Məhkəmə qərarları › İş №2(067)-2129/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2129/2022

26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2129/2022 26.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçıvə Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, həmçinin uşağın 3 yaşına qədər saxlanılması üçün əlavə xərc olaraq hər ay 100 manat olmaqla, cəmi 400 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan bir övladları xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Hamiləlik dövrü ağır keçdiyindən ciddi müalicələrə ehtiyacı olmuşdur, lakin cavabdehin evində ona heç bir qayğı göstərilmədiyindən o, valideynlərinin evinə qayıtmışdır. xx.xx.2021-ci il tarixində keysəriyyə əməliyyatı ilə oğlu dünyaya gəlmişdir. Cavabdeh isə həmin vaxtlarda nə onunla nə də uşağı ilə maraqlanmamışdır. Ona heç bir köməklik göstərməmişdir. Cavabdeh 2022-ci ilin yanvar ayında 152 manat, digər aylarda isə 100 manat göndərərək ona uşağı saxlamaqda könüllü köməklik göstərmişdir. Bununlada cavabdeh valideynlik borcunu ödəmiş hesab etmişdir. Halbu ki, cavabdehin maddi imkanı xeyli yüksəkdir. Bildiyinə görə o, hərbi xidmətdə çavuş vəzifəsində qulluq edir və 1300 manatdan yuxarı məvacib alır. Hesab edir ki, cavabdeh hər ay əmək haqqının 4\1 hissəsi qədər yəni 300 manat həmçinin uşağın 3 yaşına saxlanılması üçün 100 manat ödəyə bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşdirmə verərək izahatında bildirmişdir ki, uşaq azyaşlı olduğuna görə heç yerdə işləmir. Cavabdehin maddi imkanları yaxşıdır. Cavabdehin aylıq maaşı 1200 manatdır. Onun gəlirləri barədə məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının 1\4 hissəsi miqdarında aliment və uşağın 3 yaşına qədər saxlanılması üçün əlavə xərc olaraq hər ay 100 manat məbləğində pul tutularaq ona verilməsini xahiş edir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh doğma oğludur. İddiaçı ilə oğlu boşanmayıb, onlar faktiki olaraq ayrı yaşayırlar və uşaq iddiaçının yanındadır. İddiaçı özü evdən çıxıb gedib, onu evdən qovan olmayıb. Oğlu hərbiçidir və ayda 1200 manat əmək haqqı alır. Oğlu ailəni dolandırır, ona görə iddiaçıya uşağın saxlanılması üçün ayda 250 manatdan artıq aliment ödəyə bilməyəcək. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ-İİ 439968 saylı Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı rəsmi nikah münaibətlərinə daxil olaraq evlənmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İV 662746 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Onun anası İddiaçı, atası isə Cavabdehdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2021-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının 1\4 hissəsi qədər alimentin və xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına qədər əlavə xərc olaraq 50 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının 1\4 hissəsi qədər alimentin və xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına qədər əlavə xərc olaraq 50 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının 1\4 hissəsi qədər alimentin və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay 50 manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə aid hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar