Məhkəmə qərarları › İş №2(067)-2097/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2097/2024

13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2097/2024 13.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçılar mübahisənin mediasiya vasitəsi ilə nizama salınmasına dair müvafiq qaydaya riayət etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunan tələbə riayət edilməsini təsdiq edən sübutu iddia ərizəsinə əlavə etmədiklərindən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ilkin mediasiya prosesində iştirak etdikdən sonra və bu halı təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar