Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1957/2022 13.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(067)-916\2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 90 manat aliment məbləğinin azaldılaraq hər ay 45 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(067)-916\2016 saylı qətnaməsi ilə X2 ilə onun İddiaçı nikahları pozulmuş və birgə nikahdan doğulmuş qızları Dünyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan İddiaçı hə ay 90 manat aliment tutularaq X1 verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(067)-916\2016 saylı qətnaməsnə əsasən Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən işsiz və xəstə olduğu halda ondan əsassız və qanunsuz olaraq 70% aliment borcu tutulur. Xaçmaz rayon icra və probasiya şöbəsinə o, İddiaçı 2-ci qrup əlil olması ilə bağlı DSMF-nun Xaçmaz rayon şöbəsindən arayış təqdim etmişdir. Lakin İcra və probasiya şöbəsi buna əhəmiyyət verməmiş qanunsuz və əsassız olaraq ondan 70% aliment borcunu tutmaqda davam etmişdir. Hər ikisi nikahları pozulduqdan sonra ikinci dəfə ailə qurmuşlar. O, xx.xx.2021-ci ildə ailə qurmuşdur. Rəsmi nikahda olduğu xanımı Məlahət xanım heç yerdə işləmir evdardır. Aliment ödənişinin hər ay bir uşaq üçün təyin olunmuş miqdarından 4\1 hissəsini ödəyə bilər və bundan başqa imkanı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı oğludur. O, xəstədir onda qıcolmalar olur 54 manat pensiya alır. Hazırda da xəstəxanadadır. Ona görə də Xaçmaz rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(067)-916\2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq azyaşlı Dünyanın saxlanılması üçün hər ay 45 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(067)-916\2016 saylı qətnaməsi ilə iddiaçıya qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, nikahları pozulmuş və uşağın saxlanılması üçün İddiaçı 90 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi qət edilib. İddiaçı alimentin ödənilməsini qəsdən hər dəfə gecikdirir, hətta buna görə o, inzibati məsuliyyətə də cəlb edilib. Hazırda onun məqsədi cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaqdır. O, ikinci dəfə ailə qurub, əgər dolana bilmirsə yeni ailəsini necə dolandırır. Onun qazanc yeri yoxdur, uşaq da xəstədir ona görə alimentin məbləğinin azaldılmasına etiraz edir. İddiaçı ötən müddət ərzində uşağı ilə heç maraqlanmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(067)-916\2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment tələbinə” dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı hər ay 90 manat sabit pul şəklində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(067)-394\2017 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçı aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. Lakin, iddiaçı qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması, yəni aliment məbləğinin azaldılması cavabdehin hüquqlarının pozulmasına, xüsusən də uşağın həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olacaq. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı bu iddia ərizəsini verməklə sadəcə olaraq aliment öhdəliklərini icra etməkdən yayınmağa çalışır. Hal-hazırda ölkədə minimum aliment məbləği 193 manat müəyyən edilib. Buna baxmayaraq, İddiaçı Cavabdeh uşağın saxlanması üçün cəmi 90 manat aliment ödəyir. Məhkəmənin fikrincə, iddiaçının onsuzda çox az məbləğdə olan aliment məbləğinin azaldılmasına dair tələbi əsassız və ədalətsizdir. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1957/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1957/2022
13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver