Məhkəmə qərarları › İş №2(067)-2042/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2042/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2042/2022 14.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ərizəsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, iddiaçı ərizənin forma və məzmununa riayət etməmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı məhkəməyə əmr icraatı qaydasında ərizə ilə müraciət etsə də, onun mediasiya prosesinə düzgün əməl etməmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, mediasiya prosesinin barışıq sazişinin əsli materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar