Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1689/2022 13.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair əqdin etibarlı sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1i ərazisində yerləşən, JN-422 F saylı, 30219018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şahadətnamədə göstərilən cavabdehin adına olan, satın aldığı 0,12 ha həyətyanı torpaq sahəsinə dair aralarında 06 avqust 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh özünə məxsus ünvan 1ində yerləşən yaşayış evini, yaşayış evinin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsini qarşılıqlı razılaşmaları əsasında razılaşdıqları qiymətə 2002-ci il tarixdə satın almışlar. Ev və torpaq sahəsini həyat yoldaşı X2 ilə birgə nikah dövründə birgə almışlar. Alqı-satqı müqaviləsi həyat yoldaşı Rafiqin adına rəsmiləşdirilmişdir. Lakin satın aldığı əmlaklardan həyətyanı torpaq sahəsinin mülkiyyət şahadətnaməsində müəyyən uyğunsuzluqlar olduğundan alqı-satqının rəsmiləşdirilməsi həmin vaxt baştutmamışdır. 06 avqust 2002-ci il tarixdə natorial alqı-satqı müqaviləsi əsasında həyat yoldaşı Rafqi Qafarovun adına № 314 inventar nömrəli, 156 B reyestr nömrəli, 05 avqust 2002-ci saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlə qarşılıqlı razılaşmaları olmuşdur ki, cavabdeh torpaq sahəsinin sənədində olan çatışmamazlığı qısa müddətdə aradan qaldıracaq və bundan sonra notariusa gedərək alqı-satqını rəsmiləşdirəcəklər. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşdüyü öhdəliyi icra etmir və torpaq sahəsini adına rəsmiləşdirməkdən boyun qacırır. Sonradan 06 may 2016-cı il tarixdə həyat yoldaşı Rafiq vəfat etmişdir. O onun vəfatından sonra birinici vərəsə olaraq mübahisəli torpaq sahəsində yerləşən Rafiqin adına rəsmiləşdirdikləri evə dair öz adına vərəsəlik şahadətnaməsi almışdır. Lakin torpaq cavabdehin adına qaldığından hazırda əmlaklara dair reysterdən çıxarış ala bilmir. Ona görə də hüququları pozulur. Qeyd edir ki, əmlakları cavabdehdən satın alarkən 2002-ci ildə əmlakların dəyərini həyat yoldaşıyla birgə vəsaitləri hesabına almışlar. Əmlakların qarşılıqlı razılaşmalarına Rafiqin adına rəsmiləşdirmişlər. Satın aldıqları yaşayış evi, evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi 2002-ci ildən onun istifadəsindədir. Onlar alıcı olaraq üzərinə düşən bütün öhdəlikləri icra etmişlər. Bələ ki, satın aldığı əmlakın tam dəyərini ödəmişlər əmlakı qəbul etmişlər və əmlak sahibliyindədir. Mübahisəli əmlakı satın aldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən tərəflərdən biri natoriatda təstiq edilməsi olan əqdi tamami ilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi natoriatda təstiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələb üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Əqd cavabdehin boyun qaçırması nəticəsində icra edilmədən qalmışdır. Ona görə də hazır ki iddia ərizəmlə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o 2002-ci ildə cavabdehdən ona məxsus ünvan 1ində yerləşən evi və evin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsini satın almışdır. Həmin evi və evin yerləşdiyi torpaq sahəsini əri X2 ilə birgə nikah dövründə almışlar və alqı-satqı ərinin adına rəsmiləşdirilib. Lakin satın aldığı həyətyanı torpaq sahəsinin mülkiyyət şəhadətnaməsində müəyyən uyğunsuzqlar olduğundan, alqı-satqının rəsmiləşdirilməsi həmin vaxt baş tutmayıb. xx.xx.2002-ci il tarixdə notarial alqı-satqı müqaviləsi əsasında həyat yoldaşı Rafiq Qafarovun adına qeydiyyat vəsiqəsi verilib. Cavabdehlə o vaxt razılaşmışlar ki, cavabdeh torpaq sahəsinin sənədində olan çatışmamazlığı qısa müddətdə aradan qaldıracaq və bundan sonra notaiusa gedərək alqı-satqını rəsmiləşdirəcəklər. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyinə əməl etməmişdir. xx.xx.2016-cı ildə əri X2 vəfat etmişdir. Onun vəfatından sonra o onun birinci növbəli vərəsəsi kimi mübahisəli torpaq sahəsində yerləşən ərinin adına rəsmiləşdirilən evə dair öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Lakin torpaq cavabdehin adında qaldığından həmin əmlaka dair çıxarış ala bilmirlər. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini xahiş edir. Mübahisəli torpaq sahəsini 2002-ci ildə orada yerləşən evlə birlikdə ərinin adına satın almışlar. Sonra da xx.xx.2002-ci il tarixdə notarial alqı-satqı müqaviləsi əsasında həyat yoldaşı Rafiq Qafarovun adına qeydiyyat vəsiqəsi verilib. Torpaq sahəsinin pulunu da evlə birlikdə cavabdehə vermişdir. 2002-ci ildən cavabdehdən satın aldığı torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə etmişlər. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, onun iddia ərizəsində qeyd olunan ünvanda yaşamaması barədə qeyd aparılmaqla, məhkəmə bildirişi geri qaytarılmışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi kimi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan AZ-İ seriyalı 812386 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-422F seriyalı 30219018 saylı şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayonu, Müşkür kəndi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Xaçmaz şəhəri Müşkür kəndində yerləşən bir mərtəbəli iki otaqlı yaşayış sahəsi 22,4 kv.m faydalı sahəsi 21,6 damı şifer ilə örtülmüş olan yaşayış evi mənzili şəxsi mülkiyyət hüququ əsasında Xaçmaz notariat kontoru tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 4ə-1-55 №-li alqı-satqı müqaviləsi əsasında X1 adına qeydə alınmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin böbüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini xx.xx.2002-ci il tarixdə iddiaçıya və onun həyat yoldaşına satması, iddiaçının və həyat yoldaşının həmin əmlakların dəyərini ödəyərək, həmin əmlaka faktiki sahibliyi həyata keçirməsi və hazırkı vaxtda əmlakların iddiaçının istifadəsində olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1i ərazisində yerələşən, JN-422 F saylı, 30219018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şahadətnamədə göstərilən cavabdehin adına olan 0.12 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında 06 avqust 2002-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1i ərazisində yerləşən, JN-422 F saylı, 30219018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şahadətnamədə göstərilən cavabdehin adına olan 0.12 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında 06 avqust 2002-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilsin. Bu qətnamə İddiaçı ünvan 1i ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1689/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1689/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver