Məhkəmə qərarları › İş №2(067)-2201/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2201/2021

02.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2201/2021 02.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı kredit müqaviləsinin ləğv edilməsi və əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Xaçmaz filialı ilə aralarında bağlanmış 08.11.2018-ci il tarixli 102MGTK9999854AA saylı kredit müqaviləsini ləğv etməklə əsassız olaraq tutulmuş 2426 manat 88 qəpik pulun və ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olduqda kredit borcları restrukturizasiya olunmaqla illik faiz dərəcəsi 1 % dərəcəsi ilə 5 il müddətinə güzəşt edilməlidir. O, fərmana uyğun olaraq banka dəvət edilmiş, ona kredit ABŞ dolları ilə götürüldüyü üçün kursun dəyişməsinə görə 850 manat pul qaytarılmalıdır. Bu məqsədlə ona ödəniş kartı təqdim€dilmiş və bankomatdan 850 manat pul almışdır. Bununla da qeyd edilən kredit müqaviləsi üzrə banka borcu qalmamışdır. Buna baxmayaraq onun pensiyasından hər ay 75.84 manat məbləğində pul tutulur. Uzun müddət bunun səbəbini bilməsə də sonradan “Muğanbank ASC-nin” Xaçmaz filialında ona qanunsuz olaraq aldığı pula görə müqavilə imzalatdırdıqlarını bilmişdir. Vəkilin sorğusu ilə müraciət etdikdən sonra müqavilənin surətini almış və guya 08.11.2018-ci il tarixdə bankdan ona 1860 manat məbləğində illik 26.19 faiz hesabı ilə 36 ay müddətinə kredit verildiyi məlum olmuşdur.Halbuki, bankdan ona heç bir məbləğdə pul verilməmişdir və bunu bankda olan kamera çəkilişləri ilə də müəyyən etmək olar. Ona görə də kredit müqaviləsi ləğv edilməli və ondan əsassız tutulmuş pul məbləği geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq iddia tələbi ilə bağlı pretenziya qaydasında banka müraciət etmədiyini bildirmişdir. Məhkkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaçının onunla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq pretenziya qaydasında ilk növbədə banka müraciət etməli olduğu halda, buna əməl etmədiyini, bundan əlavə, ümumiyyətlə, iddianın Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialına qarşı qaldırılmalı olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatından və işdə olan sənədlərdən müəyyən etmişdir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalı, iddiaçıya cavabdehlə mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı kredit müqaviləsinin ləğv edilməsi və əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya cavabdehlə mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar