Məhkəmə qərarları › İş №2(067)-1622/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1622/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1622/2025 12.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları rəsmi qaydada pozulub. Birgə nikahdan bir övladı xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin 2(067)-2129 saylı 26.09,2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment pulunu və 3 yaşına çatana kimi hər ay bir uşağa görə 50 manat ona ödənilməsi göstərilmişdir. Cavabdeh hər ay minimum əmək haqqının ¼ hissəsi miqdarında ödəniş edir, o da hər ay 125 manat deməkdir. Məbləğ az olduğundan onu da vaxtı-vaxtında ödəmir. Hansı ki, övladının qayğısına qalmalıdır. Özü hal-hazırda işləmir. Cavabdeh övladı ilə maraqlanmır. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, ona bir ana kimi çətin olur. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri yüksəkdir. Ödəniş etmək istəmir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilib. Cavabdeh hazırda işdən çıxıb. Ona görə ondan sabit məbləğdə aliment tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən aliment məbləğinin indeksasiyası yalnız sabit məbləğdə təyin olunmuş aliment məbləğinə tətbiq edilə bilər. Hazırki iş üzrə isə, cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 261 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiya edilməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar