Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1951/2023 09.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı cavabdeh Siyəzən rayon Dövlət notariat Konturuna və qeyrisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Siyəzən rayon Dövlət notariat Konturuna və qeyrisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini cavabdeh qismində işə cəlb etsə də, iddia ərizəsindən ona qarşı hər hansı bir tələbi yoxdur. İş materiallarından müəyyən olunmuşdur ki, digər cavabdeh Siyəzən rayon Dövlət notariat Kontoru Siyəzən şəhəri T.İsmayılov küçəsində yerləşir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, cavabdeh Siyəzən rayon Dövlət notariat Kontoru Siyəzən şəhəri T.İsmayılov küçəsində olduğundan İddiaçı cavabdeh Siyəzən rayon Dövlət notariat Konturuna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi Siyəzən Rayon Məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Siyəzən rayon Dövlət notariat Konturuna və qeyrisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyatı üzrə Siyəzən Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1951/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1951/2023
09.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver