Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-25/2024 09.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Xaçmaz rayon Qeydiyyat Şöbəsində xx.xx.2016-cı tarixdə bağlanmış 155 saylı nikahın ləğv edilməsi və uşaqların onun himayəsində qalaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçun 200 manat olmaqla cəmi 400 manat sabit məbləğdə alimentin, 50 manat mediasiya xərcinin və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 uşaqlar-xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. O, uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar və boşanmaq istəyir. Boşanmaq istəməsinin səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Cavabdehlə ayrı yaşadıqları vaxtdan o, uşaqları ilə maraqlanmayıb. Bu günə qədər uşaqlrın maddi və mənəvi təminatlarını özü ödəyir. Lakin bu bir ana kimi ona çətin olur. Belə ki, cavabdehin imkanları yaxşıdır və o, aliment ödəyə bilər. O, cavabdehdən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün aliment tələb edir. Məhkəmə iclasında iddiaçı göstərmişdir ki, hazırda cavabdehlə barışmışdır. Ona görə cavabdehə qarşı hazırkı iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh ərizəyə dair fikir bildirmişdir ki, barışmağa razıdır və icraata xitam verilməsini istəyir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, tərəflərin hüquq və mənafeyini pozmur. Bununla əlaqədar iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraatına xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-25/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-25/2024
09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver