Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2323/2021 05.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh1 oğlunun iştirakı ilə İddiaçı Cavabdeh1 oğluna qarşı bağışlama müqaviləsinin çıxarışın ləğvinə dair və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh 10 may 2009-cu il tarixli bağışlama müqaviləsini etibarsız və ona verilmiş ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adma **********94-10301 reyestr nömrəli Hüquqların qabaqcadan qeydiyyat mülkiyyət hüququnu etibarsız saylıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, bu məsələ ilə bağlı Sumqayıt Apelyasiya məhkəməsinin yekun qərarlarının olduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya məhkəməsinin 17.03.2021-ci il tarixli 2(105)-580/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və onun ünvan 1 ünvanda mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamələrdən müəyyən olunur ki, hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 oğluna qarşı bağışlama müqaviləsinin çıxarışın ləğvinə dair və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2323/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2323/2021
05.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver