Məhkəmə qərarları › İş №2(067)-2081/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2081/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2081/2022 16.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə hər ay onun və cavabdehin maddi vəziyyəti dəyişənə qədər 300 manat aliment alınaraq ona, yəni İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 18, mənzil 1-də yaşayan xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh onun doğma oğludur. O, hər ay 284 manat əmək haqqı aldığına və başqa gəlir yeri olmadığına görə maddi yardıma ehtiyacı vardır. Özü xəstədir və aldığı əmək haqqı onun dərmanlarına bəs etmir. Bundan oğlu cavabdehində xəbəri vardır. Valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmamış və valideynlik hüququndan məhrum olunmamışdır. Ona məlumdur ki, cavabdehin maddi vəziyyəti yaxşıdır, yetərincə maddi vəsaiti vardır və onu saxlaya bilər. Ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək istəmir. Cavabdeh həm rəsmi işləyir həmdə təsərrüfatla məşğuldur. Aylıq gəliri 1000-1200 manat təşkil edir. Buna baxmayaraq ona baxmır. Buda onun üçün çox çətin olur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “X10” MMC-də sosial işçi kimi süpürgəçi işləyir və ayda 284 manat əmək haqqı alır. Xəstədir, aldığı pul dərmanlarına belə çatmır. Oğlunun əvvəlki nikahından olan 2 uşağına da o, baxır. Uşaqlar ona qəyyumluğa verilib. Oğlu isə ona baxmır. Oğlu ikinci dəfə ailə qursa da, yenə də boşanıb və hal-hazırda ikinci nikahdan olan uşağa görə keçmiş arvadına 120 manat aliment ödəyir. Ona görə oğlundan özü üçün də aliment tələb edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi xəbərdarlıq edilmiş, lakin o, buna baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan AA seriyalı ******* saylı, yeni nəsil şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon icra hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 98 saylı Sərəncamından Çıxarışdan görünür ki, Xaçmaz şəhəri, Qələbə küçəsi ev 18/1-də yaşayan azyaşlı, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 üzərində həmin ünvanda yaşayan nənələri İddiaçı qəyyum təyin edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan məlum olur ki, Cavabdeh Hacalı oğlu "xxxx" MMC-də işləyir və rəsmi aldığı maaş 300 manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan məlum olur ki, həqiqətən də Cavabdeh Hacalı oğlunun xx.xx.2020-ci il təvəllüdlü X5 adında övladı var. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsaasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsaasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsaasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.5-ci maddəsinə əsaasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.6-cı maddəsinə əsaasən uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh Hacalı oğlundan 300 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi ədalətsiz olardı. Ona görə ki, həm iddiaçı, həm cavabdeh eyni təşkilatda işləyib, eyni məbləğdə maaş alırlar. Bundan əlavə, iddiaçının özünün deməsinə əsasən cavabdeh ikinci nikahından olan uşağa görə 120 manat aliment ödəyir. Cavabdeh Hacalı oğlunun "xxxx" mərkəzində işləyib aylıq 300 manat aldığı maaşın 120 manatını 2020-ci il təvəllüdlü uşağına ödəməsini, habelə İddiaçı da eyni təşkilatda işləyib eyni maaş almasını nəzərə alaraq, Cavabdeh Hacalı oğlundan aylıq 30 manat pul alınıb İddiaçı verilməsi məqsədəmüvafiq olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 30 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 30 manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar