Məhkəmə qərarları › İş №2(067)-1646/2020

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-1646/2020

24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1646/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı iləAğakərimova Südabə Qiyasəddin qızının iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin Cavabdeh qarşı artıq ödənilmiş sosial müavinətin bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə sosial müavinətin təyin olunduğu vaxtdan, yəni xx.xx.2019cu il tarixdən, dayandırıldığı tarixədək, yəni xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 766.33 manat məbləğində pulun qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyi iddianı onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh xx xxxxx 2019-cu il tarixdə İİİ qrup əlilliyə görə sosial müavinət təyin edilməsi üçün DSMF-nin Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Şöbədə sosial müavinət təyin edən komissiyasının 105 nömrəli xx xxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh X7 Komissiyasının 0329003AAGCE nömrəli müayinə aktı ilə təyin edilmiş əlilliyi müəyyən edən rəyə əsasən xx xxxxx 2019-cu il tarixdən İİİ qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə X7 Komissiyası tərəfindən təyin olunmuş əlillik araşdırma zamanı TSERAS ALT sistemində öz təsdiqini tapmadığından əlilliyi ləğv edilmişdir. ƏSMM yanında DSMF-nin tapşırığına əsasən onun sosial müavinət ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi 766.33 manat məbləğində artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Həmin məbləğin qaytarılması barədə cavabdehə həm şifahi, həm də yazılı xəbərdalıq edilmişdir. Lakin, cavabdeh heç bir ödəniş etməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyi məhkəmə prosesində iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərildiyinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sosial müavinətin təyinatı üzrə ƏSMM-nin 105 saylı Qərarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən ömürlük İİİ qrup əlillik və ƏSMM-nin 105 saylı Qərarı ilə xx.xx.2019-cu il tarixdən ömürlük Prezident təqaüdü təyin olunmuşdur. İş materiallarında olan Əmək və X3 Nazirliyinin yanında DSMF-nin xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tərəfindən aparılmış araşdırma nəticələrinə əsasən xx.xx.202020-ci il tarixli məktubda 81 nəfər adları qeyd olunmuş şəxslər və xx.xx.2020-ci il tarixli məktubunda 840 nəfərin əlillik müayinəsi etibarsız hesab edilmiş, həmin şəxslərin pensiya, müavinət və ya təqaüd ödənişinin dayandırılması və artıq ödənilmiş vəsaitin bərpası struktur qurumlarının rəhbərlərinə tapşırılmışdır. İş materiallarında olanAzərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh cəmi 766.33 manat məbləğində sosial müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli məktubundan müəyyən edilir ki, Cavabdeh əlillik dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin əsaslılığının araşdırılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılan Komissiyadan keçmək üçün şöbəyə dəvət edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə işin hallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh xəstəliyini təsdiq edən heç bir sənəd olmadan qeyri-qanuni yollarla İİİ qrup əlilliyə görə ona müavinət təyin edilməsinə nail olmuş və nəticədə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh cəmi 766.33 manat məbləğində sosial müavinət ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh cəmi 766.33 (yeddi yüz altmış altı manat, otuz üç qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh cəmi 766.33 (yeddi yüz altmış altı manat, otuz üç qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyinin hesabına ödənilsin. Cavabdehn 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar