Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1729/2024 14.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı uşağı- 03 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Cavabdeh nümayəndəsi- anası Nümayəndə məhkəməyə teleqram göndərərək 14 iyun 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının fikrini dinləyərək iş üzrə məhkəmə iclasına gəlməyən Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla nikahlarını 14 mart 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 03 iyul 2014-cü ildə Hüseyn adlı bir nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan 2 ildən çoxdur ki, faktiki olaraq ayrılmışlar. Uşaq onun himayəsindədir. Cavabdehlə aralarında olan nikahın pozulması tələbi barədə Xaçmaz rayon məhkəməsinin icraatında mülki iş vardır. Faktiki olaraq ayrıldıqları vaxtdan cavabdeh uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir. Uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində 300 manat miqdarında aliment tələb edir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh himayəsində olan azyaşlı uşağı- 03 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 mart 2014-cü il tarixli, AZ-İ seriyalı, 932958 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 14 mart 2014-cü ildə 1 saylı Bakı “ASAN xidmət” X3 375 nömrə ilə rəsmiləşdirmişlər. İş materiallarında olan 02 dekabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 445330 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 03 iyul 2014-cü ildə Hüseyn adlı bir nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunvericiliyi və Mülki Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq İddiaçı Cavabdeh aralarında ailə münasibətlərindən irəli gələn mübahisələr (aliment tələbi) üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin olaraq mediatora müraciət etməklə mediasiya sessiyasında iştirak etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmiş və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilərək mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh nümayəndəsi- anası Nümayəndə məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, Cavabdeh sabit gəliri yoxdur. Eyni zamanda, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılar nəzərə alınmaqla Cavabdeh İddiaçı ilə birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü uşaqları X1 üçün hər ay 235 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinə razıdır. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla nikahlarını 14 mart 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 03 iyul 2014-cü ildə Hüseyn adlı bir nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan 2 ildən çoxdur ki, faktiki olaraq ayrılmışlar və ayrıldıqları vaxtdan iddiaçı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh uşağın saxlanılması üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 03 iyul 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 30 aprel 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 235 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan Elektron Məhkəmə Sistemində yaradılmış Dövlət rüsumunun hesablanması kalkulyatoru ilə hesablanmış 48,20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 03 iyul 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 30 aprel 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh İddiaçı azad edildiyi, aliment iddiasına görə müəyyən olunmuş 48,20 manat (qırx səkkiz manat iyirmi qəpik) dövlət rüsumu alınaraq dövlət nəfinə verilsin. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1729/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1729/2024
14.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver