Məhkəmə qərarları › İş №2(067)-1971/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1971/2021

06.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1971/2021 06.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, Xaçmaz rayon Niyazoba bələdiyyəsinin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim Xaçmaz rayon Niyazoba bələdiyyəsi Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, Cavabdeh Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 39 mənzil 32-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyilsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım Xaçmaz rayon Niyazoba bələdiyyəsinin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizə ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar