Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2010/2020 24.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən müddətə alimenti ödəməkdən azad edilmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-193/2013 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehin xeyrinə hər ay 80 manat aliment ödəməkdən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh həyat yoldaşı olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onların aralarındakı nikah pozulmuş və ondan cavabdehin xeyrinə hər ay 80 manat alimentin tutulması qət edilmişdir. Lakin buna baxmayaraq xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək onlar barışıb bir ailə kimi birlikdə yaşamışlar. Həmin dövrdə ailənin bütün xərclərini o, özü çəkmişdir. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh öz valideynlərinin evinə çıxıb getmişdir. Hesab edir ki, cavabdehlə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək birlikdə yaşadıqlarına görə, həmin dövr üçün hesablanmış 960 manat alimenti ödəməkdən azad edilməlidir. Ona görə də məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək cavabdehlə onun valideynlərinin evində birlikdə yaşamışlar, birlikdə yaşadıqları dövrdə mebel almışlar. Cavabdehlə birlikdə yaşadıqları dövrdə uşağının xərclərini birlikdə qarşılamışlar. Onun cavabdehə aliment borcu var, ancaq onu da bildirmişdir ki, o, alimenti imkanı olanda ödəyəcəkdir. Ona görə də həmin borclar üzürlü səbəbdən yarandığına görə borcları ödəməkdən azad edilməlidir. Göstərilənlərə əsasən o, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə 2010-cu ildə evlənmişlər, xx xxxxxxxx 2011-ci ildə Sənan adlı uşaqları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və iddiaçıdan onun xeyrinə hər ay 80 manat alimentin tutulması qət edilmişdir. 2018-ci ildə yenidən iddiaçı ilə ailə qurmuşlar. Həmin ilin dekabr ayında iddiaçı onu aldadaraq adına bankdan kredit də almışdır və həmin krediti qaytarmadığına görə, kredit borcunu hazırda o, ödəyir. Halbuki, kreditin pulu ilə o, birlikdə yaşadıqları dövrdə avtomaşın almış və avtomaşını satıb pul əldə etmişdir. Uşaq hazırda onunla qalır, uşağın saxlanılması üçün iddiaçı ona heç bir kömək göstərmir, iddiaçının aliment borcu var. Faktiki olaraq xx xxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək iddiaçı ilə birlikdə yaşamışlar. Onun iddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 352175 saylı xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamdən müəyyən olunur ki, İddiaçı ilə Nemətova Fərqanə Hicran qızının arasındakı rəsmi nikah qeydi pozulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, İddiaçı ilə Nemətova Fərqanə Hicran qızının birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X8 ilə Əhmədova Fərqanə Hicran qızının birgə nikahlarından X6 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ümumi aliment borcu 2760 manatı təşkil edir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh aralarındakı nikah pozulmuş və İddiaçı Cavabdeh xeyrinə hər ay 80 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vısait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması, yəni aliment borclarını ödəməkdən azad etmə cavabdehin hüquqlarının pozulmasına, onun həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olaraq aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Məhkəmə, həmçinin, hesab edir ki, tərəflərin Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra barışaraq bir müddət birgə yaşamaları halı müəyyən olunsa belə, bu hal iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulmalı olan aliment öhdəliklərindən azad edilməsinə əsas vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçı aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. Lakin, iddiaçı qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi «X2rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin oluna bilməz. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı müəyyən müddətə alimenti ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2010/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2010/2020
24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver