Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2427/2020 01.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı, cavabdehlər Cavabdeh1 və X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X14 qızına qarşı «Aliment tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X14 qızından yardıma ehtiyacı olan yetkinlik yaşına çamayan uşaqları- xx xxxx 2008-ci il təvəllüdlü X13 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, cavabdehlər Cavabdeh1 və X6 onun keçmiş qaynatası və qaynanasıdır. Cavabdehlərin oğlu X16 ilə 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və onların birgə nikahlarından xx xxxx 2008-ci ildə Ramil və xx xxxxxx 2010-cu ildə Amil adlı iki nəfər uşaqları anadan olmuşdur. X20 xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və xx xxxxxx 2016-cı il tarixdə aralarındakı nikah pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(067)-1677/2015-ci il tarixli məhkəmə əmrinə əsasən keçmiş əri X11 himayəsində olan iki uşağı Ramil və Amilin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonuncunun qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Sonradan o, məhkəmədə Ramin Əsədova qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(067)-5325/2017 saylı qətnaməsinə əsasən X11 Ramil və Amilin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən əri Ramin Əsədov halhazıra kimi bir manat da olsa ödəniş etməmiş, alimentə görə hazırda 4400 manat borcu yaranmış və o, ölkə hüdudlarından kənarda olduğu üçün xx xxxx 2019-cu il tarixdən barəsində axtarış verilmişdir. O, uşaqların saxlanılmasında böyük çətinliklər çəkir, onların günü gündən artan tələbatlarını ödəyə bilmir. Cavabdehlər uşaqların baba və nənəsi olmaqla onu nəvələlrinin saxlanılmasında heç bir maddi köməklik göstərmirlər. Baxmayaraq ki, cavabdehlər hər ikisi pensiya alırlar, eyni zamanda muzdlu işlə məşğul olmaqla da əmək haqqı alırlar. Belə olan halda hesab edir ki, hər bir cavabdeh nəvələrinin saxlanılmaları üçün ona hər ay hər bir uşaq üçün 100 manat aliment ödəmək iqtidarındadırlar. Uşaqların saxlanılması üçün aliment ala bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, cavabdehlər Cavabdeh1 və X14 qızından yardıma ehtiyacı olan yetkinlik yaşına çamayan uşaqları- xx xxxx 2008-ci il təvəllüdlü X13 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun keçmiş gəlinidir. İddiaçı onun X17 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və onların birgə nikahlarından xx xxxx 2008-ci ildə Ramil və xx xxxxxx 2010-cu ildə Amil adlı iki nəfər uşaqları anadan olmuşdur. X17 iddiaçı Könül Nemətovun ailə münasibətləri düz gəlmədiyindən ayrılmışlar və xx xxxxxx 2016-cı il tarixdə aralarındakı nikah pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən X23dan uşaqları Ramil və Amilin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. X23 maddi imkansızlığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyə bilmədiyindən aliment borcları yaranmış və o, işləyərək aliment borcunu ödəmək üçün Rusiya Federasiyasına getmişdir. Hazırda İddiaçı ona və arvadı Xalidə Məmmədovaya qarşı iddia qaldıraraq uşaqları Ramil və Amilin saxlanılmaları üçün onların hər birindən 100 manat olmaqla cəmi 200 manat miqdarında alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. O, iddianı əsassız hesab edir. Belə ki, o və arvadı Xalidə Məmmədova təqaüdçü və xəstədirlər. O, ayda cəmi 230 manat, arvadı Xalidə Məmmədova isə ayda cəmi 250 manat pensiya alırlar. Yaşlı və xəstə olduqlarından aldıqları pensiyanın əksər hissəsi həkimlərin yazdıqları dərmanlara sərf olunur. Halhazırda da xəstə olmaqla müalicə alırlar, əmək qabiliyyətləri olmadığından işləyə bilmirlər. Belə olduğu vəziyyətdə onlar nəvələrinin saxlanılması üçün aliment ödəmək iqtidarında deyillər və buna maddi imkanları çatmır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən X6 iddianı qəbul edməyərək Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın təmin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 176 saylı arayışdan görünür ki, iş üzrə cavabdeh X16 xx xxxxxxxx 1977-ci ildə Quba şəhərində anadan olmuşdur. Onun valideynləri Cavabdeh1 və Əsədova (Məmmədova) Xalidə Camal qızıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(067)-5325/2017 saylı qətnaməsinin, xx xxxxxxx 2018-ci il tarixli, AZ-İİ seriyalı, 174463 saylı və xx xxxx 2010-cu il tarixli, AZ-İİ seriyalı, 410955 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iş üzrə İddiaçı X16 ilə 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və onların birgə nikahlarından xx xxxx 2008-ci ildə Ramil və xx xxxxxx 2010-cu ildə Amil adlı iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə əri Ramin Əsədov arasındakı nikah xx xxxxxx 2016-cı il tarixdə pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(067)-1677/2015 saylı məhkəmə əmrinə əsasən İddiaçı himayəsində olan iki uşağı- xx xxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxxxx 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X11 qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Sonradan İddiaçı məhkəmədə keçmiş əri Ramin Əsədova qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış, Xaçmsaz rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(067)-5325/2017 saylı qətnaməsinə əsasən X11 birgə nikahdan olan uşaqları Ramil və Amilin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin «borclunun axtarılması haqqında» xx xxxx 2019-cu il tarixli qərarından və Quba rayon Polis Şöbəsinə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 942315/09 saylı məktubdan görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(067)-5325/2017 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borclu X12 yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilməklə qərarın surəti icra edilməsi üçün Quba rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin İddiaçı ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(067)-5325/2017 saylı icra sənədinə əsasən X11 2 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat alimentin alınıb tələbkar İddiaçı verilməsi təmin edilməlidir. X7 ölkə hüdudlarından kənarda olduğu üçün xx xxxx 2019-cu il tarixdə borclu barəsində axtarış verilmişdir. X12 tələbkar İddiaçı xeyrinə ödənilməmiş 4400 manat aliment borcu vardır. İş materiallarında olan AZE seriyalı, 02201546 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh1 xx xxxxx 1950-ci ildə anadan olmaqla Quba rayonunun Zərdabi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 03611918 saylı şəxsiyyət vəsqəsinin surətindən görünür ki, iş üzrə cavabdeh X6 xx xxxxxx 1954-cü il təvəllüdlü olmaqla Quba rayonunun 2-ci Nügədi kəndində qeydiyyatdadır. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı keçmiş əri X16 ilə birgə nikahlarından anadan olmuş uşaqları- xx xxxx 2008-ci il təvəllüdlü X13 və xx xxxxxx 2010-cu il təvəllüdlü X15 İddiaçı ilə birlikdə yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Qanunvericiliyin tələbinə görə uşaqlarını saxlamaq hər iki valideynin borcudur. Ailə Məcəlləsinin 89-cu maddəsi isə yetkinlik yaşına çatmayan nəvələrin saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüquqlarını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X16 azyaşlı uşaqlarının saxlanılması üçün iddiaçıya aliment ödəməkdən yayındığından, sonuncu uşaqlarını saxlamaq üçün maddi yardım ala bilmir. Belə olan halda iddiaçının uşaqlarının saxlanılması üçün onların babası və nənəsi olan cavabdehlərdən aliment tələb etmək hüququ yaranmışdır. Bu zaman qanunvericiliyin tələbinə əsasən cavabdehlərin aliment ödəməyə zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmalıdır. Bununla əlaqədar məhkəmə cavabdehlərin nəvələrinə aliment ödəməyə zəruri vəsaitinin olduğunu müəyyən etmişdir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və X14 qızı hər ikisi təqaüdçü olmaqla pensiya alırlar. Eyni zamanda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı keçmiş əri X16 aliment ödənişindən yayınır və hazırda ölkə hüdudlarından kənarda olmaqla barəsində İcra və Probasiya şöbəsi tərəfindən axtarış elan edilmişdir. xx xxxxxx 2019-cu ildə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə ilk növbədə iddiaçının himayəsində olan azyaşlı uşaqlarının mənafeyini, tərəflərin maddi vəziyyətini, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumunun 2020-ci ildə 1700 manat məbləğində müəyyən edildiyini və diqqətəlayiq olan digər halları nəzərə alaraq, hesab edir ki, iddiaçının himayəsində olan uşaqlarının saxlanılması üçün cavabdehlərdən hər ay hər bir uşaq üçün 35 manat olmaqla, cəmi 70 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx xxxxxx 2020-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməklə xx xxxx 2008-ci il təvəllüdlü X13 və xx xxxxxx 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehlər Cavabdeh1 və X14 qızından müştərək qaydada hər ay hər bir uşağa görə 35 manat olmaqla, cəmi 70 manat miqdarında aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdehlər Cavabdeh1 və X3 bir il ərzində ödəməli olduğu alimentin məcmusu 500 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü X13 və xx xxxxxx 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehlər Cavabdeh1 və X14 qızından müştərək qaydada hər ay hər bir uşağa görə 35 (otuz beş) manat olmaqla, cəmi 70 (yetmiş) manat miqdarında aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X14 qızından tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-2427/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2427/2020
01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver