Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1625/2023 04.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 2007-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdeh sabiq qaynanasıdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 2007-ci ildə anadan olmuş X5 onun himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən hesablanmaqla hər ay 150 manat alimentin X3 alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclu X6 məhkəmə qətnaməsinə əsasən bu vaxta qədər cəmi 2500 manat miqdarda aliment ödəmiş, qalan məbləği ödəmir. Bu səbəbdən də uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, uşağı saxlamaqda çətinlik çəkir, uşaq 15 yaşındadır, müəllimlər tutulmalıdır, fəxri fərmanla oxuyan uşaqdır. Keçmiş əri Fəxrəddin hazırda Rusiyadadır. Anası aparıb orada oturdub. Sibirdədir, yerini də bilir. 150 manat aliment kəsilib, amma Fəxrəddin alimenti verməmişdir. Cavabdeh olan qayınanası pensiya alır. Qayınanasının başqa gəlirlərinin olmasına dair sübutu yoxdur. İstəyi odur ki, aliment Fəxrəddinin anasından tutulsun ki, Fəxrəddin gəlib ona olan borcunu tam bağlasın. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 1857/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Xaçmaz rayon məhkəməsinin 2(067)-492/2014 saylı 11 aprel 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 10 noyabr 2007-ci il təvəllüdlü Abdulxalıqova (Rəhimova) Nuray Fəxrəddin qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün X3 hər ay 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Məhkəmə iclası zamanı İddiaçı Cavabdeh əmlak və gəliri, habelə cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə sübutlarını təqdim edilməsi təklif olunsa da, iddiaçı heç bir sübutun olmadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən EMİS-nə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh 220 manat məbləğində pensiya alır, başqa gəlir mənbəyi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı keçmiş əri tərəfindən ona alimentin ödənilməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsində alimentin baba və nənədən tutulması o halda yol verilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməsinlər və baba və nənə zəruri vəsaitə malik olsunlar. İş materiallarından görünür ki, X4 alimenti ödəməməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh olan nənə Cavabdeh zəruri vəsaitə malik olması ilə bağlı məhkəmə heç bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, EMİS-dən əldə olunmuş məlumatlarından müəyyən edilmişdir ki, cavabdeh yalnız 220 manat pensiya alır, bu isə zəruri vəsaitə malik olmasına dəlalət etmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1625/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1625/2023
04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver