Məhkəmə qərarları › İş №2(067)-1728/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1728/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1728/2020 14.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə, ddiaçı İddiaçı Cavabdeh qarşı əlavə xərclərdə iştiraka cəlb edilmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun təhsili üçün hər il ödənilən 700 manat təhsil haqqının 350 manatını və təhsilə görə ödənilmiş 2100 manat pulun yarısı olan 1050 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, valideynlərindən atası Cavabdeh ilə anası X1 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-(067)1876/2015 saylı məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, o, anası Sevinc Qurbanovanın himayəsində saxlanılmışdır. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-(067)967/2016 saylı məhkəmə əmri ilə Cavabdeh onun və digər iki uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının yarısı miqdarında aliment tutulması qərara alınmışdır. xx.xx.2020-ci ildə onun 18 yaşı tamam olduğuna görə cavabdehin aliment öhdəliklərinə xitam verilmişdir. O, 2019-cu il tarixində Quba Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş, hazırda “Turizm və onun təşkili” ixtisası üzrə əyani şöbənin İİ kursunda ödənişli qaydada təhsil alır. Kollecdə təhsil müddəti üç ildir. İllik təhsil haqqı hər il üçün 700 manat təşkil edir. Kollecə tələb olunan vəsaitin yarı hissəsindən çoxunu anası X5 təmin edir. O, cavabdehdən təhsil haqqının yarısını ödəməsini xahiş etsədə atası bundan imtina etmiş ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 2020-2021 və 2021-2022-ci tədris illəri umun ödənilməli olan təhsil haqqı məbləğinin yarısının cavabdehdən ttutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X5 ilə aralarındakı nikah pozulub. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən iddiaçının və digər iki uşağının saxlanılması üçün onun qazancının yarısı miqdarında aliment tutularaq keçmiş həyat yoldaşına verilib. xx xxxx 2020-ci ildə iddiaçı yetkinlik yaşına çatdığına görə onun üçün ödədiyi aliment dayandırılmalı olsa da, bu günədək mənim əmək haqqımın yarısı keçmiş həyat yoldaşının hesabına tutulur. O, X12 X3 XİX-də 4 –cü dərəcəli stansiyasında operator işləyir. Qızı olan iddiaçı 2019-cu ildən Quba Dövlət X8 turizm və onun təşkili ixtisası üzrə əyani şöbənin 1-ci kursunda təhsil alır. O, onun 2019-2020-ci tədris ili üçün təhsil haqqını ödəmiş, imkanı olsa yenə də kömək edəcəyini, lakin hazırda buna imkanı olmadığını, ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 237473 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh və anası X2r. İş materiallarında olan AZ-İ seriyalı 222392 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X5 arasında bağlanmş nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan Quba Dövlət Sosial-İqtisadi Kollecinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Quba Dövlət Sosial-İqtisadi Kollecinin əyani şöbəsinin İİ kurs tələbəsidir. İddiaçı ödənişli bölmə üzrə təhsil alır. Onun illik təhsil haqqı məbləği 700 manatdır. İş materiallarında olan “Qaz İxrac” X6 Qaz Kəmərləri sahəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh X12 X3 XİX-də 4-cü dərəcəli qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləyir, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək onun əmək haqqından cəmi 13064.33 manat məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının təhsil alması ilə bağlı xərcləri, həmçinin tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, İddiaçı kollecdə təhsil alması ilə bağlı Cavabdeh 700 manat məbləğində pulun iddiaçının Quba Dövlət Sosial-İqtisadi Kollecində təhsil müddətinin sonuna kimi tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun yarısı – 15 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı kollecdə təhsil alması ilə bağlı çəkilən xərclərə cəlb olunsun və ondan bu məqsədlə 700 (yeddi yüz) manat pul vəsaiti iddiaçının Quba Dövlət Sosial- İqtisadi Kollecində təhsil müddətinin sonuna kimi tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat dövlət rüsumunun yarısı – 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar