Məhkəmə qərarları › İş №2(067)-1871/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1871/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1871/2024 15.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı alimentin sabit pul məbləğində tutulmasına və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı alimentin sabit pul məbləğində tutulmasına və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən övladları 06 oktyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit məbləğində alimentin tutulmasına və hər ay 100 manat məbləğində uşağın 3 yaşına çatana kimi saxlanılması üçün əlavə xərclərə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1, 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məhkəmənin birinci çağırışında gəlmədiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı cavabdeh X3 qarşı alimentin sabit pul məbləğində tutulmasına və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 166, 259.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı alimentin sabit pul məbləğində tutulmasına və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar