Məhkəmə qərarları › İş №2(067)-1644/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1644/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1644/2020 23.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı nümayəndəsi LaçınovaTürfə Cəfərqulu qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh sosial müavinətin təyin olunduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən dayandırıldığı tarixədək, xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 579 manat məbləğin Əmək və X1 Nazirliyi yanında İddiaçı hesabına bərpa olunmasını təmin edilməsi barədə cavabdehin üzərinə həmin məbləğin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.1972-ci il təvəllüdlü olub, xx xxxxxx 2018-ci il tarixdə 2-ci qrup əlilliyə görə sosial müavinət təyin edilməsi üçün DSMF-nun Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Şöbədə sosial müavinət təyin edən komissiyanın xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh özünün təqdim etdiyi xx.xx.2018-ci il tarixdə elektron sistemdə çap edilmiş X3 Komissiyasının müayinə aktı ilə təyin olunmuş əlilliyi müəyyən edən rəyə əsasən xx xxxxxx 2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. Cavabdehə X3 Komissiyası tərəfindən müayinə aktı ilə təyin olunmuş əlilliyi əlavə araşdırma zamanı TSERAS ALT sistemində əlilliyi xx.xx.2018-ci il tarixdən ləğv edilmiş, lakin vətəndaş bu barədə məlumat verməmişdir. Ona görə də sosial müavinət ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi 579 manat məbləğində artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Həmin məbləğin bərpa olunmasının təmin edilməsi üçün cavabdehə həm şifahi həm də rəsmi bildirilmiş, lakin cavabdeh hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, onlarda əlilliyə dair qərarın ləğv edilməsi barədə qərar yoxdur. Əlavə olaraq bildirmişdir ki, cavabdehin əlilliyinin müəyyən olunmasına dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməyib. Sadəcə olaraq onun əlilliyindən imtina edilib. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 2-ci qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında İddiaçı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, DSMF-nun Xaçmaz rayonu üzrə əlillik müayinələrini araşdırarkən «Əlillik altsistemin»də bəzi vətəndaşların əlilliyi etibarsız hesab edilmişdir. O cümlədən də Cavabdeh əlilliyinə imtina verilmişdir. Nəticədə 579 manat artıq vəsait ödənilmişdir. Nazirliyin göstərişinə əsasən İİ qrup əlilliyə görə təyin edilmiş sosial müavinətin ödənişi dayandırılmışdır. Həmin məbləğin Əmək və X1 Nazirliyi yanında İddiaçı hesabına bərpa olunmasını təmin etməyi cavabdehdən xahiş edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə cavabdehin nümayəndəsi iddiaçı Cavabdeh İİ qrup əlillik dərəcəsi almasına dair qərarın ləğv edilməsi barədə qərarı məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar