Məhkəmə qərarları › İş №2(067)-2552/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2552/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2552/2023 18.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun tərtib edilmədiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, qardaşı Vadim ayrı-ayrı vətəndaşlardan ümumilikdə 4 hektara yaxın torpaq sahəsi alıb, hazırda isə torpaq sahəsində bəzi çatışmazlıqlar var, yəni torpaq sahəsini ölçdükdə müəyyən olunur ki, aldığı sahə 4 hektar təşkil etmir. Bu səbəbdən də, Cavabdeh qarşı iddia qaldırılıb. Onu da qeyd etmişdir ki, əslində iddia tələbi cavabdehlərə də aiddir, ona görə ki, torpağı hansı vətəndaş ona əskik satmasını dəqiq bilmir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz bildirərək, ona qarşı iddianın qaldırılmasının düzgün hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbi qeyri-müəyyən olduğundan, prosessual qənaət baxımından işə mahiyyəti üzrə baxılması məqsədəuyğun deyil. İddiaçının iddia ərizəsində qeyd etdiyi tələb ilə, məhkəmə iclasında səsləndirdiyi tələblər fərqli olduğundan, işə düzgün hüquqi qiymət verilməsi mümkün olmayacaqdır. Məhkəmə, iddiaçının nümayəndəsinə işdə olan nöqsanları izah edərək, hesab edir ki, iddia tələbi qeyri-müəyyən tərtib olunduğundan Azərabaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar