Məhkəmə qərarları › İş №2(067)-1865/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1865/2020

25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1865/2020 25.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı nümayəndəsi Qasımov Yaşar Şövkət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 himayəsində olan xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəlüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, O, cavabdehlə xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olaraq evlənib. Birgə nikahlarından xx.xx.2003-cü ildə Murad və xx.xx.2006-cı ildə Türkan adlı iki uşaqları anadan olub. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların arasındakı rəsmi nikah qeydi pozulub və uşaqlar iddiaçının himayəsində saxlanılıblar. O, Rusiyada yaşayır və orada işləyir, uşaqlar da onunla qalırlar. Cavabdeh uşaqların saxlanılması üçün heç bir yadım göstərmir. Ona görə də o, cavabdehdən aliment tələb etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qasımov Yaşar Şövkət oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı onun oğludur. O, cavabdehlə xx.xx.2020-ci ildə evlənmiş və birgə nikahlarından xx.xx.2003-cü ildə Murad və xx.xx.2006-cı ildə Türkan adlı iki uşaqları anadan olmuşlar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı rəsmi nikah qeydi pozulmuş və uşaqlar iddiaçının himayəsində saxlanılmışlar. Oğlu Rusiyada yaşayır və orada ekspeditor işləyir, uşaqlar isə onlarla qalırlar. Cavabdeh uşaqların saxlanılması üçün heç bir yadım göstərmir. Ona görə idiaçı ondan aliment tələb edir. Cavabdehin qazancı, gəlirləri barədə məlumatları yoxdur və bu barədə məhkəməyə təqdim edəcəkləri sübutları da yoxdur. İddiaçının nümayəndəsi qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı iddiası təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 780038 saylı və l-AP seriyalı 799508 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından iki uşaqları- xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəlüdlü X7 anadan olmuşlar. xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki,İddiaçı ünvan 1 saylı ünvanda yaşayır və onun himayəsində xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəlüdlü X7 vardır. xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 saylı ünvanda yaşayır və o,heç yerdə işləmir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X9 arasındakı rəsmi nikah qeydi pozulub və uşaqlar İddiaçı himayəsində saxlanılıblar. AZ-İ seriyalı 339373 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X9 arasındakı rəsmi nikah qeydi xx.xx.2019-cu il tarixdə pozulmuşdur. AM-in 56.1 və 58-ci maddələri, X13 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X13 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «X13» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «X13» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2006-cı il təvəlüdlü X7 hazırda iddiaçı ilə yaşamırlar. X3 yaşayır və orada ekspeditor işləyir. Uşaqlar isə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının himayəsinə verilsələr də hazırda, iddiaçının ata-anası ilə birgə yaşayırlar. Qeyd edilən hallar iddiaçının nümayəndəsi və atası Qasımov Yaşar Şövkət oğlunun məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilir. Belə olduğu halda, iddiaçının özünün yanında olmayan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb etməsi əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia əsassız olduğundan İddiaçı cavabdeh X5 qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar