Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1645/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, iddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin Cavabdeh qarşı artıq ödənilmiş sosial müavinətin bərpası ilə bağlı öhdəliyin qoyulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavavdeh X1 müavinətin və Prezident təqaüdünün təyin olunduğu tarixdən, yəni xx.xx.2008-ci ildən dayandırıldığı xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 4228 manat məbləğin ƏƏSMN yanında DSMF-nun Xaçmaz rayon şöbəsinin hesabına ödənilməsinin təmin olunması məqsədilə cavabdehin üzərinə həmin öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.1979-cu il təvəllüdlü X6 xx.xx.2018-ci il tarixində İ-ci qrup əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin edilməsi üçün DSMF-nun Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Xaçmaz rayon şöbəsində müavinət təyin edən komissiyanın 240-241 nömrəli xx xxxx 2018-ci il tarixli qərarı ilə X4 X12 Komissiyasının 4110003AADZY nömrəli müayinə aktı ilə təyin olunmuş əlilliyi müəyyən edən rəyə əsasən xx.xx.2018-ci il tarixdən İ-qrup əlilliyə görə sosial müvinət və Prezident təqaüdü təyin edilmişdir. X4 X12 Komissiyasının 4110003AADZY nömrəli müayinə aktı ilə təyin olunmuş əlilliyi Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində “Əlillik alt sistemində” etibarsız hesab edilmiş və artıq alınmış vəsaitin bərpa olunması barədə tədbir görülməsi tapşırılmışdır. ƏƏSMN yanında DSMF-nun **********2 nomrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən onun sosial müavinət ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2008-ci ildən xx.xx.2020-ci il tarixədək cəmi 4228 manat məbləğində artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Həmin məbləğin Əmək və X7 Nazirliyinin DSMF-nun hesabına bərpa olunması təmin edilməsi üçün cavabdeh X4 həm şifahi həm də **********4 nömrəli xx.xx.2020-ci il tarixli məktubla rəsmi bildiriş göndərilməklə xəbərdar edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Göstərilənlərlə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməmiş, izahatında. İ qrup əlil olduğunu və ona görə də müavinət aldığını, burada heç bir qanunsuzluğun olmadığını, özünün talassemiya xəstəsi olduğunu və Bakı şəhərində xəstəxanada yatdığını, lakin hansı xəstəxanada yatdığını və əlilliyi ilə bağlı hansı sənədləri təqdim etdiyini xatırlamadığını, iddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sosial müavinətin təyinatı üzrə ƏSMM-nin 240 saylı Qərarından müəyyən olunur ki, X4 xx.xx.2018-ci il tarixdən ömürlük İ-qrup əllik və ƏSMMnin 241 saylı Qərarı ilə xx.xx.2018-ci il tarixdən ömürlük Prezident təqaüdü təyin olunmuşdur. İş materiallarında olan Əmək və X7 Nazirliyinin yanında DSMF-nun xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfindən aparılmış araşdırma nəticələrinə əsasən xx.xx.202020-ci il tarixli məktubda 81 nəfər adları qeyd olunmuş şəxslər və xx.xx.2020-ci il tarixli məktubunda 840 nəfərin əlillik müayinəsi etibarsız hesab edilmiş, həmin şəxslərin pensiya, müavinət və ya təqaüd ödənişinin dayandırılması və artıq ödənilmiş vəsaitin bərpası struktur qurumlarının rəhbərlərinə tapşırılmışdır. İş materiallarında olan ƏƏSMN yanında DSMF-nun Xaçmaz rayon şöbəsinin **********4 nömrəli xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, cavabdeh X4 təyin edilmiş sosial müavinətin və Prezident təqaüdünün xx.xx.2020-ci il tarixdə dayandırıldığı və 4228 manat məbləğində artıq ödənilmiş vəsaitin DSMF-nun Xaçmaz rayon Şöbəsinin hesabına bərpa olunması barədə xəbərdar edilərək Xaçmaz rayon Şöbəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli arayışlarından cavabdehə İ qrup əlilliyə görə 4228 manat məbləğində müavinət ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə işin hallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh xəstəliyini təsdiq edən heç bir sənəd olmadan qeyri-qanuni yollarla İ qrup əlilliyə görə ona müavinət təyin edilməsinə nail olmuş və nəticədə 4228 manat məbləğində müavinət əsassız olaraq ona ödənilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehə əllillik qrupunun təyin edilməsi üçün xəstəliyi barədə sənədləri təqdim etməsinin tələb olunmasına baxmayaraq, o hansı sənədləri təqdim etdiyini və Bakı şəhərində hansı xəstəxanada müalicə aldığını xatırlamadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2008-ci ildən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 4228 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavavdeh Cavabdeh xx.xx.2008-ci ildən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 4228 (dörd min iki yüz iyirmi səkkiz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Tabeliyində Dövlət X10 X11 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin hesabına ödənilsin. Cavavdeh Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1645/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1645/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver