Məhkəmə qərarları › İş №2(067)-2331/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2331/2022

19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2331/2022 19.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(067)-1497/2019 saylı qətnaməsinə əsasən yığılmış və ödənilməmiş 9330 manat aliment borclarını ödəməkdən azad edilməyi və həmin qətnamə əsasında müəyyən edilmiş alimenti ödəməkdən azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-1497/2019 saylı qətnaməsi ilə cavabdehin iddiası əsasında aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvvəllüdlü X3, xx.xx.2010-cu il təvvəllüdlü X4 və xx.xx.2014-cü il təvvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq onun qazancından hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)- 1497/2019 saylı qətnaməsi ilə cavabdeh ilə xx.xx.2011-ci il tarixdə evlənmələri, birgə nikahdan 3 övladının olması, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat məbləğində sabit pul şəklində alimentin ondan alınaraq cavabdehə verilməsi müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. və yenidən sübut edilmir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(067)-1166/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İXMnin 528.1 -cı maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. Qərardan da görünür ki, məhkəmənin yuxarıda göstərilən qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəmişdir. Həmin tarixə 9330 manat aliment borcu qalmışdır. Özü Agır debillik dərəcəsi, anadangəlmə kəmağıllılıq, qıc olma tutmaları ilə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzində və Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olmuşdur. Xaçmaz Rayon Mərkəzi X6 şəxsin xx.xx.2021-ci il tarixli tibbi kartadan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə yenidən müayinə olunmuş-ona yenidən “Agır debillik dərəcəsində anadangəlmə kəmagıllıq, qıc olma tutmaları ilə” diaqnozu qoşulmuş və stasionar müalicə təyin edilmişdir. Habelə tibbi kartadan görünür ki, qeyd olunan diaqnozla növbəti müalicə almaq üçün Quba Rayonlar Arası X1 göndərilmişəm. Azərbaycan Respublikasınn Səhiyyə Nazirliyi "Respublika Psixatriya Xəstəxanası” X9 verdiyi xəstəlik tarixindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Agır debillik dərəcəsində anadangəlmə kəmağıllılıq, nəzərəçarpan psixopatiya diaqnozu və qıcolma tutmaları ilə” diaqnozu ilə müalicə olunmuşdur. Cavabdehlə son vaxtlara qədər ailəvi qaydada yaşamışlar, boşandıqdan sonra da münasibətləri bir müddət yaxşı olmuş, xx.xx.2021-ci il tarixdə məhkəmə qərarı ilə 20 gün müddətinə inzibati həbsə göndəriləndən sonra vəziyyəti daha da pisləşmiş, qıc olmaları şiddətlənmiş, taktiki olaraq əmək qabilliyəti yoxdur, bu səbəbdən də alimenti ödəyə bilməmişdir və bundan sonra da aliment ödəmək iqtidarır la deyil. Maddi durumu da səhhəti kimi çox agırd. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbayjan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019cü il tarixli 2(067)-1497/2019 saylı qətnaməsindən müəyyən olunur ki, birgə nikahdan doğulmuş 4 usağin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçının qazancından hər ay hər uşağa 80 manat olmaqla, cəmi 320 manat aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Bununla bağlı olaraq məhkəmə qeyd dir ki, Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki halda isə aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Ailə Məcəlləsinin 107.1-ci maddəsində isə alimentin saziş əsasında tutulduğu hallara dair müddəalar öz əksini tamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı aliment üzrə borcu ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar