Məhkəmə qərarları › İş №2(067)-208/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-208/2024

29.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-208/2024 29.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və cavabdeh Xaçmaz rayonunun Xudat bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonunun Xudat bələdiyyəsinə qarşı torpaq sahəsinin bərpa edilməsi, maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən ona məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışa əsasən Xudat şəhəri ərazisində onun və ailəsinin digər üzvlərinin birgə mülkiyyətlərində 3,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh Xudat bələdiyyəsi tərəfindən özbaşına olaraq çəkilmiş və hazırda çirkab sularının axıdıldığı kanalın cavabdehin vəsaiti hesabına ləğv edilərək torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzi olaraq 50000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cavabdeh2 işə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, həmin ərizə məhkəmə tərəfindən təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli çıxarışa əsasən Xudat şəhəri ərazisində onun və ailənin digər üzvlərinin birgə mülkiyyətində 3.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi Torpaq İslahatı qanuna müvafiq olaraq onlara əvəzsiz olaraq dövlət tərəfindən verilmişdir. Torpaqdan uzun müddət təyinatına görə istifadə etmişlər. Bir neçə il bundan əvvəl Xudat Bələdiyyəsi torpaq sahəsinin içərisindən özbaşına olaraq kanal çəkmişdir. Həmin vaxt bildirilmişdir ki, torpaq sahəsinin kanal keçən hissəsi dövlət ehtiyacları üçün alınır, yaxın vaxtlarda müqavilə imzalanaraq pulu ödəniləcək. Bu vaxta qədər hər hansı müqavilə bağlanmamış, kompensasiya ödənilməmiş, su kanalı çəkilməsi adı ilə başlanan işlər yarımçıq saxlanılmış və çəkilmiş kanal vasitəsilə hazırda çirkab suları axıdılır. Ərazi antisanitar vəziyyətə düşmüş, üfunət iyindən əraziyə yaxınlaşmaq mümkün deyildir. Xudat Bələdiyyəsinin belə özbaşnalıq nəticəsində uzun müddətdir ki, torpağından istifadə edə, əkib-becərə bilmirlər. Nəticədə əmlaklarından məhrum olunduqlarına görə ötən illər ərzində qazanc götürə bilməmişlər. Əvvəllər hər il orta hesabla 5000 manat qazanc əldə etmişlər. Son on il ərzində həmin qazancdan məhrum olunmuş, ona görə də cavabdeh maddi zərərin əvəzi olaraq 50000 manat pul ödəməlidir. Eyni zamanda ərazidə çəkilmiş hazırda çirkab sularının axıdıldığı kanal cavabdehin hesabına ləğv edilməli torpaq sahəsi bərpa edilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Xaçmaz rayonunun Xudat bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, kanal keçən ərazi Xaçmaz rayonunun Xudat bələdiyyəsinin torpağı olmayıb, su kanalının Xudat bələdiyyəsinə heç bir aidiyyəti yoxdur. Ona görə də Xaçmaz rayonunun Xudat bələdiyyəsinə münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə prosesində cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cavabdeh2 iddianı qəbul etmədiklərini bildirərək rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, İddiaçı və onun ailəsinə məxsus 3,17 ha torpaq sahəsində mövcud olan beton kanal əvvəllər torpaq kanal kimi fəaliyyət göstərmişdir. Belə ki, həmin kanal torpaq islahatından öncə vətəndaşın torpaq sahəsində mövcud olmuşdur. Buna görə də, həmin torpaq kanalın tutduğu sahənin mülkiyyətçinin pay torpaq sahəsinə aidiyyatı yoxdur. Belə ki, X7 Qanuna əsasən mülkiyyətçinin torpaq sahəsindən keçən kanalın yeri və qoruma zolağı mülkiyyətçinin pay torpaq sahəsinə aid deyildir. 2015-ci ildə isə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin sifarişi ilə Dünya Bankının maliyyə vəsaiti hesabına həmin torpaq kanal beton üzlüyə alınmışdır və Dövlət mülkiyyətidir. Sözügedən kanal Cavabdeh2 balansında olduğu üçün həmin kanalın beton üzlüyə alınmasında mülkiyyətçinin razılığına lüzum olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri ərazisində yerləşən 3,17 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və qeyrilərinin adına daşınmaz əmlakın dövlət reyestrində 289 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan sorğuya əsasən alınmış Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Cavabdeh2 xx.xx.2023-cü il tarixli 318 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı və onun ailəsinə məxsus 3,17 ha torpaq sahəsində mövcud olan beton kanal əvvəllər torpaq kanal kimi fəaliyyət göstərmişdir. Belə ki, həmin kanal torpaq islahatından öncə vətəndaşın torpaq sahəsində mövcud olmuşdur. Buna görə də, həmin torpaq kanalın tutduğu sahənin mülkiyyətçinin pay torpaq sahəsinə aidiyyatı yoxdur. Belə ki, X7 Qanuna əsasən mülkiyyətçinin torpaq sahəsindən keçən kanalın yeri və qoruma zolağı mülkiyyətçinin pay torpaq sahəsinə aid deyildir. 2015-ci ildə isə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin sifarişi ilə Dünya Bankının maliyyə vəsaiti hesabına həmin torpaq kanal beton üzlüyə alınmışdır və Dövlət mülkiyyətidir. Sözügedən kanal Cavabdeh2 balansında olduğu üçün həmin kanalın beton üzlüyə alınmasında mülkiyyətçinin razılığına lüzum olmamışdır. İş materiallarında olan sorğuya əsasən alınmış Xaçmaz rayon İHB-nın xx.xx.2023cü il tarixli məktubundan müəyyən olunur ki, torpaq mülkiyyətçisi İddiaçı və digər vətəndaşlara məxsus torpaq sahəsindən keçən torpaq məcralı suvarma kanalı ərazidə aparılmış torpaq islahatından əvvəl fəaliyyət göstərmişdir. 2015-ci ildə keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə Dünya Bankının maliyyə vəsaiti hesabına kanal beton üzlüyə alınmış, kanalın yeri qorunma zolağı ilə birlikdə islahatdan əvvəl də, hal hazırda da Cavabdeh2 balansındadır. Suvarma kanalının yerləşdiyi torpaq sahəsi vətəndaşların pay torpaqlarına aid deyildir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüqüqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçın və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 3.17 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çixarışa əsasən Xudat şəhəri ərazisində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 3.17 ha torpaq sahəsində AİK-nin baza (DWG) xəritələrinə və dövlət reyestrindən çıxarışa əsasən X6 tərəfindən mülkiyyətçilərə məxsus torpaq sahəsindən beton su kanalı (arxı) çəkilmişdir. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin torpaqların X8 informasiya (TEKUİS) sistemində olan məlumata əsasən torpaq sahəsindən keçən beton su kanalın (mülkiyyətçinin torpaq sahəsini iki hissəyə bölərək) yeri çıxılıb və bələdiyyə mülkiyyəti aid olmaqla su tutarları kimi göstərilmişdir. İddiaçının faktiki istifadəsində torpaq sahəsi 3.17 ha təşkil edir. Həmin kanaldan (arx) çirkab suları axıdılmasını müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaşmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. X5 tərəfindən çəkilmiş kanal (arx) İddiaçı və qeyrilərinin mülkiyyıtində (qanuni istifadəsində) olan 3.17 ha torpaq sahəsində AİK-nin baza (DWG) xəritələrinə və dövlət reyestrindən çıxarışa əsasən X5 tərəfindən mülkiyyətçilərə məxsus torpaq sahəsindən beton su kanalı (arxı) keçir. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin torpaqların X8 informasiya (TEKUİS) sistemində olan məlumata əsasən beton su kanalı (arxı) keçmir. Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 Mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı İlə “Azərbaycan Respublikasında Torpaqların X8 X1 X11 X2 Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən sistemin yaradılmasında X11 xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Məhkəmə ekspert rəyində olan ziddiyətli məqama hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən Fərmanını rəhbər tutaraq, TEKUİS sisteminin məlumatlarını əsas götürülməlidir. Belə olan halda isə, iddiaçının torpaq sahəsindən beton su kanalının keçməsi təsdiqini tapmır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı hissədə qeyd edir ki, İddiaçı şəhid ailəsi statusuna malik olduğundan Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azaddır. Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Görünüdüyü kimi, iddiaçı qanuni əsaslarla məhkəmə xərclərindən azad edilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Xaçmaz rayonunun Xudat bələdiyyəsi və Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Cavabdeh2nə qarşı torpaq sahəsinin bərpa edilməsi, maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin olunmasın. İddiaçı məhkəmə xərclərindən azad olunması nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar