Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1913/2025 25.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Alimentin təyin edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan birgə nikahlarından doğulmuş azyaşlı uşaqları- 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa 300 manat olmaqla cəmi 600 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 dekabr 2011-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuş, nikahları Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan İcra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-cı ilin dekabr ayının 17 günündə 54 nömrə ilə qeyd edilərək rəsmiləşdirilmişdir. Birgə nikahlarından üç uşaqları- 31 mart 2012-ci il təvəllüdlü X5, 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Onun Cavabdeh ilə uzun müddətdir ki, ailə münasibətləri pozulmuş və münasibətləri pozulduğuna görə uşaqları- 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə yaşadığı evdən çıxaraq valideynlərinin evinə qayıtmış və onların himayəsində yaşayır. 31 mart 2012-ci il təvəllüdlü qızı X5 isə cavabdehin valideynlərinin himayəsində qalaraq orada yaşayır. Cavabdeh uşaqlarının saxlanması üçün ona heç bir köməklik göstərmir. O, valideynlərinin evində yaşayıb valideynlərindən maddi yardım alaraq onların köməkliyi ilə uşaqlarını saxlayıb ehtiyaclarını ödəyir. Valideynlərinin də maddi vəziyyəti çətin olduğuna görə uşaqlarının saxlanılması üçün ona köməklik etməkdə çətinlik çəkirlər. Hal-hazırki bazar qiymətlərinə görə də, uşaqlarının ehtiyaclarını ödəyə bilmir. Uşaqlarını ehtiyac içərisində saxlayır. Cavabdehlə hal-hazıra kimi uşaqlarının saxlanılması üçün alimentin məbləğinin təyin edilməsi məsələsi ilə bağlı razılığa gələ bilməmişlər. Ona görə də alimentin təyin edilməsi məsələsinin məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onun yaxşı qazancı vardır. Odur ki, Cavabdeh himayəsində olan birgə nikahlarından doğulmuş azyaşlı uşaqları- 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 300 manat olmaqla cəmi 600 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi- anası Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, İddiaçı onun doğma qızı olmaqla qızı İddiaçı ilə Cavabdeh 2011-ci ilin dekabr ayında rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından üç uşaqları- 31 mart 2012ci il təvəllüdlü X5, 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Qızı İddiaçı ilə əri Cavabdeh arasında ailə münasibətləri pozulduğundan 5 aydır ki, faktiki olaraq ayrılmışlar. Qızı Sədəf yetkinlik yaşına çatmayan uşaqları Fatimə və Pərvanə ilə birlikdə onun evində yaşayır. Digər uşaqları Rərvin cavabdehin himayəsində yaşayır. Faktiki olaraq ayrıldıqdan sonra cavabdeh keçən müddət ərzində qızının himayəsində olan uşaqları Fatimə və Pərvanənin saxlanılmaları üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən qızı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddianın təmin edilməsini, Cavabdeh qızı- İddiaçı himayəsində olan azyaşlı uşaqları- 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 300 manat olmaqla cəmi 600 manat miqdarında alimentin alınaraq iddiaçıya verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 2011-ci ilin dekabr ayında rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Qızı İddiaçı ilə aralarında ailə münasibətləri pozulduğundan bir neçə vaxtdır ki, faktiki olaraq ayrılmışlar. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları Fatimə və Pərvanə ilə birlikdə valideynlərinin evində yaşayır. Digər uşaqları Rərvin onun himayəsində yaşayır. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq uşaqları Fatimə və Pərvanənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər uşağa görə 300 manat aliment tələb edir. Onun iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. Belə ki, onun daimi iş və qazanc yeri yoxdur. Müxtəlif şəxlərin bağ sahələrində fəhlə işləməklə gəlirləri aşağı həddədir. Həmin işlər də mövsümi olur. Başqa gəlir yeri də yoxdur. Hazırki vəziyyətdə iddiaçıya himayəsində olan hər bir uşağına görə ayda 150 manat aliment ödəyə bilər. Ona görə də aliment təyin edilərkən hazırki maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 aprel 2025-ci il tarixli, AZ-T seriyalı, 074415 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 17 dekabr 2011-ci il tarixdə nikahlarını Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan icra nümayəndəliyində 54 sayla qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan 20 noyabr 2012-ci il tarixli, AZ-İİ seriyalı, 969299 nömrəli, xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 226247 nömrəli və 24 noyabr 2017-ci il tarixli, AZ-İV seriyalı, 038059 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci ildə Pərvin, xx.xx.2013-cü ildə Fatimə və xx.xx.2017-ci ildə Pərvanə adlı 3 nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 aprel 2025-ci il tarixli arayışdan müəyyən olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunvericiliyi və Mülki Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq İddiaçı Cavabdeh ilə aralarında ailə münasibətlərindən irəli gələn mübahisələr (aliment tələbi) üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin olaraq mediatora müraciət etməklə mediasiya sessiyasında iştirak etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmiş və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. İş materiallarında olan 08 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq cəmi 60 manat rüsum ödəmişdir. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 17 dekabr 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2012-ci ildə Pərvin, xx.xx.2013-cü ildə Fatimə və xx.xx.2017-ci ildə Pərvanə adlı 3 nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrıldıqdan sonra iddiaçı uşaqları- 31 dekabr 2013-cü il təvəllüdlü Fatimə və 13 noyabr 2017-ci il təvəllüdlü Pərvanə ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. xx.xx.2012-ci ildə anadan olmuş Pərvin cavabdehin himayəsindədir. Cavabdeh iddiaçıya himayəsində olan uşaqları Fatimə və Pərvanənin saxlanılmaları üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı qərarının 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən aylıq minimum əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 01 may 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları- 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində alimentin tutulması məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh ərizənin verildiyi tarixdən, yəni 01 may 2025-ci il tarixdən hesablanmaqla, 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay sabit pul məbləğində hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. İddiaçı Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan aliment iddiasına görə müəyyən edilmiş- Elektron Məhkəmə Sistemində yaradılmış Dövlət rüsumunun hesablanması kalkulyatoru ilə hesablanmış 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. İddiaçı mediasiya xərcinin ödənilməsini cavabdehdən tələb etmədiyindən, həmin xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh ərizənin verildiyi tarixdən, yəni 01 may 2025-ci il tarixdən hesablanmaqla, 31 dekabr 2013-cü il təvəllüdlü X4 və 13 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay sabit pul məbləğində hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh iddiaçının azad edildiyi, aliment iddiasına görə müəyyən edilmiş 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Ödənilmiş Mediasiya rüsümü iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1913/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1913/2025
25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver