Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-203/2025 29.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızının iştirakları ilə, İddiaçı cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızına qarşı uşağın yaşayış yerinin müəyyən olunması tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızı ilə birgə nikahlarından anadan olmuş 02 dekabr 2010-cu il təvəllüdlü X8 yaşayış yerinin onun yanında olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızı ilə 17 noyabr 2011- ci il tarixdə rəsmi nikaha girərək el adətilə toy edərək evlənmişlər və birgə nikahdan xx.xx.2010-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-cı il təvəllüdlü X12 doğulmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1153/2024 saylı qətnaməsi ilə 21 xx.xx.2024-cü il tarixli nikahımız pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü İddiaçı, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-cı il təvəllüdlü X12 cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızının yanında qalmışdır. Lakin xx.xx.2024-cü il tarixdə oğlu X14 onun yanına gələrək onun yanında yaşamaq istədiyini bildirmişdir. Artıq cavabdehin yanına dönməyəcəyini bildirərək, Xaçmaz şəhəri, Səid Qurbanov bina 44 mənzil 3-də bacısının evində qalaraq yaşamağını demişdir. O, dəfələrlə cavabdehə bildirmişdir ki, uşaq bir aydır ki, onun yanındadır və Xaçmaz rayon İcra Şöbəsinin icra məmuruna şifahi olaraq ərizə ilə müraciət edərək bildirmişdir ki, X14 onun yanında qalır və qaldığı gündən aliment dayandırılsın. Lakin cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızı müxtəlif bəhanələr edərək Azər Zahirov üçün hesablanan aliment pulunun dayandırılması ilə bağlı icra məmuruna ərizə ilə müraciət etmir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlunun onun yanında qalmasını istəyir. Bunu oğlu özü də istəyir. Anası ilə qalmaq istəmir. Onun təhsili ilə özü məşğul olmaq istəyir. Cavabdehlə aralarında rəsmi nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılılmışdır, lakin oğlu Azər onunla qalmaq istəyir. Ona görə də o, Rusiyadan gələndən sonra özü onun yanına yəni, anasının evinə gəlmişdir. Sonradan anası onu aparmaq istəsə də getmir. Səhər 9-dan axşam saat 6-ya qədər işləyir. Həmin vaxt uşaq da dərsdə olacaqdır və bundan sonra o, onun dərsləri ilə daha yaxından maraqlana biləcəkdir. İddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iş üzrə Tağıyeva (Yusufova) Rəna İntiqam qızı iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, uşaqların əziyyətini o, çəkmişdir. Həmin vaxt iddiaçı olan ataları Rusiyada idi. İddiaçı tərəf onu pis, əxlaqsız qadın kimi qələmə verirlər. Lakin o, öz zəhməti ilə işləyib uşaqlarını saxlamışdır. Oğlunun atasının yanında qalmasına razıdır. Oğlu atasının yanında xoşbəxt olacaqsa, getsin onunla yaşasın. Harda olur olsun sağ-salamat olsun. İddiaçı bildirir ki, o, işləyir, uşaqlar başsız böyüyür. İddiaçı özü də Rusiyada işləyir o, baxa biləcəkmi oğluna?. Əvvəlki məhkəmə iclasında Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış 02 dekabr 2010-cu il təvəllüdlü X14 bildirmişdir ki, adı Azərdir, 14 yaşı var. O, atası ilə anasının ayrılmağını gec bilmişdir. O, atasının yanında qalmaq istəyir. Atası Rusiyaya işləməyə gedir. Onu da özü ilə aparmaq istəyir. Anasının yanında qalmaq istəmir. Atasının yanına 2 ay olar qayıtmışdır. Atasının Azərbaycana gəlməyini gözləyirdi. Atası gələn kimi evdən qaçıb yanına getmişdir. Onu heç kim məcbur saxlamamışdır. Atasının yanına öz istəyi ilə getmişdir. Atasının yanına gələndən sonra anası ilə danışmamışdır. Bacımları ilə də danışmır. Onlar ondan küsmüşlər. Avqust ayında nənəsi ona atasının gələcəyini demişdir. Ona görə evdən qaçıb getmişdir. Anası 1 aydan sonra, yəni sentyabr ayında polislərlə onu aparmağa gəlmişdir. O, elə bilirdi ki, onu qaçırdıblar. Lakin o, öz istəyi ilə getmişdir. Oxumaq üçün atası ilə Rusiyaya getmək istəyir. Məhkəmə tərəflərin izahatlaını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gədiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 22 dekabr 2023-cü il tarixli, 05/Q-707/69 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı ilə X10 arasında 17 noyabr 2011-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində № 0755 saylı rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən X10 ərinin soyadına uyğun “Yusufova” soyadını qəbul etmişdir. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 21 dekabr 2023-cü il tarixli, 05/Q-704/69 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 02 dekabr 2010-cu il təvəllüdlü X14 anadan olmuşdur. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 21 dekabr 2023-cü il tarixli, 05/Q-705/69 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 22 may 2013-cü il təvəllüdlü X11 anadan olmuşdur. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 21 dekabr 2023-cü il tarixli, 05/Q-706/69 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 28 oktyabr 2015-ci il təvəllüdlü X12 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(067)-1153/2024 saylı qərarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 17 noyabr 2011-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanmış 0755 saylı rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş uşaqları - 02 dekabr 2010-cu il təvəllüdlü X14, 22 may 2013-cü il təvəllüdlü X11 və 28 oktyabr 2015-ci il təvəllüdlü X12 anası Cavabdeh himayəsində saxlanılmaları və tərəflərin birgə nikahından anadan olmuş uşaqları - 02 dekabr 2010-cu il təvəllüdlü X8, 22 may 2013-cü il təvəllüdlü X5 və 28 oktyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh nümayəndəsi və vəkili X1 ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 07 mart 2024-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğdə aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. 27 avqust 2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 204-cü il tarixli, 11/695 nömrəli ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2010-cu il təvəllüdlü X8 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Tağıyeva (Yusufova) Rəna İntiqam qızına bağlılığı müəyyən olunmur. Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 13 mart 2025-ci il tarixli, 5-49/2-211/2025 nömrəli rəyindən müəyyən edilir ki, uşağın hüquq və mənafeyini, atasına bağlılığını nəzərə alaraq, Xaçmaz RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2010-cu il təvəllüdlü X8 atası İddiaçı himayəsində qalmasını məqsədəuyğun hesab edir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X4 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən oluumuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.1.-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsəllələrin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2.-ci maddəsinə uyğun olaraq uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Məhkəmə hesab edir ki, hər bir halda yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla bunlar nəzərə alınmalıdır - uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq əsas ola bilməz. Məhkəmə uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur”. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd olunmuşdur ki, valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra Avropa Konvensiyası) 8-ci maddəsində (şəxsi və ailə həyatına hörmət hüququ) nəzərdə tutulmuş “ailə həyatı”nın fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması, Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir (Monori Rumıniya və Macarıstana qarşı; X3rşı; Kutsner Almaniyaya qarşı). Məhkəmənin bu mövqeyi həmçinin Berrehab Niderlanda qarşı iş üzrə qəbul edilən qərarda da öz əksini tapmışdır ki, uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə “ailə həyatı”nı təşkil edir. Eyni zamanda, Kiqan İrlandiyaya qarşı iş üzrə qəbul edilmiş qərarda da məhkəmə eyni mövqedən çıxış etmişdir ki, “ailə həyatı” anlayışı yalnız nikaha əsaslanan münasibətlərlə məhdudlaşmır və tərəflərin nikahdankənar münasibətdə olmaqla birgə yaşamasına əsaslanan “faktiki ailə” əlaqələrini də əhatə edə bilər. Bu səbəbdən də, valideynlər arasındakı münasibət pozulduqda belə, uşaqlar və valideynlərin bir-birləri ilə qarşılıqlı münasibətləri ailə həyatının təməl bir hissəsini təşkil edir Məhkəmə həmçinin o qənaətdədir ki, uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (Şahin Almaniyaya qarşı). Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ, işdəki müxtəlif maraqlar balanslaşdırılarkən, nəzərə alınmalı olan amildir (Noylinger və Şuruk İsveçrəyə qarşı). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin bərpa edilməsi üçün mümkün olan hər şey edilməlidir (Qnaore Fransaya qarşı). Bundan başqa, Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, valideyn uşağın sağlamlığına və inkişafına zərər verə biləcək addımlar atmaq hüququna malik deyil (Elsholts Almaniyaya qarşı; T.P. və K.M. Birləşmiş Krallığa qarşı; İnyakkolo-Zenide Rumıniyaya qarşı; Nuutinen Finlandiyaya qarşı). Belə ki, Zommerfeld Almaniyaya qarşı və Buşemi İtaliyaya qarşı olan işlərdə bildirilir ki, 13 yaşlı qız atası ilə görüşmək istəmədiyini aydın şəkildə ifadə edibsə və bunu bir neçə il təkrarən bildiribsə və onun atası ilə görüşməyə məcbur edilməsi onun emosional və psixoloji tarazlığını ciddi şəkildə poza bilərsə, uşağın maraqları naminə atasının onunla təmaslarına icazə verilməməsi barədə qərar qəbul edilməlidir. M. və M. Xorvatiyaya qarşı işdə isə məhkəmə boşanmış cütlüyün uşağının şəxsi və ailə həyatına hörmət hüququnun pozulmasını onunla əlaqələndirib ki, uşağın üzərində himayə məsələsinə dair məhkəmə prosesi həddən artıq uzun sürmüş və daxili məhkəmələr uşağın yaşı və yetkinlik dərəcəsi nəzərə alınmaqla, üzərində himayə hüququnun hansı valideynə verilməsi barədə onun öz fikrini bildirməsinə imkan yaratmamışdırlar. Avropa Məhkəməsinin qeyd olunan qərarlarından da göründüyü üzrə, məhkəmə uşağın mənafeyine toxunan bütün işlərdə uşağın üstün maraqlarının birmənalı şəkildə təmin olunmasına diqqət yetirmiş və Avropa Konvensiyasını imzalamış dövlətlərə də oxşar işlərdə məhkəmənin müvafiq mövqeyinin nəzərə alınmasını tövsiyə etmişdir. 20 noyabr 1989-cu il tarixdə Nyu-Yorkda imzalanmış BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 18-ci maddəsində deyilir ki, iştirakçı dövlətlər, uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınması üçün mümkün olan bütün səyləri göstərirlər. 20 noyabr 1959-cu il “Uşaq hüquqları barədə” Bəyannamənin ikinci prinsipi olan uşağın maraqları konsepsiyası, 1989-cu il “Uşaq hüquqları haqqında” Konvensiyasının 3cü maddəsinin birinci bəndində təkrarlanaraq qeyd edilir ki, uşaqlarla bağlı istər dövlət, istər özəl sosial müdafiə qurumlarının, məhkəmələrin, inzibati orqanların və ya qanunvericilik orqanlarının bütün qərarlarında uşağın üstün maraqları nəzərə alınmalıdır. Sözügedən Konvensiyanın 9.3-cü maddəsində bildirilir ki, iştirakçı dövlətlər, valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın, hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1.-ci bəndində qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.3 –cü bəndində qeyd olunur ki, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair saslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Həmin Qərarın 7.6.-cı bəndində qeyd olunur ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə onu nəzərə alır ki, iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 204-cü il tarixli, 11/695 nömrəli ekspert rəyində və Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 13 mart 2025-ci il tarixli, 5-49/2-211/2025 nömrəli rəyində xx.xx.2010-cu il təvəllüdlü X8 atası İddiaçı bağlılığının olması müəyyən edilmiş və onun himayəsinda qalması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə onu nəzərə alır ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə məhkəmə iclasında dindirilən yetkinlik yaşına çatmamış 02 dekabr 2010-cu il təvəllüdlü X14 atası İddiaçı himayəsində qalmaq istədiyini bildirmişdir. Məhkəmə həmçinin onu da nəzərə alır ki, məhkəmə araşdırmasında cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızı iddia tələbini etiraf edərək, 02 dekabr 2010-cu il təvəllüdlü X8 cavabdeh İddiaçı himayəsində qalmasına etiraz etmədiyini bildirmişdir. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə 02 dekabr 2010-cu il təvəllüdlü X8 üstün mənafeyini, atası İddiaçı bağlılığını və ona hissi-emosional tələbatının yüksək olmasını nəzərə alaraq hesab edir ki, 02 dekabr 2010-cu il təvəllüdlü X14 anası Tağıyeva (Yusufova) Rəna İntiqam qızından alınaraq atası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiqdir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı məhkəmə xərclərini cavabdehdən tələb etmədiyinə görə iddiaçının özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızından tutularaq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 204-cü il tarixli, 11/695 nömrəli və Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 13 mart 2025-ci il tarixli, 5-49/2-211/2025 nömrəli rəylərini, cavabdehin iddianı etiraf etməsini, habelə Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış 02 dekabr 2010-cu il təvəllüdlü X8 atası ilə qalmaq istəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızı ilə birgə nikahından olan, yetkinlik yaşına çatmayan uşağı - 02 dekabr 2010-cu il təvəllüdlü X14 anası Tağıyeva (Yusufova) Rəna İntiqam qızından alınaraq atası İddiaçı himayəsinə verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızının birgə nikahından olan, yetkinlik yaşına çatmayan 02 dekabr 2010-cu il təvəllüdlü X14 anası Tağıyeva (Yusufova) Rəna İntiqam qızından alınaraq atası İddiaçı himayəsinə verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul cavabdeh Tağıyeva (Yusufova) Rəna İntiqam qızından tutularaq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-203/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-203/2025
29.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver