Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2472/2020 10.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X12 iştirakı ilə, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, X2 ilə xx xxxxx 2008-ci il tarıxli nikahlarından dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün babaları Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onlar X2 ilə xx.xx.2007-ci il tarixdə el adəti ilə toy edərək ailə qurmuşlar, xx xxxxx 2008-ci il tarıxdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X10 dünyaya gəlmişdir. Həyat yoldaşı X2 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o, övladları ilə birlikdə 2020-ci ilin oktyabr ayına kimi Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən evdə yaşamışlar. Lakin həyat yoldaşının atası və qardaşları mülklə bağlı mübahisə yaratdıqlarına görə o, övladları ilə birlikdə Xaçmaz şəhərində kirayə evdə yaşayır, kommunal xərclərlə birlikdə ayda 200 manat kirayə pulu ödəyir. O, uşaqları üçün ailə başçısını itirdiklərinə görə ayda 160 manat müavinət alır, başqa gəlir yeri yoxdur və heç yerdə işləmir. O, işləmək üçün məşğulluq idarəsinə müraciət etmiş, ona iş olanda deyəcəklərini bildirmişlər. Hazırda iki uşağını tək böyütmək məcburiyyətindədir. Cavabdeh isə 300 manata yaxın pensiya alır, gilas bağı var və bağdan hər il 7000-8000 manat gəlir əldə edir, mal-qaranı da satıb pulunu almışdır. Bir sözlə özü uşaqlarını saxlamaq üçün yetərincə vəsaitə malik deyildir, cavabdehin isə nəvələrinə aliment ödəmək üçün kifayət qədər vəsaiti vardır. Ona görə cavabdehə qarşı hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, əri vəfat edəndən sonra onun qardaşı ona onunla evlənməyi təklif etmişdir və o, bu məsələni aşkara çıxarandan sonra cavabdeh onunla yola getməməyə başlamış və onu evdən qovmuşdur. Cavabdehin gəlirləri barədə rəsmi sübutu yoxdur. Atası vəfat etmişdir, anası isə sağdır, lakin o, 3 dəfə insult keçirməklə xəstə olduğuna görə, həmçinin, uşaqları atasının evindən gətirmədiyinə görə anasından uşaqları üçün aliment tələb etmir. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddiaçının onun gəlini olduğunu, özünün 260 manat pensiya aldığını, pensiyadan başqa qazanc yeri, gəliri olmadığını, ona görə də, iddiaçının uşaqlarına aliment ödəməyə maddi imkanı olmadığını göstərmişdir. Cavabdeh, həmçinin, həyətyanı sahəsi olduğunu və orada gilas ağacları olduğunu, hazırda həmin sahəni yeni ağaclar əkmək üçün şumladığını göstərmişdir. Ona görə maddi vəziyyətini nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qısmən təmin olunmalıdır. Belə ki, AZ-İ seriyalı 383782 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 ilə İddiaçı arasında xx xxxxx 2008-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 606113 saylı və AZ-İİ seriyalı 116973 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, X2 ilə İddiaçı birgə nikahlarından iki uşaqları-xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X10 anadan olmuşlar. İş materiallarında olan AZ-İ seriyalı 979110 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. AM-in 56.1 və 58-ci maddələri, X15 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X15 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X15 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X4 X15 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-n 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-in 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi baba və nənənin nəvələrini saxlamaq vəzifəsinin yaranması üçün iki şərt tələb olunur. Bunlardan birincisi nəvələrinin öz valideynlərindən aliment ala bilmədikləri müəyyən olunmalı, ikinci şərt isə aliment öhdəliyinin yaranması üçün baba və nənənin nəvələrini saxlamaq üçün zəruri imkanlara malik olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinin və AM-in 75.1-ci maddəsinin tələbinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ilk növbədə valideynlərin vəzifəsidir. Aliment alan uşaqların valideynləri sağ-salamat olduqda, əmək qabiliyyətli olaraq uşaqlarının yaşayışını təmin etmək iqtidarındadırlarsa, baba və nəvədən alimentin tələb edilməsi yolverilməzidir. Hazırda öyrənilən işdən bəlli olur ki, uşaqların valideynləri sağ-salamat olmaqla əmək qabiliyyətlidirlər və belə bir vəziyyətdə baba və nənəyə münasibətdə kifayət qədər daha güclü imkanlara və əmək qabiliyyətinə malik olan, biavasitə qanunla üzərinə uşaqları saxalmaq vəzifəsi qoyulmuş bir şəxsin təqaüddə olan şəxslərdən öz övladının saxlamaq üçün aliment tələb etməsi qəbuledilən sayıla bilməz. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «X15» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «X15» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyənnaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. İşin hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh oğlu X2 ilə xx xxxxx 2008-ci il tarıxdə nikaha daxil olaraq, cavabdehin evinə gəlin köçmüş, iddiaçı ilə cavabdehin oğlu X1 birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. İddiaçının həyat yoldaşı X2 xx.xx.2013cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı övladları ilə birlikdə 2020-ci ilin oktyabr ayına kimi Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən evdə yaşamışlar. Lakin həyat yoldaşının atası və qardaşları mülklə bağlı mübahisə yaratdıqlarına görə o, övladları ilə birlikdə evdən çıxmışdır, hazırda Xaçmaz şəhərində kirayə evdə yaşayır, kommunal xərclərlə birlikdə ayda 200 manat kirayə pulu ödəyir. İddiaçı hazırda heç yerdə işləmir, yeganə qazanc mənbəyi ailə başçısını itirməyə görə aldığı müavinətdir, cavabdeh isə özünün məhkəmə iclasında bildirdiyinə görə 260 manat pensiya alır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından iddiaçının həyat yoldaşının vəfat etdiyi, onun uşaqları saxlamaq üçün maddi imkanının olmadığı, cavabdehin yetkinlik yaşına çatmayan nəvələrinə onlar yetkinlik yaşına çatanadək aliment ödəmək üçün müəyyən vəsaitə malik olduğu müəyyən edilir. Məhkəmə işin göstərilən hallarını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq, işdə olan sübutları məcmu halında qiymətləndirməklə hesab edir ki, iddia qismən ısaslı olduğundan qismən təmin olunmalı, İddiaçı və X1 xx xxxxx 2008-ci il tarıxli nikahlarından dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Həmçinin, iddia qismən təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən Cavabdeh 15 (on beş) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 15 (on beş) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2472/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2472/2020
10.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver