaxtı uzatmağa yönəltdiklərinə görə onlar da əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olduğunu 2 faiz artıraraq ən azı 3 faizlə əvəz etmişlər. Bundan başqa, cavabdehin əvvəlki nümayəndəsi vəkil X3 təqdim etdikləri çoxlu qanunsuz dəftərlər geri qaytarılmışdır. Bu və yuxarıda qeyd edilən səbəblərə görə də iddiaçı olaraq iddia tələbinin həcmini artırmağa zərurət yaranmışdır. Ona görə də işə götürən tərəfindən hər günə görə gecikdirilmiş məbləğin ən azı 3 faizi məbləğində ödəncin cavabdehlərdən alınıb iddiaçıya verilməsi təmin olunmalıdır. Bütün qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması, iddiaçıya Cavabdeh1 MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən, ödənilməmiş əmək haqqının, istifadə olunmamış 6 (altı) ilin, 2015-2016, 2016-2017, 2017- 2018, 2018-2019, 2019-2020, 2020-2021-ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 faiz məbləğində ödəncin hesablanaraq Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməsi, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 il ərzində iddiaçıya ödənilməmiş əmək haqqının və xx.xx.2021-ci il tarixindən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub iddiaçıya ödənilməsi, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləmə xitam verilərkən xx.xx.2018-ci tarixindən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin, 2018-2019, 2019-2020, 2020-2021-ci illərə görə, istifadə olunmamış məzuniyyət pulunun və xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 3 (üç) faiz məbləğində ödəncin hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutulub iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC-dən iddiaçıya çatacaq 2021-ci ilin aprel ayına görə hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda yalnız xx.xx.2021-ci il tarixində 127 gün gecikdirib kart hesabıma köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 3 faizi olmaqla 296 x 3 faiz=8.88 x 127=1127.76 manat məbləğində ödəncin Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC-nin və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı tərəf vəkil təkrar ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verdiyinə görə hazırkı tələbləri irəli sürüblər. Onun işə baxılmasının uzadılmasında heç bir marağı yoxdur, sadəcə məqsədi məhkəmənin obyektiv nəticəyə gəlməsinə nail olmaqdır. Məhkəmədə işlə bağlı daxili inam yaranmalıdır. Ekspertin rəyi riyazi hesablamalardan ibarətdir. Təbii ki, Cavabdeh1 MMC-də və "xxxx" MMC-də nöqsanlar olub, amma iddiaçının özündə də nöqsanlar var, bir tərəf qara kassa ilə pul versə də, o biri tərəf də qara kassa ilə pul alıb. Bir daha qeyd edir ki, ekspert rəyi qeometrik hesablamalardan ibarətdir və o demək deyil ki, həmin hesablamalar üzrə iddiaçıya pul ödənilməlidir. İddiaçıya ödənilməli olan əmək haqqı və məzuniyyət pulu ödənilməlidir. Ona görə də həmin hissədə iddianın təmin edilməsini, qalan hissədə isə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh1 MMC-nin və "xxxx" MMC-nin əvvəlki nümayəndəsi və vəkili X3 etiraz ərizəsində göstərmişdir ki, İddiaçı hüquqşünas olmasına baxmayaraq məhkəmədə yalan iddia qaldırması təəssüf doğurur. Onun iddia ərizəsində yazdığı təsdiq və inkar cümlələri, məhkəmədə verilən suallara cavabdları bir müəssisənin “hüquqşünası” üçün utancverici olması və aşağıda qeyd olunan təkzibedilməz sübutlar onun verdiyi iddiasının tamamilə əsassız və yalan olduğunu təsdiq edir. İddia ərizəsinin 1-ci vərəqi 1-ci abzasında İddiaçı yazir ki, "nəzərinizə çatdırıram ki, mən X7 təsisçi və baş direktor olduğu "xxxx" MMC-nə xx.xx.2015-cl il tarixdə əsas iş yeri oiaraq, "xxxx" MMC-nə isə xx.xx.2018-cl il tarixdə əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə huquqşünas vəzifəsinə qebul olunmuşam. Bundan sonra, İddiaçı elə həmin abzasda 11-cl sətirdə yazir "Eyni zamanda işdən çixarkən mənə məlum olmuşdur ki, mən Xaçmaz şəhəri, Baki prospekti 20A ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də isə 3 il hüquqşünas vəzifəsində işləmişəm". Baxin 1-cl yazir ki, "xxxx" MMC-də əmək müqaviləsi bağlayaraq işə qəbul oİunmuşam, sonra yazir ki, işdən çıxarılandan sonra bilib ki, "sən demə ondan xəbərsiz", "xxxx" MMC onu hüquqşünas vəzifəsinə işə götürüb. O, məhkəmə başlanan zaman bildirmişdir ki, iddiaçı işdən çıxarılarkən onun tərəfindən həm onun özünə aid, həm də bir sira başqa sənədləri yoxa çıxartmışdır. Araşdırma və yoxa çıxan sənədləri axtaran zaman sürücülərin şəxsi işlərinin içində, bir sıra sənədiər, habele iddiaçıya aid sənədlərin gizlədildiyi aşkar olunmuşdur. Onda İddiaçı elə bilmişdir ki, şəxsi işlərini və digər gizlətdiyi sənədləri tapa bilməyəcəklər. Çətin olsa da onlar bir sıra sənədləri, o cümiədən onun şəxsi imzası ilə təsdiq etdiyi "xxxx" MMC llə onun arasında bağlanmış əmək müqaviləsinin əslini tapmış və 09 dekabr 2022-ci il tarixdə məhkəmə iclasında həmin Muqaviləni məhkəməyə təqdim etmişdir. Lakin, yalniz işdən çıxarılandan sonra "xxxx" MMC-də hüquqşünas oidugunu bildiyini deyən İddiaçı bu muqaviləyə aid heç bir fikir blidirməmişdir. İndi desin görək bu müqavilədəki imza onundurmu?. Xahiş edir ki, imza ona göstərilsin və imzanın ona məxsus olub-olmamasını bildirsin. Elə həmin iclasda 09 dekabrda İddiaçı şəxsi imzasi ilə 2016 və 2017-ci illərdə "xxxx" MMC-nə məzuniyyətinin bitməsi və işə çıxması üçün öz imzası ilə təsdiq etdiyi ərizəsini taqdim etmişdir. 20 il Polisdə işləmiş "hüquqşünas" blidirmişdir ki, "bəll bu imzalar mənə məxsusdu, işə götürülən zaman "xxxx" MMC-nin direktoru Sadiq Agayev mənə bu 2 ədəd ağ hazır blanklara qol çəkdirdi". Hazırda yenə bir sıra sənədlər tapmışlar ki, onun da ikisi Rôvşən Turabovun öz imzası ilə elə 2016 və 2017ci illərdə "xxxx" MMC-nə məzuniyyətə getmək barədə ərizəsidir. Artıq belə çıxır ki, "xxxx" MMC-nin direktoru Sadiq Ağayev onu işə götürəndə 2 blanka yox, 4 blanka qol çəkdirib. Bu suala da cavab versin ki, 2016 və 2017-ci illərdə "xxxx" MMC-nə məzuniyyətə getmək barədə ərizəsindəki imzalar onundurmu? Cavabdehin 2016 və 2017-ci illərdə "xxxx" MMCnə məzuniyyətə getmək barədə ərizələrini məhkəməyə təqdim edir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-də iddiaçıya əmək haqqı əlbəəl verilib. Ona görə cinayətləri varsa cərimə oluna bilərlər. "xxxx" MMC-dən iddiacı İddiaçı maaş hər ay əlbəəl, dəftərə şəxsən özünə imza çəkdirilməklə icraçi direktorun müavini X9, o, olmayanda isə, ya kassir operator X16 oglu, ya da kassir operator X11 tərəfindən verilmişdir. Onların hər üçünün şahid qismində dindirilməsi hesab edir ki, vacibdir. Həmin dəftərləri də məhkəmə sübut kimi qəbul etməlidir. Həmin dəftərlərə baxanda icraçı direktorun müavini X14 oglundan nə səbəbdən pulu alan şəxslərdən yalnız İddiaçı qol cəkməsini soruşduqda, o, bildirmişdir ki, İddiaçı "xxxx" MMC-dən verilən maaşını ala-ala 2 dəfə danmışdır ki, pulu almamış və buna görə, müdir onlara göstəriş vermişdir ki, bundan sonra İddiaçı hər ay maaşını verəndə tarixini mutləq yazılmaqla şəxsən özünə qol çəkdirməklə versinlər. Bundan başqa hesab edir ki, müəssisənin təsisçisi X19 oglunun da dindirilmasi vacibdir. İddiaçı "xxxx" MMC-də işləyəndə 2020-ci ildən 2021-ci ilin sonunadək ona əlbəəl verilən əmək haqlarını almasına görə dəftərlərə imza atıb. Həmin dəftərlərin sübut kimi qəbul edilməsini xahiş edir. Qeyd olunan hal mühasibin təqsiri ilə baş verib. Onlar da istəyirlər ki, o, cinayət məsuliyyətinə cəlb edilsin. İddiaçının maaşı "xxxx" MMC-nə oturulub, vergini, sosial müdafiə fonduna ödənişləri müəssisə ödəyib. Bu barədə sənədləri də təqdim edəcək. "xxxx" MMC-də iddiaçının maaşı 190 manat olub, amma ona hər ay qol çəkdirməklə 400 manat əmək haqqı ödəmişlər. İddiaçı Cavabdeh1 MMC-dən maaşını kartla alıb, "xxxx" MMC-də isə hər ay əlbəəl imza edib alıb. İşdən xx.xx.2021-ci ildə çıxarılan iddiaçıya hər iki müəssisədən son haqq hesabı hesablanıb əlbəəl verilməsinə baxmayaraq, mühasib tərəfindən sistemə vaxtında işİənməmişdir. İşdən çıxarılan gün şəxsi hesab vərəqəsinə şəxsən özü imza edərək əslini almışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sisteminə baxış keçirilən zaman məlum olmuşdur ki, X7 təsisçi və baş direktoru olduğu “UĞURLU YOL" MMC-yə xx.xx.2015-ci il tarixdə əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixdə əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul edilmisiniz. Lakin xx.xx.2021-ci il tarixdə “UĞURLU YOL" MMC-nin 74 nömrəli əmri, "xxxx" MMC-nin sə 06 nömrəli əmri ilə bağlanılmış hər iki müqviləyə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Bildiririk ki, sizin tərəfinizdən təqdim edilmiş Paşa Bankın əmək haqqı hesabından çıxarış cədvəlinə və müəssisə tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Cavabdeh1 MMC-dən xx.xx.2021 -ci il tarixdə işdən azad olunarkən sizə çatacaq son haqq-hesab gecikdirilərək xx.xx.2021 -ci il tarixdə ödənilmiş, lakin, "xxxx" MMC-dən isə həmin tarixdə işdən azad olunarkən sizə çatacaq son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulduğundan 'UĞURLU YOL” MMC və "xxxx" MMC-nin baş direktoru X13 Azərbaycan Respublikası İXM-nin 192.4 maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. -ИТ-İ № ******* saylı əmək kitabçasından müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MMC-yə hüquqşünas vəzifəsinə qəbul edilmiş xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hüquqşünas vəzifəsinə qəbul edilmiş xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. -Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən 200 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 270 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 300 manat aylıq əmək haqqı təyin edlib. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilib. İddiaçı işlədiyi dövrdə məzuniyyətə çıxıb, məzuniyyət pulu və əmək haqqısı tam ödənilib. İddiaçı əmək haqqını xx.xx.2019-cu il tarixədək nağd şəkildə almış, xx.xx.2019-cu il tarixdən əmək haqqı kartı hesabına ödənilmişdir. -"xxxx" MMC -nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən 180 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 190 manat aylıq əmək haqqı, xx.xx.2019-cu il tarixdən 270 manat aylıq əmək haqqı təyin edlib. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilib. İddiaçı işlədiyi dövrdə məzuniyyətə çıxıb, məzuniyyət pulu və əmək haqqısı tam ödənilib. İddiaçı əmək haqqını nağd şəkildə almışdır. -əmək müqaviləsinin (kontraktın) müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında ilə xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. -İddiaçı ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixdən əmək məzuniyyətinə getməsinə icazə verilməsini xahiş etmişdir. -İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, 01 noyabr 2017-ci il tarixdən əmək məzuniyyətinə getməsinə icazə verilməsini xahiş etmişdir. -İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, hüquqşünas vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. -xx.xx.2018-ci il tarixli 5 nömrəli əmrdən görünür ki, İddiaçı "xxxx" MMC-nə hüquqşünas vəzifəsinə qəbul edilmişdir. -xx.xx.2019-cu il tarixli 9 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin hüquqşünası İddiaçı 32 günlük (30 gün əsas 2 gün əlavə) əmək məzuniyyətinə buraxılmışdır. -02 iyun 2019-cu il tarixli 11 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin hüquqşünası İddiaçı əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. -Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli 4 nömrəli əmri ilə Cavabdeh1 MMC-nə verdiyi ərizə və müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdən hüquqşünas vəzifəsinə qəbul edilmişdir. -Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2016-ci il tarixli 32 nömrəli əmri ilə xx.xx.2016-cı il tarixdən əsas məzuniyyəti 27 gün növbəti əmək məzuniyyətinə buraxılmışdır. -xx.xx.2016-ci il tarixli 36 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2016-ci il tarixdən əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir. -Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2017-ci il tarixli 125g04 nömrəli əmri ilə 27 günlük əmək məzuniyyətinə buraxılmışdır. -xx.xx.2017-ci il tarixli 129g02 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir. -Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2018-ci il tarixli 67g2 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən 30 günlük növbəti əmək məzuniyyətinə buraxılmışdır. -xx.xx.2018-ci il tarixli 74g2 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2018-ci il tarixdən əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir. -Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2020-ci il tarixli 179 nömrəli əmri ilə 30 günlük əmək məzuniyyətinə göndərilmişdir. -xx.xx.2020-ci il tarixli 237 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı əmək məzuniyyəti bitdiyi üçün işdə hesab edilmişdir. -Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2019-cu il tarixli 120 nömrəli əmri ilə 30 günlük əmək məzuniyyətinə buraxılmışdır. -xx.xx.2019-cu il tarixli 155.1 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2019-cu il tarixdən işdə hesab edilmişdir. -Cavabdeh1 MMC-nin əmr kitabından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqşünası İddiaçı xx.xx.2021-ci il tarixli 74 nömrəli əmri ilə AR ƏM-nin 68.2a bəndinə əsasən işdən azad edilmişdir. -xx.xx.2015-ci il tarixli 04 nömrəli əmrdən görünür ki, İddiaçı Cavabdeh1 MMC-nə hüquqşünas vəzifəsinə qəbul edilmiş, əmək haqqı əmək müqaviləsinə uyğun hesablansın. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9042 nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Uğurlu Yol” MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 9.419,19 manat, "xxxx" MMC üzrə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 8.592,92 manat, ümumilikdə isə 2 müəssisə üzrə yaranmış fərqin 18012,11 manat məbləğdə olması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən Cavabdeh1 MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 230697,29 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 223467,86 manat məbləğində müəyyən edilir. Həmin rəydə göstərilmişdir ki, X6 təsisçi və baş direktor olduğu “Uğurlu Yol MMC-yə xx.xx.2015-ci il tarixində əsas iş yeri olaraq, "xxxx" MMC-yə isə xx.xx.2018-ci il tarixində əlavə iş yeri olaraq əmək müqaviləsi ilə hər iki müəssisəyə hüquqşünas vəzifəsinə qəbul olunmuşdur. (Əmək müqavilələri iş materiallarında mövcuddur). xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin 74 saylı əmri və "xxxx" MMC-nin 06 saylı əmri ilə tərəflər arasında bağlanmış hər iki əmək müqaviləsinə eyni tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a”’bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Əmək müqviləsinə əsasən İddiaçı aylıq əmək haqqısı Cavabdeh1 MMC-də 200 manat məbləğində müəyyən edilmişdir. Sonrakı müddət ərzində İddiaçı əmək haqqısı artırılaraq 270 manat və 300 manat olduğu müəyyən edilir. Əmək müqaviləsidə İddiaçı əsas məzuniyyət günləri 30 gün qeyd edilmiş, lakin əmək stajına görə əlavə 6 gün nəzərə alınmadığı müəyyən edilir. Əmək müqviləsinə əsasən İddiaçı aylıq əmək haqqısı "xxxx" MMC-də isə 180 manat məbləğində müəyyən edilmişdir. Sonrakı müddət ərzində İddiaçı əmək haqqısı artırılaraq 190 manat və 270 manat olduğu müəyyən edilir. Əmək müqaviləsidə İddiaçı əsas məzuniyyət günləri 30 gün qeyd edilmiş, lakin əmək stajına görə əlavə 6 gün nəzərə alınmadığı müəyyən edilir. Həmin rəydən görünür ki, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Uğurlu Yol” MMC-də işlədiyi xx.xx.2015-ci ildən xx.xx.2021ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş, Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əmək haqqı üzrə 15.917,55, məzuniyyət və son haqq- hesab üzrə 171 gün üçün 1301,25 manat, ümumilikdə hesablanmış məbləğ 17218,80 manat olduğu və hesablanmış əmək haqqı üzrə ələ çatacaq məbləğ isə 16.173,02 manat ödənilməli olduğu müəyyən edilir. Lakin iş materiallarında olan ödəniş sənədlərində əmək haqqı, məzuniyyət və son haqq-hesab üzrə 7787,08 manat təşkil etdiyi müəyyən edilir. Bu səbəbdən əmək haqqı üzrə ələ çatacaq məbləğdə yaranmış fərq 8385,94 manat təşkil etdiyi müəyyən edilir. Məzuniyyət və son haqq-hesab üzrə İddiaçı Uğurlu Yol” MMC-də işlədiyi xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 222 gün hesablanmalı halda, cəmi 171 gün məzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 51 gün olaraq 503,29 manat hesablanmalı və ödəniləcək məbləğin 459,15 manat təşkil etdiyi müəyyən edilir. Həmçinin iddiaçıya 2021-ci ilin aprel ayına görə ödənilməli əmək haqqı 445,04 manat məbləğində hesablanmış lakin xx.xx.2021-ci il tarixində ödənilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək haqqının ödənilməsində olan gecikmələrə görə iddiaçıya 1 ffhWİ*29 gün) üzrə 574,10 manat təşkil etdiyi müəyyən edilir. Həmçinin həmin rəydə göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı "xxxx" MMC üzrə-də işlədiyi xx.xx.2018-ci ildən xx.xx.2021- ci il tarixədək hüquqşünas vəzifəsində işləmiş, Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əmək haqqı üzrə 8185,78, məzuniyyət və son haqq- hesab üzrə 50 gün üçün 357,96 manat, ümumilikdə hesablanmış məbləğ 8543,74 manat olduğu və hesablanmış əmək haqqı üzrə ələ çatacaq məbləğ isə 8123,15 manat ödənilməli olduğu müəyyən edilir. Lakin iş materiallarında olan ödənişlər haqqında mühasibatlıq sənədləri olmadığı səbəbindən yaranmış fərq 8123,15 manat təşkil etdiyi müəyyən edilir. Məzuniyyət və son haqq-hesab üzrə İddiaçı Uğurlu Yol” MMC-də işlədiyi xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək ümumilikdə 108 gün hesablanmalı halda, cəmi 50 gün məzuniyyət və son haqq hesab hesablandığı müəyyən edilir və bu səbəbdən arada yaranmış gün fərqi 50 gün olaraq 515,13 manat hesablanmalı və ödəniləcək məbləğin 469,77 manat təşkil etdiyi müəyyən edilir. Beləliklə, iş materiallarında olan məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Uğurlu Yol” MMC-də xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 9.419,19 manat, "xxxx" MMC üzrə xx.xx.2018-ci ildən xx.xx.2021- ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqqları üzrə yaranmış fərq 8.592,92 manat, ümumilikdə isə 2 müəssisə üzrə yaranmış fərqin 18.012,11 manat məbləğdə təşkil etdiyi müəyyən edilir. 3-cü sual üzrə: Məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında “Cavabdeh1 MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək hesablanaraq məbləği müəyyən edilsin. Bu məbləğin hesablanması mümkün olmadıqda isə, səbəbi göstərilsin” sualı qoyulmuşdur. Təqdim edilmiş iş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 230.697,29 manat məbləğində müəyyən edilir, o cümlədən: 8385,94 x 917 gün x 3% =230.697,29 manat. 4-cü sual üzrə: məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında “Cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək hesablanaraq məbləği müəyyən edilsin. Bu məbləğin hesablanması mümkün olmadıqda isə, səbəbi göstərilsin” sualı qoyulmuşdur Təqdim edilmiş iş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək haqqının 3% məbləğində ödəncin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi daxil olduğu günədək, yəni xx.xx.2023-cü il tarixədək məbləği 223.467,86 manat məbləğində müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin şərh edilməsinə dair Qərarında göstərilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh1 MMC-də xx.xx.2015- ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq 9419,19 manat pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək hüquqşünas vəzifəsində işlədiyi müddətdə əmək haqqı, son haqq-hesab və məzuniyyət haqları üzrə hesablanmış fərq 8592,92 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixindən başlayaraq istifadə olunmamış əmək haqqının və 6 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanaraq tutulsun və İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi 3 il ərzində iddiaçıya ödənilməmiş əmək haqqının və xx.xx.2021-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqına görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanaraq tutulsun və İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi 3 ilin 2018-2019, 2019-2020, 2020-2021 illərə görə, istifadə olunmamış 3 ilin məzuniyyətinə görə ödənişin həyata keçirildiyi günə qədər hər gecikdirilmiş gün üçün 1 (bir) faiz məbləğində ödənc hesablanaraq tutulsun və İddiaçı ödənilsin. Cavabdeh1 MMC-dən İddiaçı çatacaq 2021 -ci ilin aprel ayına hesablanmış 296 manat əmək haqqının xx.xx.2021-ci il tarixində verməli olduğu halda, yalnız xx.xx.2021 -ci il tarixində 127 gün gecikdirib kart hesabına köçürməklə ödədiyinə görə hər gecikdirilmiş gün üçün 1 (bir) faiz olmaqla 375,92 məbləğində ödənc tutulsun və İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 250 manat məbləğində pul Cavabdeh1 MMC və , "xxxx" MMC-dən müştərək qaydada alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-16/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-16/2024
25.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver