Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2333/2022 08.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması barədə iddia ərizəsi üzrə mülki işə 08 sentyabr 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən xx.xx.2004-cü il təvəllüdlü X3 və 08 iyun 2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin və ödədiyi 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, tərəflər 2006-cı il tarixdə evləniblər. Birgə nikahdan iki uşaqları var. Onlar 21 avqust 2004-cü il təvəllüdlü X7 və 08 iyun 2008-ci il təvəllüdlü X8. Aralarındakı münasibətlər mübahisələrinə görə pozulub. Cavabdeh qəddar insandır. O, iddiaçıya və uşaqlara işgəncə verib, zəncirlə bağlayıb. Deyilənə görə narkotik vasitələrə və içkiyə meyilliliyi var. Cavabdeh uşaqları ilə maraqlanmır onların saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdehin moykası var, eyni zamanda mağaza tikib. Uşaqlara aliment ödəmək üçün kifayət qədər maddi imkana sahibdir. Hər uşağa görə 193 manat aliment istəyirik. Ona görə aliment tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçıın nümayəndəsi və vəkili izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh 2006-cı il tarixdə evləniblər. Birgə nikahdan iki uşaqları var. Onlar 21 avqust 2004-cü il təvəllüdlü X7 və 08 iyun 2008-ci il təvəllüdlü X5r. Aralarındakı münasibətlər mübahisələrinə görə pozulub. Cavabdeh qəddar insandır. O, iddiaçıya və uşaqlara işgəncə verib, zəncirlə bağlayıb. Deyilənə görə narkotik vasitələrə və içkiyə meyilliliyi var. Cavabdeh uşaqları ilə maraqlanmır onların saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdehin moykası var, eyni zamanda mağaza tikib. Uşaqlara aliment ödəmək üçün kifayət qədər maddi imkana sahibdir. Ona görə aliment tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul edərək göstərmişdir ki, hazırda yaşayış minimuna görə aliment məbləği 193 manat olsada bunu hər iki tərəf ödəməlidir. İddiaçı uşaqlara baxır, qulluq edir. Lakin uşaqları maddi olaraq saxlamaq yalnız atanın məsuliyyəti deyil. Uşaqlardan biri 2004-cü il təvəllüdlüdür, onun artıq 18 yaşı tamam olub. Cavabdehin maddi imkanı özünə də yetmir. Buna baxmayaraq aliment ödəməkdən imtina etmir. Alimenti cavabdeh ata olaraq ödəməyə razıdır. Ancaq maddi imkanı ilə əlaqədar o, alimenti qismən ödəyə bilər. Cavabdeh hər uşağa görə 130 manat aliment ödəməyə razıdır. Aliment qeyd edilən məbləğdə müəyyən edilərsə cavabdeh həmin məbləği çalışıb ödəyəcək. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, tərəflərin faktiki nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X7 və 08 iyun 2008-ci il təvəllüdlü X8 anadan olmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 18 iyul 2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşaqların mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatdığı günədək, yəni xx.xx.2022-ci il tarixədək saxlanması üçün 18 iyul 2022-ci ildən başlayaraq Cavabdeh hər ay 175 manat məbləğində sabit pul şəklində aliment hesablanaraq ( alınaraq) İddiaçı verilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 iyul 2022-ci ildən başlayaraq Cavabdeh hər ay 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2333/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2333/2022
08.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver