Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1810/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsinə əsasən borclu qaldığı aliment borclarını ödəməkdən azad edilməsi, xx.xx.2015-ci il tarixli, 2(067)-15/2015 və xx.xx.2018-ci il tarixli 2(067)-465/2018 saylı qətnamələri ilə müəyyən olunmuş alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsi ilə onunla cavabdeh arasında nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Rəvan onun, xx.xx.2005-ci il təvəllüdlü Azər isə cavabdehin himayəsində saxlanılmış, onun qazancının ¼ hissəsi miqdarında aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-15/2015 saylı qətnaməsi ilə ondan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsi ilə xx xxxxxx 2005-ci il təvəllüdlü X6 yaşayış yeri onun yanında müəyyən edilmiş, Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının himayəsində olan xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)- 3744/2019 saylı qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu ildən başlayaraq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri əsasənda onun cavabdehə 4368 manat borcu yaranmışdır. Həmin borc məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında yığılmış borcdur. X13 xx.xx.2017-ci ildən onun yanındadır. Bu səbəbdən də onun cavabdehə olan 4368 manat borcu tən yarıya bölünməlidir. Belə ki, həmin məbləğ iki uşağın saxlanması üçün yaranmış borcdur. 4368 manat məbləğin 1800 manatını ödəmişdir. X7 Habil oğlu onkoloji xəstədir və ona «J83.7-Berkitt limfoması Atepik Berkitt limfoması «Berkittə oxşar» limfoma mərhələ İİ diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin 5 saylı xəstəxanasında, habelə Milli Onkologiya Mərkəzində 2 dəfə əməliyyat olunmuş və hazırda da kimya-terapiya müalicələri davam etdirilir. Bundan sonra da 6 dəfə kimyaterapiya müalicələri olunmalıdır. Cavabdehdən iki uşağın saxlanması üçün ona ödənilməli olan hər ay 100 manat alimentdən o halda imtina edər ki,ondan da qazancının ¼ hissəsi miqdarında aliment tutulmasın. Yəni xəstə uşağın mənafeyi nəzərə alınmaqla aliment ödəməkdən azad edilsin. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1629/2013 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Rəvan atası İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü Azər isə anası X2 himayəsində saxlanılmış, İddiaçı xx xxxxxx 2005-ci il təvəllüdlü Azərin saxlanması üçün qazancının ¼ hissəsi miqdarında aliment alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)- 15/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx xxxxx 2014-cü il tarixdən başlayaraq xx xxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (gəlirinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 465/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx xxxxxx 2005-ci il təvəllüdlü X6 yaşayış yeri İddiaçı yanında müəyyən edilmiş, Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının himayəsində olan xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (gəlirinin) ¼ hissəsi miqdarında aliment tutularaq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)- 3744/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki,xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu ildən başlayaraq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1810/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1810/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver